KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Elhan Şahinoğlu: Liderlər Münxendə açıq diskussiya aparır

Elhan Şahinoğlu: Liderlər Münxendə açıq diskussiya aparır

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
42 0

Dünyada bir neçə ənənəvi konfrans və forum o birilərindən fərqlənir, liderlərin və medianın bu toplantılara marağı daha çox olur. Bunlardan biri Münxen Təhlükəsizlik Konfransıdır. Liderlər Münxendə açıq diskussiya aparır, panellərdə müxtəlif təhlükələrin miqyasının mənzərəsini təsvir etməyə çalışırlar. Bu toplantılarda bəzi liderlər gələcək planları barədə də mesaj verirlər. Misal üçün Rusiya prezidenti Vladimir Putin Kremlin xarici və təhlükəsizlik siyasətinin sərtləşəcəyini ilk dəfə 2007-ci ildə Münxen Təhlükəsizlik Konfransındakı çıxışında bəyan etmişdi. Dediyi kimi də oldu, Rusiya bir il sonra Gürcüstanın ərazilərini işğal etdi, 7 il sonra isə Krımı ilhaq edərək Ukraynanın şərqinin işğalını planlaşdırdı. Qərb dövlətləri 2007-ci ildə Putinin çıxışını diqqətə alıb zəruri tədbirlər görsəydilər, bəlkə də bugünkü faciələr baş verməzdi. Misal üçün Gürcüstan və Ukrayna elə həmin ərəfədə NATO-a üzv qəbul edilsəydilər, Rusiya Şimali Atlantika Blokuna yeni üzv olan ölkələrə hücuma risk etməzdi.

Azərbaycan prezidenti İlham Əliyev üçün də Münxen Təhlükəsizlik Konfransında iştirak vacibdir. Bu Azərbaycanın Qarabağ üzərində suverenliyini tam bərpa etdikdən sonra dövlət başçısının beynəlxalq əhəmiyyətli toplantıda ilk iştirakı idi. Münxendə Azərbaycan dövlət başçısı ilə görüşmək istəyənlər sırada gözləyirdilər. Halbuki, Ermənistanın ümidi onaydı ki, Qarabağda anti-terror əməliyyatından sonra Qərb ölkələrinin Azərbaycana münasibəti dəyişəcək, Bakıya təzyiq artacaqdı. Qərbin Azərbaycanla əməkdaşlığa ehtiyacı olduğunu Münxen Təhlükəsizlik Konfransı da göstərdi. Qərbdə bəziləri Qarabağ mövzusunu gündəmdə saxlamağa çalışsa da, onların sayı getdikcə azalır, qərar verən mərkəzlər Bakı ilə əməkdaşlığın genişlənməsində maraqlıdırlar. Ukrayna prezidenti Volodimir Zelenski Münxendə İlham Əliyevlə görüşdə ölkəsinə humanitar dəstəyi davam etdirdiyinə görə Azərbaycanın dövlət başçısına bir daha minnətdarlığını bildirdi. ABŞ və Avropa İttifaqı Rusiya işğalı qarşısında Ukraynaya dəstəkdən imtina etməyən, Kiyevə yanacaq və zəruri avadanlıqlar göndərən Azərbaycanın bu rolunu da nəzərə almaq məcburiyyətindədirlər.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir