Ermənistanın baş naziri Nikol Paşinyan üçün sabahkı mitinqin güc nümayişi ilə yanaşı rəmzi mənası da var. 1 mart 2008-ci ildə, yəni 13 il əvvəl müxalifət Serj Sərkisyanın saxtakarlıq nəticəsində prezident seçilməsinə etiraz olaraq küçələrə axışdı. Kreslosunu yerlisi Sərkisyana ötürən Robert Köçəryan prezidentliyə digər namizəd Levon Ter-Petrosyan tərəfdarlarına atəş açmaq əmrini verdi. Nəticədə ən azı 10 nəfər qətlə yetirildi, xeyli yaralanan oldu.
Etirazçılar arasında o zaman Levon Ter-Petrosyan tərəfdarı olan gənc Nikol Paşinyan da var idi. Onu axtarışa verdilər, bir il sonra həbs olundu. Məhkəmə Nikol Paşinyanı 7 il həbs cəzası verdi, ancaq 2011-ci ildə Ermənistan müstəqillliyinin 20 illiyi ilə əlaqədar amnistiya elan edildi və Paşinyan azadlığa çıxdı. Paşinyan həmin tarixi unutmadı və 2018-ci ildə hakimiyyətə gələn kimi 2008-ci ildə qətliamına əmr verənləri həbs etməyə başladı. Şübhə etmirəm ki, Nikol Paşinyan sabah bütün bunlar haqqında mitinqdə danışacaq və 2008-ci il qətliamının baiskarları qarşısında istefa verməyəcəyini bəyan edəcək. Oyunçu aparsın, biz də Ermənistandakı serialın davamını izləyək!Ermənistan müxalifəti əlacsız qalıb «Venesuella modelini» tətbiq etməyə çalışa bilər. Yəni Paşinyanın dirəndiyini və istefa verməyəcəyini anlayan müxalifət paralel stukturlar və meydanda müvəqqəti hökumət formalaşdıra bilər və sonra da dövlət stukturlarına, o cümlədən baş qərargah rəisi Onik Qasparyana müraciət edəcək ki, Vazgen Manukyana itaət edin! Venesuellada ikihakimiyyətlilik ona gətirib çıxardı ki, ölkə bərbad günə düşdü, iqtisadiyyatı yerlərdə sürünür.
Elhan Şahinoğlu