Türkiye, Rusya’ya karşı taraf olmaya zorlanıyor

Дмитрий Тренин: Как России реагировать на кризис в Армении

Balkan barışını dinamitleyen Sırp politikacı suikastı

İsa Qəmbər: Əsas səbəb hakimiyyətin həqiqi, azad seçki keçirmək üçün siyasi iradəsinin olmamasıdır

Dr Nazim Cafersoy: Mitinqin tarixi olduqca mənalıdır

Ermenistan 28 Şubat 2021
27

Ermenistandaki siyasi böhranda 1 martda mühüm mərhələ yaşanacaq. Belə ki, Paşinyan 1 mart saat 18.30-da Respublika meydanında mitinq təyin edib.
Mitinqin tarixi olduqca mənalıdır. Belə ki, 1 Mart 2008-də prezident Koçaryan Petrosyan tərəfdarlarına qarşı ordunu istifadə edib və xalqdan 10 nəfər ölüb. Paşinyan dövrundə bu hadisə ilə bağlı Robert Koçaryan,Seyran Ohanyan və dövrün digər bəzi rəsmiləri haqqında cinayət işi açılıb. Paşinyan Facebookda bu barədə mühüm məqamlar açıqlayacağını elan edib.
1 mart tarixi həm də prezidentin Pasinyanin qərargah rəisini işdən azad etme təqdimatını rədd etməsindən bir gün sonra olacaq. Paşinyan eyni təqdimatı eyni gün təkrar prezidentə göndərib. Paşinyan Facebookdaki canlı yayında mitinqdə bu barədə danışacağıni elan edib. O prezidentin təqdimatı geri göndərmə qərarınin əsassız və konustitutsiyanin pozuntusu olduğu barədə ətraflı danışacağını bildirib.Bas nazir mitinqdəki çıxışın mühüm siyasi nəticələri ola biləcəyini vurğulayıb. Bu arada Paşinyanin parlament fraksiyasindan bir millət vəkili prezidentin kobud Konustitutsiya pozuntusu səbəbiylə impiçment edilə biləcəyi haqqında bəyanat verib.
İmpiçment prosesi uzun və ən az 86 millət vəkilinin dəstəyini və Konustitutsiya Məhkəməsinin rəyini gərəktirən bir prosesdir. Paşinyanin hazırda 83 millət vəkili var. İmpiçmenti bacara bilməsi mövcud şəkildə sadəcə parlament və KM-ni öz tərəfdarları ilə təzyiq altına alması ilə mümkündür. Hələlik bu məsələ sadəcə bir vəkilin bəyanatıdir. Həm impiçment barədə vəkiln bəyanatı, 1 martdaki mitinq və Paşinyanın bugün Facebookdaki açıqlamalari prezident üzərində təzyiq yaradıb Qasparyanı vəzifədən çıxartmağa dair qərarı verməsinə hesablanıb.
Müxalifət də qarşı addım kimi öz mitinqini 1 mart saat 18.00-a təyin edib. Parlamentdəki əsas müxalif “Çiçəklənən Ermənistan” fraksiyasının lideri isə prezidenti impiçment təşəbbüsünun iqtidarın sonu olacağını bəyan edib.
Bu arada dünən Ermənistan ordu birlikləri Qasparyana dəstəyini bəyan edib. Ermeni mətbuatında Paşinyanin Qasparyani istefaya məcbur etmək vəya həps etmək üçün müəyyən cəhdlər etdiyi də iddia edilib.
Dr Nazim Cafersoy

Yorumlar