KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Fuad Gahramanlı: Paşiniyan nə edəcək?

Fuad Gahramanlı: Paşiniyan nə edəcək?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
144 0

Bəs, Azərbaycan nəyə imkan verməməlidir?

Ermənistanda Putinin növbəti cəhdi uğursuzluğa məruz qaldı. Rusiyaya bağlı müxalifət xalqı meyada çıxarıb “Qarabağ Azərbaycanındır” deyən Paşinyanı devirə bilmədi. Rusiya bu iki gün ərzində istəyirdi ki, ermənilər Qarabağdakı separatçılara qarşı keçirilən hərbi əməliyyatlara görə Azərbaycanla müharibəyə girməyən Paşinyana qarşı qalxıb, onu devirsinlər. Ancaq plan alınmadı.

Qarabağdakı separatçı rejimin Azərbaycanın şərtlərini qəbul etməsindən sonra Ermənistan cəmiyyətində daha böyük məyusluq yaranacaq və artıq Qarabağ kartı ilə Paşinyana təzyiq imkanları da xeyli zəifləyəcək. Bu da Paşinyanın bundan sonra Rusiyaya qarşı daha cəsarətli mövqe tutmasına zəmin yaradacaq. Çox güman ki, bu dəfə də Paşinyan Qarabağdakı hazırkı vəziyyətə görə Moskvanı ittiham etməyə və bununla da cəmiyyətdə öz anti – Rusiya siyasətinə daha çox dəstək qazanmağa çalışacaq.

Bu gün artıq qəti demək olar ki, Rusiya Ermənistanı birdəfəlik itirdi. Ancaq heç bir halda Azərbaycan imkan verməməlidir ki, Rusiya bunun əvəzinə Qarabağda hansısa əlavə status və imkanlar əldə edib, öz nəzarətində olan qondarma rejim qoruyub saxlasın. Əgər, rus ordusu Azərbaycanın iştirakı olmadan Qarabağdan çıxarılacaq erməni silahlı birləşmələrinin yerini alaraq əraziyə təktərəfli nəzarət edəcəklərsə, bu yenə də Qarabağda separatçılığı himayə və qorumaq imkanları yaradacaq. Ona görə də sabahkı Yevlax danışıqlarında Azərbaycan ordusunun bütün hallarda Qarabağdan çıxarılan qanunsuz erməni silahlılarının boşaltdıqları ərazilərə nəzarət etmək hüququnu təmin etməlidir.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir