KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Fuad Gahramanli: Türkiyə və Ermənista əlaqələrinin bərpası Azərbaycanın maraqlarına uyğundurmu❓

Fuad Gahramanli: Türkiyə və Ermənista əlaqələrinin bərpası Azərbaycanın maraqlarına uyğundurmu❓

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
37 0

Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlar aparmaq üçün hər iki tərəfdən nümayəndə təyin olunub. Türkiyəni danışıqlarda ABŞ-dakı keçmiş səfir Sərdar Kılıc, Ermənistanı isə parlament sədrinin müavini Ruben Rubinyan təmsil edəcək. Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib ki, bütün proses boyu Türkiyənin mövqeyi Azərbaycanla kordinasiya olunacaq.
Qeyd edək ki, bu danışıqların başlanması Paşinyanın təşəbbüsdür və o heç bir ilkin şərt irəli sürmədən, o cümlədən saxta “soyqırım” məsələsini kənara qoyaraq danışıqlara hazır olduğunu bildirib. Ancaq Ermənistanda Köçəryanın başçılıq etdiyi Rusiya “maaşları” qəti şəkildə bu danışıqların əleyhinə çıxış edirlər.
Bizim üçün önəmli olan isə Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasının Qarabağ probleminə necə təsir edəcəyi ilə bağlıdır.
1) Əgər Rusiya bu prosesə mane ola bilməsə, o zaman Türkiyə ilə kommunikasiya və iqtisadi əlaqələrin qurulması Ermənistan cəmiyyətində antitürk ovqatını, deməli həm də müharibə aqressiyasını zəiflədəcək. Sadə ermənilərin öz həyat şərtlərini təmin etmək üçün Türkiyə ilə əlaqələrinin yaranması və genişlənməsi, ənənəvi stereotipləri zəiflədib, müharibə təbliğatı aparanların sosial bazasını da daraldacaq. Bu prosesdə Paşinyanın irəli sürdüyü “savaşmaq yerinə əməkdaşlıq” siyasətinin erməni xalqı tərəfindən dəstəklənməsi, Rusiyanın hərbi intriqalarının önlənməsi baxımından çox önəmlidir. Bu birmənalı şəkildə Azərbaycanın da maraqlarına uyğundur.
2) Eyni zamanda kasıb erməni əhalisinin dolanışıq üçün Türkiyəyə üz tutması halında Ermənistanda xalqın dəstəyini almaq istəyən siyasi qüvvələr mütləq bu faktı nəzərə almalı olacaqlar. Bu yolla da, Türkiyə ilə münasibətlərin qorunması xalqın istəyi, tələbi olaraq Ermənistan siyasətində bir faktora çevriləcək. Aydındır ki, bu da Azərbaycanın maraqlarına tam uyğundur və gələcək Qarabağ müzakirələrində Türkiyə bu amildən istifadə edərək Ermənistana daha səmərəli təzyiq etmək imkanı qazanacaq.
3) Türkiyənin Cənubi Qafqaza nüfuz etməsi prosesi ilk növbədə region ölkələri ilə əməkdaşlığın dərinləşdirilməsinə bağlıdır. Bu baxımdan Azərbaycan, Türkiyə və sonra da Ermənistanla qurulacaq əlaqələr, regionda geosiyasi güc tarazlığını Rusiyanın əleyhinə dəyişmək üçün vacibdir. Digər tərəfdən isə Türkiyənin Ermənistanla sərhəd olması, investisiya imkanlarının və iqtisadi əməkdaşlıq şərtlərinin daha uyğun olması imkan verir ki, müharibə siyasətindən uzaqlaşmış Ermənistan üçün Türkiyə ilə əlaqələr Rusiya patronajlığndan daha önəmli sayılsın. Yəni, iqtisadi və coğrafi şərtlərə görə hazırkı siyasi kursun davam edəcəyi təqdirdə, Rusiya Ermənistanı Türkiyəyə uduzmağa məhkumdur. Nəzərə alsaq ki, hazırkı Paşiniyan hakimiyyəti hər vəchlə Rusiyadan uzaqlaşıb, Qərbə inteqrasiya etməyə çalışır, onda strateji baxımdan Türkiyə Ermənistanla əlaqələrinin yaranması, ilk növbədə Azərbaycanın maraqlarına uyğundur.

Fuad Gahramanli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir