KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Qərblə qarşıdurmanın səbəbi və perspektivləri nədir?

Fuad Gahramanlı: Qərblə qarşıdurmanın səbəbi və perspektivləri nədir?

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
91 0

Hakimiyyət nəyə nail olmaq istəyir ?

Son günlər hakimiyyətin müstəqil mediaya qarşı başlatdığı repressiya dalğası həm də Qərbə yönəlik bir mesajdır. Qərbin donor fondları ilə əməkdaşlıq edən media və QHT- lər hakimiyyətə bağlı KİV-də vətəndaş cəmiyyəti adı ilə pərdələnmiş xarici xüsusi xidmət orqanlarına bağlı agentura şəbəkəsi kimi təqdim olunur. Hakimiyyət hesab edir ki, milli azadlıq hərəkatından çıxmış demokratik qüvvələrə o qədər də isti yanaşmayan Qərb, bu gün müxtəlif layihələr adı altında əslində ayrı – ayrı qrupları maliyyələşdirərək onların ətrafında aktiv gənclərdən ibarət sosial baza yığmaq, ölkə daxilində ictimai rəyə təsir imkanı qazanmaq və zamanı gələndə də bu strukturları bir yerə cəmləyib özünə bağlı siyasi qüvvə yaratmağı nəzərdə tutur. Bu şəbəkəyə daxil olan struktur və şəxslərar aslndakı yaxınlıq hər nə qədər liberal dünyagörüşə əsaslanan sektor həmrəyliyi kimi görünsə də, hakimiyyət hesab edir ki, bu həm də onları maliyyələşdirən mərkəzlərin müəyyənləşdirdiyi bir xətddir.

Ona görə də iqtidar Qərb fondlarına bağlı vətəndaş cəmiyyəti sektorunu hədəfə almaqla, bir növ Qərbə mesaj vermək istəyir ki, media fəaliyyəti, hüquq maarifçiliyi, jurnalist araşdırmaları adı altında həyata keçirilən fəaliyyətin üzdə görünməyən məqsədlərindən çox yaxşı xəbərdardır.
Belə bir şəraitdə ölkədə güclənən repressiyalar Azərbaycan iqtidarının Qərblə bağların tam kəsməyə hazırlaşdığı anlamına gəlirmi?

Əvvəla, ilk növbədə nəzərə almaq lazımdır ki, məhz korrupsiya məsələsi Azərbaycan hakimiyyətinə Belarus yolu getməyə imkan verməyəcək. Çünki 30 illik korrupsiya yolu ilə toplanmış sərvətlərin böyük bir hissəsi, məhz, Qərb ölkələrində yerləşir. Belə bir şəraitdə Qərbə qarşı göstərilən sərt reaksiyalar və daxildə də repressiyalar indiki kimi davam edərsə, bu Azərbaycana qarşı kollektivi Qərbin sanksiyaları ilə nəticələnə bilər. O zaman isə hakim komandanın Qərbdəki sərvəti risq altına düşmüş olar. Təbii ki, bunu da hakimiyyətdıkilər hesablamamış deyil.

Bəs, o zaman Anti-Qərb ritorikasına köklənmiş hakimiyyətin getdikcə artan aqressiya və daha da sərtləşən repressiyaları nə məqsəd güdür ? Belə görünür ki, Azərbaycan hakimiyyəti daxili repressiyalara və kəskin tonlu bəyanatlara daha çox Qərbi ata biləcəyi qəti addımlardan çəkindirmək üçün bir vasitə kimi baxır. Hakimiyyətdə hesab edirlər ki, Qərbdən maliyyələşən vətəndaş cəmiyyətinə təzyiq etməklə, gözlənilən və ehtimal olunan sanksiya məsələsinin qarşıslnı ala biləcəklər.

Azərbaycan hakimiyyəti Qarabağda erməni separatizminin məğlubiyyətindən sonra Rusiyanın istəyi ilə Qərbin vasitəçilik etdiyi sülh danışıqlarıdan imtina edib. Qərb də buna görə bitmiş Qarabağ məsələsini yenidən gündəmə gətirərək və real əsas olmadığı halda Zəngəzura hərbi müdaxilə təhlükəsini qabardaraq, bundan Azərbaycanı yenidən Rusiya təsirindən çıxarıb sülh danışıqlarına qaytarmaq üçün bir təzyiq aləti kimi istifadə etməyə çalışır.

Azərbaycan iqtidarı isə danışıq masasına qayıdacağı təqdirdə Ermənistanla sülh müqaviləsi imzalanacağını və bunun da sonda Rusiyanın Cənubi Qafqazdan çıxması ilə nəticələnəcəyini bildiyi üçün, Moskvanın narazı salmamaq üçün yenidın bu danışıqlara geri dönmək istəmir. Azərbaycan iqtidarı bu məsələdə Rusiyanın maraqlarını nəzərə almaqla yanaşı hesab edir ki, Qərbin Qafqazda güclənməsi, həm də onun öz avtoritar hakimiyyət maraqlarının perspektivlərini təhlükə altına almış olacaq. Ona görə də, rəsmi Bakı Qərbin təzyiqlərinə rəğmən sülh danışıqlarında iştirak etməkdən hələ ki, yayınır. Ancaq hakimiyyət eyni zamanda onu da yaxşı başa düşür ki, belə davam edərsə və öz mövqeyində qalarsa, bu vəziyyətdə Qərbin təzyiqləri sanksiyalara qədər gedib çıxara bilər.

Məhz, bu səbəbdən də rejim ölkə daxilində Qərb şəbəkəsi adlandırdığı vətəndaş cəmiyyətinə qarşı təzyiqlər göstərməklə, Qərblə bazarlığa gedərək sanksiyaları önləməyə çalışır. Bununla İlham Əliyev göstərmək istəyir ki, əgər sanksiyalar olacaqsa, o zaman “islanmışın yağışdan nə qorxusu” prinsipi ilə, o, ölkədə Qərblə əlaqəli vətəndaş cəmiyyəti qalıqlarını da tamam məhv etməyə hazırdır. Əgər, Qərb bunu istəmirsə, Azərbaycanın geosiyasi seçiminə dözümlü yanaşmalı , iqtisadi partnyorluq səviyyəsində münasibətlər qalmalıdır.

Bu halda Qərb hakimiyyətin bu mesajını qəbul edib onunla bazarlığa gedərsə, o zaman başlanmış repressiyalar da səngiyə bilər. Yox, əgər Azərbaycan geosiyası seçimini dəyişmədiyinə görə Qərb israrlı olub sanksiyalara əl atarsa, hesab edirəm ki, Azərbaycan hakimiyyəti bu halda heç də sona qədər qarşıdurmaya getmək istəməyəcək və sonda geri çəkilməli olacaq. Çünki bir tərəfdən Rusiyanı Ukraynada gözləyən aqibəti və digər tərəfdən də korrupsiya yolu ilə toplanmış on milyardlarla sərvətin sanksiyalar nəticəsində əldən çıxma ehtimalını nəzərə aldıqda, iqtidarın son anda tarana getməkdən çəkinib U dönüşü etməyə vadar olacağını gözləmək olar.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir