KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. VAŞİNQTON İRANDA REJİMİ YIXMAQ İSTƏYİR

VAŞİNQTON İRANDA REJİMİ YIXMAQ İSTƏYİR

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
443 0

ABŞ dövlət katibi Maykl Pompeonun İranla yeni razılaşma imzalanması üçün Tehrana 12 şərt irəli sürməsi məşhur anektoda “daha deyin ki, mərə paraşut vermək istəmirsiz” yanaşmasına bənzəyir. Iran hipotetik olaraq bu şərtləri yerinə yetirsə belə Vaşinqton Tehranın yaxasını buraxmayacaq. Vaşinqtonun İranla nüvə anlaşmasından çıxmasının qonşu ölkənin gizli şəkildə nüvə silahı hazırlıqları ilə əlaqəsi olmadığını daha əvvəl proqnozlaşdırmışdım. Bu proqnozumu Mayk Pompeonun bu sözləri də təsdiq edir: “İran bir seçim etmək məcburiyyətində qalacaq: ya öz iqtisadiyyatını düşünməli, ya da öz resurslarını xaricdəki müttəfiqlərinə sərf etməlidir”.

Bu sözlər və Pompeonun çıxışında İran prezidenti Həsən Ruhanini bir neçə tənqid etməsi, o cümlədən İran xalqının hakimiyyətinə qarşı çıxması ibarələri ondan xəbər verir ki, Vaşinqtonun əsas dərdi nüvə silahı deyil İranda rejim dəyişikliyinə nail olmaqdır. Yəni düşünürlər ki, rejimi dəyişsələr İranla bağlı bütün regional problemlərdən qurtulacaqlar. Vaxtilə Səddam Hüseyni devirəndə də eyni nəticəyə ümid edirdilər. Nəticə göz qabağındadır..
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir