KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: Putin niyə öz hakimiyyətinə qarşı inamı sarsıdan terrora razı olsun ki ?

Fuad Gahramanlı: Putin niyə öz hakimiyyətinə qarşı inamı sarsıdan terrora razı olsun ki ?

Kafkassam Editör Kafkassam Editör - - 9 dk okuma süresi
49 0

İŞD-in açıqlaması planı necə pozdu?

Moskvadakı terror hadisəsi ilə bağlı ziddiyyətli vəziyyət yaranıb. Hadisədən dərhal sonra Rusiya rəsmiləri əsas şübhəni Ukraynaya yönəltməyə çalışsalar da bu cəhd alınmadı. İŞD qruplaşmasının Xorasan qolu bu terrorun məsuliyyətini öz üzərinə götürdü. Rusiya bunu görməzdən gəlməyə çalışsa da, sonrakı video görüntülər terrorun İŞD tərəfindən törədilməsinə şübhə yeri qoymadı.

Zahirən belə görünə bilər ki, İŞD -in Moskva terrorunu üstlənməsi həm də bu hadisənin arxasında Rusiya FSB -sinin durması ehtimalını da aradan qaldırmış olur. Çünki İŞD sadəcə Moskvadakı terror aktını icra etdiyini açıqlayıb. Ancaq nəzərə almaq lazımdır ki, bu açıqlama heç də İŞD -ə kənardan belə bir sifarişin verilməsi ehtimalını təkzib etmir. Bu gün terror təşkilatlarının təkcə öz məqsədləri üçün deyil, həm də kənar sifarişlər əsasında belə qanlı cinayətlər törətdikləri bilinən bir gerçəklikdir.

İndi əsas məsələ terrorçu kimi saxlanılan şəxslərlə bağlı aparılacaq istintaq hərəkətləri zamanı onlardan hansı ifadələrin alınacağıdır. Adamlar işgəncəyə məruz qalmış şəkildə məhkəməyə gətriliblərsə , eyni şərtlər altında onlardan ifadələr alınacağına da heç bir şübhə yoxdur. Ehtimal var ki, onlardan terroru Ukraynaya bağlamaq üçün hansısa ifadələr alınmasına çalışılacaq. Bu baş verərsə indiki mənzərə tam dəyişmiş olacaq.

Diqqət edin 7-8 km -lik məsafədən OMON -çuların hadisə yerinə gecikmiş şəkildə gəlib çıxması və terrorçuların hadisə yerini tərk edib gəldikləri maşınla Moskvadan uzaqlaşmasına şərait yaradılmasının məqsədi nə ola bilərdi ? Bu müəmmalı məsələnin şifrəsini Putin öz çıxışında açdı, o, dedi ki, Ukrayna onların gəlməsi üçün pəncərə açmışdı. Yəni terrorçuların Ukrayna sərhədinə getməsinə imkan yaratmaqla Kiyevi bu işə qatmaq üçün əsas yaradılırdı. Terror hadisəsinə bu cür qeyri adekvat yanaşma ilə Putinin çıxışı arasındakı bu əlaqə hadisənin öncədən bilinməsin göstərmirmi?
Sadəcə hadisənin ilk mərhələsində Rusiya hakimiyyətinin planlarını İŞD -in məlum açıqlaması pozdu. Bunula da Medvedev başda olmaqla Rusiya rəsmilərinin terrorun məsuliyyətini birbaşa Ukraynanın üzərinə yıxmaq cəhdi fiyaskoya ugradı. Belə görünür ki, izi itirmək üçün dolayı şəkildə terror sifarişi verilərkən bu hadisənin İŞD- tərəfindən törədilməsi ilə bağlı video görüntülər ortaya çıxacağı öncədən nəzərə alınmayıb.
Ona görə də indi hadisənin məsuliyyətinin tələm tələsik Ukraynanın üstünə qoymaq alınmadığı üçün, çarə işgəncə yolu ilə terrorçulardan bununla bağlı ifadələr alınmasına qalır.

Belə biri arqument ilk baxışda məntiqli görünə bilər ki, bu terror hadisəsi Putin hakimiyyətinin və Rusiya təhlükəsizlik qüvvələrinin prestijinə böyük zərbə vurduğu üçün bu işin arxasında Moskvanın durması inandırıcı deyil. Çünki belə çıxır ki, hətta iki həftə öncə ABŞ-ın etdiyi xəbərdarlıqdan sonra belə FSB qeyri peşəkarlıq və zəiflik göstərərək bu terrorun qarşısını ala bilməyib. Putin dəlidir ki, öz hakimiyyətinə qarşı belə bir fikir yaratsın?

Bəs, o zaman bu terror aktı Putinə nə üçün lazım ola bilər?
Bu qərarı verərkən Putin iki seçim qarşısında qalıb. Bir tərəfdən öz xüsusi xidmət orqanlarının nüfuzunu zərbə qarşısında qoymaq, o bir tərəfdən də Ukraynadakı müharibəyə görə rus xalqının yaxın gələcəkdə ola biləcək mümkün narazılığının qarşısını almaq. Sizcə Putin üçün bunlardan hansısının risqi daha çoxdur? Aydındır ki, burada ən təhlükəli məsələ yaxın gələcəkdə Rusiya hakimiyyəti ilə cəmiyyət arasında yarana biləcək narazılıq və rəsmi təbliğata qarşı kütləvi inamsızlığın yaranması ola bilər. Ona görə də güman ki, Putin FSB- nin nüfuzuna xələl gəlməsinə müvəqqəti, keçici bir problem kimi baxaraq daha strateji bir məsələdə üstünlük qazanmağı seçib. Necə?

Bu məsələni anlamağa çətinlik çəkənlərə öz ölkəmizdən nümunə gətirə bilərik. Azərbaycan cəmiyyəti və müxalifəti bu gün rejim üçün elə bir təhlükə yaratmasa da , ancaq biz şiddətli repressiyaların şahidi oluruq . Niyə , çünki bu gün üçün olmasa da , yaxın gələcəklə bağlı hakimiyyətdə ciddi bir qorxu, əndişə var.
Eyni qaydada da bu gün Rusiya cəmiyyətinin çox müti görünməsinə baxmayaraq Putin çox narahatdır ki, bir tərəfdən ABŞ-ın 60 milyardlıq silah-sursatı, o bir tərəfdən militaristsləşən, hətta Ukraynaya ordu göndərməyə qədər radikallaşan Avropanın yeni yardımları gəlib çıxdıqdan və F-16 lar da işə başladıqdan sonra cəbhədə vəziyyətin ağırlaşacaq və bu zaman daxildə xalqın ovqatı dəyişə bilər. Bu zaman bir tərəfdən cəbhədəki uğursuzluq, o bir tərəfdən yeni səfərbərliyin yaradacağı etirazlar və döyüşlərdə qurbanların sayının artması, dərinləşməkdə olan sosial iqtisadi çətinliklər “bu işğal müharibəsi nəyə lazımdır?”, “müharibə istəmirik” kimi kütləvi tələblərə və etirazlara yol aça bilər . Məhz Moskva terroru da Putinə ona görə lazımdır ki, rus cəmiyyətini inandırsın ki, bu müharibə onun canına qıyan, dinc sakinləri öldürən və təkcə Putin hakimiyyətinin deyil, həm də rus xalqının düşməni olan bir qüvvəyə qarşı aparılir. Yəni bu yalnız işgal müharibəsi deyil, rusları təhlükədən qorumaq üçün verilən bir savaşdır. Bu işğal müharibəsinə qarşı gələcək etirazları önləmək, xalqı hakim rejimin militarist təbliğatı ətrafında səfərbər etmək , müharibənin lazımlılığina insanları inandırmaq üçün lazımdır. Yoxsa gözlənilən uğursuzluqlar və iqtisadi çətinliklər qarşısında bir işğal müharibəsini necə legitimləşdirmək olar ki? Ona görə də sadə insanları qorxudularaq Ukraynanada aparılan l müharibəs bu şəkildə legitimləşdirilir.

P. S. Heç bir terror təşkilatı , xüsusilə də İŞD kimi bu sahədə təcrübəli bir təşkilat ABŞ -ın xəbərdarlığından iki həftə sonra belə böyük miqyaslı qanlı cinayət törətməz, hətta bu vəziyyətdə öncədən planlanmış teror belə qarşı tərəfin təhlükəsizlik tədbirlərini artırması ehtimalına görə ertələnər. Bu yalnız o halda mümkündür ki, o terror təşkilatına sifarişçi tərəfindən təhlükəsizlik tədbirlərinin artırılmayacağı barədə məlumat sızdırılsın.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir