KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev: Təcrid dövründə keçirilən seçkilər Azərbaycana nə verəcək?

Kamal Aliyev: Təcrid dövründə keçirilən seçkilər Azərbaycana nə verəcək?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
78 0

Sabah-7 fevralda Azərbaycanda növbədənkənar seçkilər keçiriləcək.Belə qənaətə gəlmək olar ki,bu dəfə baş tutacaq seçkilər müstəqil Azərbaycanın tarixində ən sönük,ən maraqsız proses kimi tarixdə öz yerini alacaq.Sovet İttifaqının süqutundan sonra Azərbaycanda 1992-ci ildə keçirilən və o zaman Azərbaycan Xalq Cəbhəsinin(AXC)lideri Əbülfəz Elçibəyin qələbəsi ilə bitən prosesdən sonra hələ də azərbaycanlılar azad seçkiyə həsrət qalıblar.
Dogrudur,1998 və 2003-ci illərdə keçirilən prezident seçkilərində əhali arasında siyasi aktivliyin nisbətən güclü oldugunu deyə bilərdik.Ən azından,mərhum Heydər Əliyev və İlham Əliyevin qarşısında Etibar Məmmədov,İsa Qəmbər kimi “dişli”rəqiblər vardı.Xüsusilə,2003-cü ildə Azərbaycanda keçirilən prezident seçkiləri zənnimcə ölkəmizin siyasi həyatında seçici aktivliyinin ən yüksək səviyyəsinin oldugu tarix idi.2003-cü ildən sonra Azərbaycan seçicisi apolitikləşməsi prosesi başladı.2005-ci ildəki parlament seçkiləri siyasi aktivliyin indiki dövrə nisbətən daha yüksək oldugu zaman kimi xatırlana bilər.
Sabah baş tutacaq seçkilərə gəlincə,yuxarıda da vurguladıgım kimi,bu,yeni dövr Azərbaycan tarixinin ən qeyri-ciddi siyasi prosesi kimi yadda qalacaq.Seçkilər demokratiyada hesabat,məsuliyyət və eyni zamanda,önəmli siyasi bir anşlaqdır.Azərbaycanda isə seçki institutu faktiki olaraq ləgv edilib.
Onu da nəzərə almalıyıq ki,bu dəfəki seçkilər beynəlxalq aləmdən təcrid olunmuş şəraitdə keçirilir.Azərbaycan nümayəndə heyəti AŞPA-dakı mandatını dondurub və bu təşkilatın müşahudəçilərini seçki prosesinə buraxmayacaq.Bu gün Azərbaycan və Qərb arasında münasibətlər xeyli zədələnib və belə fərz etmək olar ku,bu münasibətlər hələ bir müddət də problemli olaraq qalacaq.Hətta vəziyyət o həddədir ki,prezident İlham Əliyev Azərbaycanın AİHM-dən də çıxacagına işarə edib.Azərbaycan və AŞ arasında münasibətlər bir az da gərginləşərsə,Əliyev iqtidarının Avropa İttifaqı ilə də arası dəyə bilər.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir