KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Media nümayəndələri “ABADla DAD”dılar

Media nümayəndələri “ABADla DAD”dılar

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
307 0

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən “ABAD” (Ailə Biznesinə Asan Dəstək) və Expressbank-ın dəstəyi ilə 25 oktyabr tarixində media nümayəndələri üçün ABADçıların məhsullarından ibarət “ABADla dad” adlı səhər yeməyi təşkil edib. Tədbirin keçirilməsində məqsəd kiçik ailə təsərrüfatları – ABADçıların istehsal etdiyi qida məhsulları ilə daha yaxından tanış olmaqdır.
Tədbir ABAD-ın nümayəndəsi Turanə Qasımova və Expressbank-ın idarə heyətinin üzvü Mehriban Ocaqquliyevanın salamlama nitqi ilə açıq elan edildi.
Səhər yeməyi çərçivəsində ABADçı Rəhimovlar ailəsinin “Kəndli” kolbasası, Ağasiyevlər ailəsinin “Doktorskaya” kolbasası, Ələsgərovlar ailəsinin “Bəh-bəh” sosisləri, Şükürovlar ailəsinin “Şərəfə” pendiri, Haciyevlər ailəsinin “Hənifə” pendiri, Niftəliyevlər ailəsinin “Bharat” pendiri, Axundzadələr ailəsinin qara çayı, “ABAD”ın müxtəlif cemləri, mürəbbələri, və s. məhsulları səhər yeməyində istifadə olunub.
ABADçıların iştirakı ilə mətbuat nümayəndələrinə qida məhsullarının hazırlanma şəraiti, onların təbiiliyi və faydası haqqında ətraflı məlumat verilib. ABADçı məhsulların ibarət dequstasiya masaları müxtəlif auditoriyalar üçün silsiləvi şəkildə keçiriləcək.
Qeyd edək ki, hazırda “ABAD” sıralarına 402 ailə daxildir. Onlardan 71 ABADçı ailəsi qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərir.
Vəfa Fərəcova kafkassam Bakü

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir