KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Fuad Gahramanlı: Blinken Əliyevə və Paşinyana niyə zəng etmişdi ?

Fuad Gahramanlı: Blinken Əliyevə və Paşinyana niyə zəng etmişdi ?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
234 0

Sülh danışıqları dalanamı dirənib ?

Dünən ABŞ dövlət katibi Blinken İlham Əliyevə və Paşinyana zəng edib. Bu zəng son vaxtlar iki ölkə rəhbərliyinin ritorikasında açıq aşkar müşahidə olunan sərtləşmə fonunda olub. Blinken hər iki tərəflə sülh danışıqları ilə bağlı hazırkı vəziyyəti müzakirə edib. Detallar barədə hələ ki, ətraflı bilgi verilmir.
Ancaq aydındır ki, ABŞ sülh prosesində nəzərə çarpacaq ləngimə olduğunu görür və bunun Rusiyadan qaynaqlanan bir təsir olduğunu nəzərə alır.
Xüsusi ilə də biz görürük ki, son günlər Ermənistan əvvəlki mövqelərindən geri çəkilməyə başlayıb. Əgər əvvəllər Paşinyan dəfələrlə bildirmişdisə ki, Azərbaycanla imzalanacaq sülh müqaviləsində Qarabağla bağlı heç bir müddəa nəzərdə tutulmur, ancaq indi Ermənistan bu mövqedən geri çəkilməiş kimi görünür.
Bunu Ermənistanın rəhbərliyinin açıqlamalarından da görmək olur. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, “Dağlıq Qarabağ konflikti həll edilmədən və ya bu məsələnin həlli yoluna aydınlıq gəlmədən Azərbaycanla sülh müqaviləsinin imzalanması mümkün deyil”.
Əgər, bu bəyanat Valday formunda olduğu kimi Putinin erməniləri Paşinyanın üstünə qaldırmaq üçün əl atdığı şantajın qarşısını almaq üçün deyilsə, o zaman demək olar ki, vəziyyəti pisliyə doğru gedir. Çünki Paşinyan Putinin şantajından qorxub Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqlarında Qarabağın statusunu ortaya atacaqsa bu, Qərbin vasitəçilik səylərinin pozulmasına xidmət etmiş olacaq. Aydındır ki, Azərbaycan heç bir halda Qarabağın statusu ilə bağlı məsələnin nəzərdə tutulan sülh müqaviləsinə daxil edilməsinə razı olmayacaq.
Ona görə də Rusiyanın maraqlarına uyğun bu vəziyyət indi ABŞ-ı cox narahat edir. Blinken də Əliyevlə Paşinyanın Brüssel görüşü ərəfəsində məsələyə müdaxilə edərək, əvvəlki format üzrə prosesi davam etdirməyə çalışır. Qərbin vasitəçiliyi ilə aparılan danışıqlarda indiyə qədər Qarabağ məsələsi müzakirə olunmadığı halda, bundan sonra status mövzusunu ortaya atmaq, əslində, prosesi əvvəlki ölü nöqtəyə qaytarmaq demək olar. Dövlət başçısılarınln qarşıdakı Brüssel görüşündə Ermənistanın Qarabağın statusu ilə bağlı mövqeyində nə qədır israrlı olub olmamağı aydın olacaq. Ancaq bizim təxminlərimiz belədir ki, Paşinyan bu məsələdə israr etməyəcək və Qərbin vasitəçilik təşəbbüslərinə qarşı çıxmaq istəməyəcək.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir