KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Dadash Ahmadli: Putin için nükleer silah fayda sağlar mı

Dadash Ahmadli: Putin için nükleer silah fayda sağlar mı

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
173 0

Nüvə silahı da işə yaramır
Rusiya prezidenti Vladimir Putinin heç bəxti gətirmir. Güvəndiyi “Moskva” kreyseri sıradan çıxarıldı. Avropanı qış aylarında qazsız qoyacağı ilə hədələyirdi, bu da işə yaramadı. Sonuncu ümidi nüvə silahından istifadə etmək idi ki, indi də onunla bağlı problemlərin yarandığı aydın olur. İndi bu yazıq nə etməlidir?
Dünən Putin hərbi blokun rəhbərliyinin nümayəndələri ilə görüş keçirib. O, cəbhədəki vəziyyətlə bağlı hərbçilərin məruzələrini dinlədikdən sonra yeni ərazilərin “azad edilməsi”nin nəticəsini təqdim etməyi tələb edib və növbətçi vədlər alaraq iclası bağlayıb. Axşam Putinə Rusiya Federasiyası Təhlükəsizlik Şurası ekspertlərinin məruzəsi təqdim olunub. Məruzənin əsas mövzusu taktiki nüvə silahından istifadə ilə bağlı qərar qəbul edilərsə, bunun ölkə, rejim və şəxsən prezident üçün yarana biləcək mənfi nəticələr barədədir. Ekspertlərin fikrincə, Ukrayna ərazisində taktiki nüvə silahının tətbiqi əsas problemləri həll etməyəcək, sadəcə, yeni problemlər yaradacaq. Hesabat müəllifləri xüsusilə hesab edirlər ki, Rusiyanın iri şəhərlərində effektiv evakuasiya planı olmasa, əhali arasında panika fonunda “qisas” zərbəsi təhlükəsi yaranarsa, vəziyyət nəzarətdən çıxacaq və xaosa çevriləcək ki, bu da əsas kommunikasiyaların bloklanmasına və bütün xidmətlərin bağlanmasına səbəb olacaq.
Belə bir vəziyyətdə itkilərin sayını proqnozlaşdırmaq çətindir, lakin onlar kifayət qədər təsirli olacaq.
Bununla belə, bu cür planların bugünkü reallıqlara mümkün qədər yaxın hazırlanması əmri, hətta məxfi rejimdə də həyata keçirilərsə, bu, nəticə verməyəcək, əksinə, məmurlara və yerli rəhbərliyin nümayəndələrinə hazırlaşmaq üçün siqnal verilmiş olacaq. Böhran ərəfəsində sürətlə yayılan şayiələr və çaxnaşma isə arzuolunmaz təsir yaradacaq. Özlərinin, eləcə də ailələrinin və yaxınlarının evakuasiyası qayğısına qalan yerli rəhbərlər bununla digərlərinə də işarə vermiş olacaqlar. Ən pisi isə odur ki, bu, hesabatda təsvir olunan iyirmidən çox aspektdən yalnız biridir. Putin hesabatı daha ətraflı öyrənəcəyini və Təhlükəsizlik Şurasının daimi üzvləri ilə dar tərkibdə növbəti görüşdə müzakirə edəcəyini vəd edib.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir