KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Cemil Hasanlı: Putinin ABD basınına verdiği demeç

Cemil Hasanlı: Putinin ABD basınına verdiği demeç

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
77 0

Taker Karlsonun Rusiya prezidenti Vladimir Putinlə müsahibəsi çox uğursuz bir müsahibədir. Putin bütün Rusiyanın imperialist hərəkətləri ilə bağlı dünyanı maraqlandıran məsələlərdən qaçmaq Karlsonu tarixə çəkdi. Və Karlsonda bu tarixi şansı əldən verdi və ya özü də bunda maraqlı oldu. Amerika izləyiicisi üçün Putinin tarix mühazirəsni dinləmək nə qədər maraqlı olacaq? Ryuriklər belə gəldi, xristianlıq belə getdi, xristianlı 988-ci ildə belə qəbul edildi, Yaraslav Mudri ordan gəldi, Moqol-tatarlar burden getdi. Bütün bu nağıla qulaq asmaq sadəcə vaxt itirməkdir. Və bu nağılın ərxasında da Rusiyanın imperialist və işğalçı siyasətinə haqq qazandırmaq dayanır.

Bir tarix xəstəliyi var: bu günün tapa bilməyən xalqlar və millətlər keçmişləri ilə yaşayırlar, qəhrəmanlarını keçmişdə axtarırlar. Putin təkidlə tarix mühazirəsi deməklə əsas suallardan yayındı. Məslən söhbət Boqdan Xmelinitsikin məktubundan gedəndə Karlson soruşa bilərdi ki, axı siz necə XXI əsrdə Ukraynaya qarşı həyata keçirdiyiniz təcavüzə XVII əsrdə yazılmış bir məktubla bəraət qazandıra bilərsiniz. XVII əsrdə dünyada 20-25 imperiya dövlətləri vardı. İndi dünyada 200-dən artıq dövlət var və bunların hamısı həmin 20 imperiyanın içərisindən çıxıb.

Putin tarix müsahirəsi yadıma bir şeyi saldı. 1919-cu ildə Paris Sülh Konfransına hər dövlət öz tələbləri ilə gəlmişdi. İran nümayəndə heyəti tələb etdi ki, XVI əsrdə Səfəvi dövlətinə məxsus olan ərazilər İrana qaytarılmalıdır. Bu Dərbənddən tutmuş Sır Dərya-Amu Dəryadan cənuba döğru böyük əraziləri əhatə edirdi. Ermənilər də tələb etdi ki, qədim erməni çarlığına məxsus olan torpaqlar gərək Ermənistana verilsin. Onda İtaliya nümayəndəsi replica verdi ki, əgər müharibədən sonra dünya bu prinsilərlə bölüşdürüləcəksə, ondə Qədim Roma imperiyasına məxsus olan ərazilər də gərək İtaliyaya verilsin.

Putin Qara dəniz sahillərinin Rusiyanın tarixi torpaqları olduğun deyir. Bəs onda Kırım xanlığı harada qaldı? Neçə əsr Qara dənizin şimal sahibləri Krım xanları tərəfindən idarə olunublar. Daha qədim vaxtlarda orada yunan koloniyaları olub. Yunanların əsatirlərinin bir çoxu məhz həmin koloniyalarda yaranıb.

Əlbəttə ki, Ukraynanın süni dövlət olması barədə Putinin Karlsona dediklərinin tarixlə heç bir əlaqəsi yoxdur. Tək Ukrayna getmanları yox, gürcü knyazları da XIX əsrin ilk illərində Rusiya himayəsinə girmək barədə Peterburqa məktublar yazıblar. Georgievski müqaviləsi bağlanıb. Eyni məntiqlə onda gərək Putin Gürcüstanı da Rusiya ərazisi hesab etsin. Eyni məntiqlə Putin deyə bilər ki, 1805-ci ildə Qarabağ xanlığı Kürəkçay müqaviləsi ilə öz arzusu ilə Rusiya imperiyasının himayəsinə girib və Rusiya burada tarixi “haqqa” malikdir. Putinin tarix mühazirəsi keçmiş Rusiya imperiyasının tərkibində olan xalqlara qarşı alt yapı hazırlamaqdır, xalqları səksəkədə saxlamaq, işğalçılığa bəraət qazandırmaq cəhdidir.

Rusiya İmperiyası 1917-ci ildə çökəndə onun yerində yaranan (bərpa olan) dövlətlərdən bir də Ukrayna idi. Ukrayna 1922-ci ildə SSRİ-nin dörd təssisçilərindən biri idi. SSRİ-də cəmi 2 respublikaya icazə verilmişdi ana dillərini konstitusiyalarında dövlət dili kimi təsbit etsinlər. Gürcüstan və Ermənistana 1937-ci ildə, Azərbaycan isə1956-cı ildə bunu edə bildi. Ukrayana dəfələrlə buna cəhd etsədə ona bu icazə verilmədi. Əslində 1953-cü ildə milliyətcə ukraynalı olan Kriçenkonun rus Melnikovla əvəz edilməsi Ukraynada millətçiliklə bağlı idi. Nikita Xruşşov 50-ci illərin sonundakı çıxışlarının birində Stalini tənqid edərək deyirdi ki, Kanada da 300 min Ukraynalı yaşayır onda gərək biz iddia edək ki, Kanadanın həmin hissəsi bizimdir. Ukraynanın bir hissəsində rusların yaşaması fonunda Putin də eyni mövqedən çıxış edir.

1959-cu ilin iyun ayında Azərbaycan göndərilmiş İvan Şikinin komissiyasının arayışı Mərkəzi Komitənin Rəyasət Heyətində müzakirə ediləndə Nikita Xruşşov Ukraynadakı millətçilikdən danışdı, dil məsələsindən danışdı və dedi: “Mən bilirəm kim bu məsələləri qaldırır. Yalnız Azərbaycanda deyil, Ukraynada da bu məsələləri ziyalılar qaldırırlar. Mən eşitmişəm və bir sıra yazıçıların ah-naləsi gəlib mənim də qulağıma çatıb. Mən özümü elə aparırdım ki, guya bu şeylərdən xəbərsizəm. Mən eşitmişəm, yoldaş ukraynalılar, lakin hesab edirəm ki, bu iniltilər, bu ah-nalələr doğru deyil. Bəziləri deyirlər ki, qoy olsun, sonra biz bu xəstəlikdən müalicə olunarıq. Siz başa düşürsünüzmü, bu, nə deməkdir?” Bax Sovet dövründə ukraynalıların öz dili və milli mədəniyyətinə sahib çıxmaq cəhdlərinin qarşı belə inzibatı yollarla alınırdı. Rusiya və Sovetlər ukraynalıları assimilyasiya etməkdən ötrü çıxarmadığı oyun qalmadı, indi də Putin deyir Ukrayna süni dövlətdir. Karson da buna qarşı heç bir dəlil ortaya qoymur və ya qoymaq istəmir.
Cemil Hasanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir