KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Avropa İttifaqındakı xaos Çexiyadanmı başladı?

Kamal Aliyev: Avropa İttifaqındakı xaos Çexiyadanmı başladı?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
262 0

Dünən Çexiyanın paytaxtı Praqadakı mitinqdə iştirak edən 70 mindən artıq etirazçı hökumətin istefasını,Rusiyaya qarşı sanksiyaların ləgv edilməsini və ukraynalı qaçqınların geri göndərilməsini tələb ediblər.(tagesschau.de)
Təbii ki,onminlərlə etirazçı çexi küçələrə çıxaran ən böyük səbəb və yaxud motivasiya enerji qiymətlərinin yüksəlməsi ilə paralel olaraq infilyasiya(resessiya və staqflasiya qorxusu da var),gündəlik ərzaq məhsullarının bahalaşmasıdır.
Çex müxalifət bəyan edib ki,etiraz aksiyalarını bundan sonrakı mərhələdə ardıcıl təşkil etməyi düşünürlər.

Bir vacib məqamı vurgulayım ki,Rusiyanın Şimal Axını-1 qaz boru xətti vasitəsilə Avropaya enerji ixracını böyük ölçüdə kəsməsi bu qışın qoca qitədə “isti”keçəcəyinin xəbərçisidir.Şübhəsiz ki,Aİ dövlətləri qarşı həmlələr,müəyyən tədbirlər(kəmərsıxma daxil)görəcəklər,lakin fərz edirəm ki,əsas yük istehlakçılardan daha çox sənaye müəssisələrinin çiyinlərində olacaq.Eyni zamanda,dünya bazarında neftin qiymətlərində də yüksəliş trendi davam edəcək.

Konkret olaraq dünən Praqadakı izdihamlı aksiyaya gəlincə,biz bu protest anşlaqda radikal sag təşkilatları,Kommunist Partiyasını,Avropa İttifaqına skeptik yanaşan müxtəlif QHT-ləri gördük.Çexiyanın baş naziri Petr Fialaya görə,bu kütlələr əsasən rusyönümlü,Kremlin media propaqandasının təsiri altına düşmüş insanları təmsil edirdi.Çexiya müxalifəti isə ölkədə iqtisadi böhranın səbəbi kimi hökumətin yarıtmaz siyasətini,Rusiyaya qarşı sanksiyaların əks təsir göstərməsini bəyan edir.
Dünənki demonstrasiyanın mottosu da”Əvvəlcə Çexiya Respublikası”idi.

Onu da vurgulayım ki,Çexiyadakı aksiyada Ukrayna bayraqlarının tapdalanması utanc sayılmalıdır.Nəzərə alsaq ki,”Praqa Baharı”(Prazska jar)yaşamış,kommunist,totalitar sovet rejiminin,imperializminin sərt üzünü görmüş çex xalqından bunu gözləməzdim.Lakin Çexiyada başlamış etiraz aksiyalarının yaxın həftələrdə nəzarətdən çıxaraq xaosa çevrilməsi ehtimalı da var.
İndi narahat yaradan məqam budur ki,Avropa ölkələrində başlayacaq kütləvi etiraz aksiyaları iqtidarların dəyişməsi,radikal siyasi qüvvələrin(fərq etmir ki,sag və ya sol olsun)hakimiyyətə gəlməsi ilə nəticələnə bilər.
Amma bir reallıgı vurgulamaq gərəkdir ki,Kremlin media propaqandası,dezinformasiya siyasəti Avropada çox güclüdür.Üstəlik,enerji qiymətlərinin yüksəlməsi,qış aylarının soyuq keçməsi yüksək sosial rifaha alışmış avropalılar üçün “soyuq duş”effekti yaradacaq.

Praqadakı aksiyada iştirak edənlər deyirdilər ki,hökumət ukraynalı qaçqınlara daha çox diqqət ayırır nəinki onlara.Bu,isə istər-istəməz millətçilik duygularını da körükləyir.Hətta eyni tendensiyanın bu qış başqa Avropa ölkələrində də baş verəcəyini proqnozlaşdırmaq olar.Xüsusilə,ayrı-ayrı millətçi qruplarla gettolarda yaşayan miqrantlar arasında qarşıdurmalar baş verməsi istisna edilməməlidir.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir