KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kamal Aliyev: Rusiya Ermənistanı yenə təhdid etdi Yerevanda dövlət çevrilişi realdırmı?

Kamal Aliyev: Rusiya Ermənistanı yenə təhdid etdi Yerevanda dövlət çevrilişi realdırmı?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
200 0

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Moskvada Azərbaycan Milli Məclisinin spikeri Südabə Qafarovanı qəbul edərkən deyib ki,Avropa Parlamenti və AŞPA kimi siyasi qrumların Qarabag probleminin həllinə cəlb olunması əlavə problemlər yaradacaq.V.Volodin onu da vurgulayıb ki,Avropa qrumlarının lehinə bəyanat verənlər ölkələrinin müstəqilliyini itirə bilərlər.Volodin bir az da irəli gedərək belə deyib ki,Avropa qrumlarını prosesə qoşmaq istəyənlər Ukrayna və Yuqoslaviya nümunəl ə rini düşünməlidirlır.
Göründüyü kimi,Rusiya açıq aşkar Avropanın siyasi qrumlarının Cənubi Qafqazda aktivləşməsini həzm edə bilmir,üstəlik,region ölkələrini üstü qapalı təhdid edir.Hətta belə demək mümkünsə,Rusiya “qızım sənə deyirəm,gəlinim sən eşit”məntiqindən istifadə edir.
Şübhəsiz ki,Rusiyanı Azərbaycandan daha çox Ermınistan iqtidarının siyasi gedişləri və manevirləri narahat edir.Yadınıza salım ki,Ermənistanın baş naziri Nikol Paşinyan fevralın əvvəlində belə bəyanat vermişdi ki,Avropa İttifaqı Azərbaycan-Ermınistan dövlət sərhədinin hardan keçdiyini bilsə də,KTMT bunu bilmir.Bu nöqteyi-nəzərdən,Ermənistan Aİ-nin müşahidəçilərini ölkəyə dəvət edib.Təbii ki,Moskva Paşinyan hökumətinin bu addımından narahatdır və Volodinin diliylə Ermənistanı açıq-aşkar təhdid edir.
Maraqlıdır ki,dünən Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə zəng edərək,onunla Cənubi Qafqazdakı prosesləri müzakirə edir.Əliyev Putinə zəng etməmişdən əvvəl Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.Görünən budur ki,Qarabag problemi ilə baglı Bakı və Moskva arasında bir çox məsələlərdə mövqelər yaxındır.Lakin biz bunu Moskva və Yerevan arasındakı münasibətlərdə görə bilmirik.Və belə olan təqdirdə,Rusiya Ermənistan daxilindəki özünə “sadiq”qüvvələri mümkündür ki,aktivləşdirsin.Yəni,Moskva yaxın gələcəkdə Paşinyan iqtidarına qarşı iqtisadi və siyasi təzyiqlərinin dozunu artıracaq.Ermənistan hökumətinin hədəfi isə maksimum Rusiyanın təsir orbitindən qurtulmaq və Qərbə bir az da yaxınlaşmaqdır.Diqqət etsək görərik ki,Paşinyan Ermənistandakı 102 saylı rus hərbi bazasının yaxınlıgında mitinqin təşkil edilməsinə imkan verərək demək istəyir ki,o,gec-tez ölkəsini Rusiyanın təsir orbitindən çıxarmaqda israrlıdır.Əslində,Dumanın spikeri V.Volodinin xəbərdarlıgının əsas hədəfi birbaşa Ermənistana yönəlib.
Görünür,Moskva Paşinyanın kaprizləri ilə oynamaqdan bezib və ona açıq xəbərdarlıq edir.
Rusiyanın Ermənistandakı növbəti addımı ehtimal ki,siyasi və iqtisadi təzyiqləri artırmaq olacaq.Əgər bu,istənilən effekti verməsə,Ermənistanda dövlət çevrilişi ehtimalı gündəmə gələ bilər.Moskva Ermənistan ordusundakı “sadiq”tərəfdarlarını hərəkətə keçirə bilər.Düşünürəm ki,Paşinyan da Kremlin niyyətindən xəbərdardır və hazırlıqlarını da görür.
Fərz edirəm ki,qarşıdakı aylarda Moskva-Yerevan xəttində münasibətlər kəskinləşəcək.Hətta o da mümkündür ki,Azərbaycan və Ermənistan sərhədində,Qarabagdakı separatçılar vasitəsilə müəyyən təxribatçı addımlar da atılsın.Fevralın sonu Rusiyanın xaruci işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri gözlənilir.Lavrovun səfərindən sonra bir çox mətləblərə aydınlıq gətiriləcək.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir