KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Bütöv Azərbaycan Ocaqları İranda başlayan etiraz aksiyaları ilə bağlı bəyanat yayıb

Bütöv Azərbaycan Ocaqları İranda başlayan etiraz aksiyaları ilə bağlı bəyanat yayıb

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
17 0

Bəyanatda deyilir:

“Azərbaycanın Güneyində Azərbaycan Türk milləti yenə də ”Azadlıq, ədalət, milli hökumət!”, “Qadın, kişi əl-ələ, zülmün başın əzməyə!”, Ölüm olsun diktatora, ölüm olsun Xaməneyiyə!” şüarları ilə şovinist fars rejiminin zülmünə qarşı kütləvi etirazını ortaya qoyur. Xalqımız aparıcı milli, siyasi gücünü nümayiş etdirərək, Azərbaycanın Güneyində milli-demokratik dövlətçilik istəyini səsləndirir.

Kütləvi etirazlarda qadın hüquqları, ətraf mühit və bütövlükdə Azərbaycan türk millətinin pozulmuş milli hüquqlarının müdafiəsi ilə bağlı əsasən Türk dilində səslənən milli şüarlar onu göstərir ki, Azərbaycanın Güneyindəki Milli Hərəkat müstəqildir, heç bir irançı cərəyana bağlı deyil və olmayacaqdır.

Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq, millətimizdən və özəlliklə də qeyrətli Azərbaycan gənclərindən istəyirik ki, şovinist fars rejiminin faşist ideologiyası və basqıçı siyasətinə qarşı kütləvi etirazlarını davam etdirsinlər və milli istəklərini dünyaya Türk dilində səsləndirərək çatdırsınlar.

Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq, millətimizin milli-siyasi haqlarına çatması üçün aparığı bu mübarizədə onların yanında olduğumuzu və bütün imkanlarımızdan istifadə edərək onların haqq səsini dünyaya çatdıracağımızı bəyan edirik”.

BAO-nun Mətbuat Xidməti

Bakı, 21 sentyabr 2022

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.