Suriyada sülh ümidləri kimə bağlıdır?

Mesut Barzani hangi partiye destek için Türkiye’ye geldi?

AYNUR TALIBLI: AY YÜZLÜ TÜRK KIZI

Hasan Oktay MGtv de Yasemin Karakoyunlu ile Mustafa Güven’e gündemi değerlendirdi

Dr. Nazim Cəfərsoy: Gürcüstan Azərbaycan ilə Ermənistan arasında vasitəçiliyə hazırlaşır?

Azerbaycan, Ermenistan, Gündem 11 Mayıs 2021
26

Son dövrlərdə Gürcüstanın Cənubi Qafqazla bağlı proseslərdə fəallaşmağa çalışması diqqəti cəlb edir. Bu fəallaşma çərçivəsində 3-4 mart 2021 tarixlərində Ermənistan baş naziri Nikol Paşinyan Tiflisə səfər edib və gürcü həmkarı İrakli Qarubaşviliylə, prezident Salome Zurabişvil və parlament spikeri Archil Talakvadze ilə müzakirələr aparıb.[i] Aprel ayında isə Gürcüstanın fəllaşmağında yeni bir mərhələ başlayıb. Bu çərçivədə Ermənistan prezidenti Armen Sarkisyan 15 apreldə Tiflisə 2 günlük səfər edib və Gürcü həmkarı Salome Zurabişvili başda olmaqla müxtəlif rəsmilərlə müzakirələr aparıb.[ii] Bu görüşdə tərəflərin əsas mövzuları arasında iki tərəfli münasibətlərlə yanaşı, regional təhlükəsizlik və Qarabağdakı yeni reallıqlar olduğu da bildirildi. Sarkisyan koronovirusa yoluxan Gürcüstan baş naziri İrakli Qarubaşviliylə görüşə bilməsə də, telefonla danışıb.

Ardından Gürcüstan baş naziri 5-6 may tarixlərində Bakıya gəldi.[iii] 5 Mayda Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul edilən Qaribaşvili ilə görüşunun mətbuata açıqla hissəsində ikili münasibətlər danışılsa da, qapalı hissədə regiondakı geosiyasi reallıqların müzakirə edildiyi yüksək ehtimaldır..

10 mayda isə Gürcüstan baş nazirinin 12 mayda İrəvana gedəcəyi açıqlandı.[iv]

Rəsmi Tiflisin bu fəallaşması ağıllara maraqlı bir sual gətirir: Əcəba Gürcüstan Ermənistan ilə Azərbaycan arasında vasitəçilik cəhdlərinə mi başlayır?

Əslində Gürcüstanı bu cəhdə sövq edə biləcək çox sayda amil var. Əvvəla, Gürcüstanda Qafqazda son proseslərin onun geosiyasi önəminə zərər verdiyinə dair narahatçılıq keçirirlər. Rəsmi Tiflisin fəallaşması bu konteksdə sürpriz deyil. Əsasında Gürcüstan zaman- zaman bu Azərbaycan ilə Ermənistan arasında cılız da olsa müəyyən vasitəçilik rolu oynamaq istəyib, ancaq bu həyata keçməyib. Son olaraq prezident Zurabişvili 15 apreldə Sarkisyanla görüşdə açıqca “Gürcüstanın Bakı ilə İrəvan arasında dialoq platformu təklif etdiyini və bu təklifin daima keçərli olduğunu” bəyan edib.[v]

İkincisi, Qərb Rusiya və Türkiyənin təşəbbüsü ilə gedən və onun daxil olmasına o qədər də imkan verilməyən müzakirələrdən uzaqda qalıb. Bu mənada Qərbin Gürcüstanı prosesə daxil olması üçün təşviq etmiş olması istisna deyil. Maraqlidir ki, ABŞ dövlət katibi Antoni Blinken Sarkisyanın Tiflis səfərindən 2 gün öncə, yəni 13 apreldə Gürcüstan xarici işlər naziri David Zalkilani ilə telefonla danışaraq iki tərərfli münasibətləri və regional təhlükəsizlik məsələlərini müzakirə edib.[vi] Gürcüstanın vasitəçiliyi mövzusunun ABŞ dövlət katibi Antoni Blinkenin Azərbaycan prezidentinə 28 apreldəki zəngi sırasında gündəmə gəlməsi də istisna deyil.[vii] Tiflisin keçdiyimiz dovrdə xüsusi Avropa Birliyi konteksində Azərbaycan ilə Ermənistan arasında müxtəlif formatlı görüş və müzakirələrin yeri olduğu yaxşı məlumdur. Qarabağ müharibəsindən sonra Qərbin bu prosesi yeni və yüksək siyasi səviyyəyə çıxarmağı təşviq etməsi istisna deyil. Maraqlıdır ki, Zurabişvili 15 apreldə Sarksyanla görüşündə Avropa Birliyinin Qarabağ problemin həllindəki önəmini xüsusi vurğulayıb.[viii]

Üçüncüsü, Azərbaycan üçün müzakirələrin sadəcə Rusiya üzərindən getməsi çox da arzu edilən deyil. Son altı ayda həm Azərbaycan ictimaiyyəti, həm də rəsmi Bakının Rusiyanın vasitəçilik fəaliyyətlərindən narahatçılığında ciddi artış var. Türkiyənin proseslərdə fəal iştirakına isə Ermənistan daxili tarazlıqlar hələlik imkan vermir. Bu konteksdə rəsmi Tiflislə Türkiyə və Azərbaycan da Gürcüstanin prosesdə iştirak etməyə təşviq etməsi de istisna deyil. Maraqlıdır ki, Turkiyəli xarici işlər naziri 22 apreldə Buxarestdə Gürcü həmkarı ilə görüşüb.[ix] Görüşdə hər iki nazir bölgə məsələlərini müzakirə ediblər. Xatırladaq ki, 6 mayda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Gürcüstanın Baş nazirinin müavini-xarici işlər naziri David Zalkaliani ilə görüş keçirib.[x]

Ancaq Kremlin Tiflisin bu fəallığından narahat olması və bu narahatçılığı Qarabağda müxtəlif formada göstərmə təhlükəsi çox realdır. Yenə də Bakı və İrəvanın müəyyən məsələlər üzərindən Rusiyanın vasitəçiliyini balanslaşdırmaq üçün Tiflis varyantıni, ən azından orda bəzi görüşlər keçirməsi istisna deyil. Mövzunun Azərbaycanın Qafqazda 3+3 təklifi konteksində gündəmə gəlməsi mümkündür.

Bu yuxarıda qeyd edilənlər konketsində Gürcüstan bas nazirinin İrəvan səfəri və verəcəyi mesajlar xüsusi önəm təşkil edir. Əgər o İrəvanda regional əməkdaşlıq üçün Gürcüstanın oz töhfəsini verməyə hazır olduğunu bildirsə, o zaman müəyyən çərçivəli bəzi vasitəçilik görüşləri gündəmə gələ bilər.
Dr. Nazim Cəfərsoy
——————————————————————

[i] “Armenian PM at meeting with Georgian PM in Tbilisi: “Our relationship with Georgia is special”, https://agenda.ge/en/news/2020/650

[ii]“Armenian President Visits Tbilisi”, 15 aprel 2021, https://civil.ge/archives/413193

[iii] “İlham Əliyev Gürcüstanın Baş nazirini qəbul edib”, 5 may 2021, https://president.az/articles/51371

[iv] “Названа дата визита премьер-министра Грузии в Армению”, 10 may 2021,

https://sputnik-georgia.ru/caucasus/20210510/251694136/Nazvana-data-vizita-premer-ministra-Gruzii-v-Armeniyu.html

[v] “Armenian President Visits Tbilisi”, 15 aprel 2021, https://civil.ge/archives/413193

[vi] “Secretary Blinken, FM Zalkaliani Talk Democracy, Security in Georgia”, 13 aprel 2021, https://civil.ge/archives/412607

[vii] “ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir”, 28 aprel 2021, https://president.az/articles/51323

[viii] “Armenian President Visits Tbilisi”, 15 aprel 2021, https://civil.ge/archives/413193

[ix] “Dışişleri Bakanı Çavuşoğlu, Gürcistanlı mevkidaşı ile görüştü”, 22 aprel 2021, https://aydinlik.com.tr/haber/disisleri-bakani-cavusoglu-gurcistanli-mevkidasi-ile-gorustu-241881

[x] https://twitter.com/AzerbaijanMFA/status/1389912028257693701

Yorumlar