KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Kuzey Kafkasya
  4. »
  5. Fuad Gahramanlı: Ən yaxın adamı Putini tərk edir

Fuad Gahramanlı: Ən yaxın adamı Putini tərk edir

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
432 0

Kadırov niyə aradan çıxır, nə baş verir “don” ?

Ən yaxın adamı Putini tərk edirsə, sıra başqa diktatorlara da çatacaq !

Gözümüzün qabağında Ukrayna müharibəsinin yaratdığı “qlobal istiləşmə” avtoritarizmin buzlarını əridir. 6 ay bundan əvvəl kim təsəvvür edərdi ki, Kadırov kimi bir qanqster bu gün üzünə müdrik maskası taxıb hakimiyyətdən getmək vaxtının çatdığını deyəcək. Bu tipli adamlar öz hakimiyyət və sərvət maraqları naminə hər şeyi və hamını qurban verməyə hazır olurlar. Putinə “it sədaqəti” ilə xidmət edən Kadırov onun daha çox rəğbətini qazanmaqdan ötrü minlərlə çeçeni Ukraynada ət maşınına göndərib, öz həmvətənlərini qurban vermək hesabına hakimiyyətinin davamlılığını təmin etmək istəyirdi. Bəs nə oldu, bu quldur birdən – birə belə müdirikləşdi, etmədiyi cinayət və əclaflıq qalmayandan sonra birdən – birə anladı ki, sən demə adam öz xoşu ilə ilə hakimiyyətdın getməlidir. Bu qanqster savadsız olsa da, çox bic, hiyləgər biridir. O, 15 il ərzində Putinə yarınmaq, xidmət göstərmək üçün hər şey elədi, bütün əndazələri aşdı. Ancaq indi baxıb görür ki, vəziyyət dəyişir, “patriarxın payızı”nın nəfəsi duyulur. Adam Rusiya hərbi siyasi rəhbərliyinin içindədir və nə baş verdiyini çoxlarından daha yaxşı görür və bilir. Kadırov artıq anlayır ki, Ukraynadakı məğlubiyyət Rusiyanın daxilində qarşısı alınmaz prosesə yol açaraq, öz ardınca Putini də məhvə doğru sürükləyəcək. Ona görə də, indidən aradan çıxmağa çalışır. “Mən Putini gözləyən faciəvi aqibəti bölüşmək istəmirəm” deyə bilmir, birdən birə öz quldur xislətini gizlədib demokrat maskası ilə aradan çıxmağa çalışır. 15 illik hakimiyyət müddəti sən demə buna artıqlaması ilə yetib və indi, o, buna görə də kənara çəkilmək istəyir.
Nə nəticə çıxır bundan? Bu gün Kreml hakimiyyətinin ən yaxın adamlarından biri, 2 ay öncə Putin əmr etsə Avropanı da tutaram deyən azğın və məsuliyyətsiz bir tip bu gün meydandan qaçmağa hazırlaşırsa, demək ki, Putinə bağlı hakimiyyət planlarının sonu gəlmiş sayılır. Əgər Putin Rusiyanın inzibat sərhədləri daxilində fironluq edən Kadırovu qorumaq gücündə deyilsə, o zaman, bu gün Rusiya sərhədlərindən kənarda Putinə güvənən diktatorlar Ukrayna müharibəsinin geosiyasi çağırışlarını anlaya bilmirlər demək.
Nə oldu ki, ötən ilin yanvarında Putindən aldığı köməklə öz xalqının qanını tökən Tokayev də birdən – birə dəyişib demokratik islahatlara başlayır, prezident seçilmə hüququnu bir dəfə ilə məhdudlaşdırır, prezident qohumlarına dövlət vəzifəsi tutmağı qadağan edir, cinayətkar kimi həbs etdiyi öz əleyhidarlarını kütləvi şəkildə buraxmaq qərarına gəlir? Nədən? Çünki adam siyasətçidir, qlobal gedişatı anlaya bilir, geosiyasi dəyişikliklərin doğurmaqda olduğu nəticələri başa düşür. Ona görə də kor inadla hakimiyyətdən tutub bütün xalqı və rəqiblərini əzmək, dəyişən dünya ilə konfratasiyaya getmək hesabına hakimiyyətdə qala bilməyəcəyini anlayır.
Əslində, indiki mərhələ Putindən aslı diktatorlar üçün seçim anıdır. Ya Tokayev kimi ağıllı tərpənib demokratik islahatlara başlayacaqlar, ya da ki, heç nəyi nəzərə almadan, hikkə və hökmranlıq iddiası ilə xalqlarını əzmək yolu tutb sonda özlərini də, ölkələrino də faciəyə doğru sürükləyəcəklər.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir