KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Asif Nerimanlı: İran Azərbaycan sərhədi ilə bağlı nə edə bilər?

Asif Nerimanlı: İran Azərbaycan sərhədi ilə bağlı nə edə bilər?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
251 0

Bu gün İran parlamentinin növbədənkənar iclası keçiriləcək: iclasın gündəmi ölkənin bütün şəhərlərinə yayılan hicab etirazları yox, Azərbaycan-Ermənistan sərhədində baş verən son toqquşmalardır;

Parlamentin milli təhlükəsizlik və xarici siyasət komissiyasının rəhbəri Vahid Cəlalzadə iki gün öncə “İran bölgəıdəki sərhədləri dəyişdirmək xəyalını tarixi kabusa çevirəcək” sözləri ilə Bakıya, həm də Bakını dəstəkləyən Ankaraya mesaj verdi, Ermənistana dəstəyini ifadə etdi.

Bu, Cəlalzadənin yox, Xamneyi də daxil olmaqla İranın hərbi-siyasi rəhbərliyinin mövqeyidir. Son sərhəd toqquşması və Ermənistanın sərgilədiyi mövqe fonunda üçtərəfli razılaşmaların icrasına diplomatik yolla nail olmaq imkanı zəifləyir. Və bu, yeni eskalasiyaların ola biləcəyi ehtimalını da artırır, xüsusilə İrəvanın sülh gündəliyini sıradan çıxarmaq məqsədilə təxribatlarını genişləndirəcəyi gözləntiləri fonunda.

İranı proseslərin mümkün inkişafı narahat edir. İstisna deyil ki, parlamentin müzakirəsində təkcə baş verənlər müzakirə edilməyəcək, eyni zamanda, Tehranın atacağı addımlarla bağlı hərbi-siyasi rəhbərliyə hesabatlar da hazırlana bilər.

İran hansı addımlar ata bilər?

Tehranın İrəvana hərbi yardım verməsi hər zaman aktual olub, lakin bir neçə məqam bu ssenarini zəiflədir:

a) İran və Ermənistan arasında hərbi yardıma zəmin yaradan heç bir anlaşma yoxdur;
b) İranın hərbi yardımı üçün Ermənistan rəsmi müraciət etməlidir. Ki, KTMT-yə üzvlük İrəvanın bu imkanını zəiflədir;
c) Zəngəzur dəhlizinin açılmasında da maraqlı olan Rusiya İranın Ermənistana praktiki girişinə imkan verməz;

İran bu prosesdə daha çox Azərbaycanı dayandırmaq istiqamətində addımlar ata bilər:

– Bakıya qarşı bəyanatlar və hədələrlə çıxış edə, həm dini, həm “sionizm” iddiası üzərindən təbliğatı genişləndirə bilər: bu həm də mövqeyini bəlli etməsi məqsədi daşıyır;
– Regionda “terrorçuların mövcudluğu” iddiasını yenidən aktuallaşdıra bilər və öz ərazisində hansısa “terror aktı” kimi ssenarilərlə “arqument” əldə etməyə çalışa bilər;
– Sərhədə təlim adı ilə qoşun toplaya bilər. Ki, bunun üçün “terror ssenarisi” ilə əldə edilən “arqument”dən yararlana bilər;

Bölgədə vəziyyətin gərginləşməsi – “sionizm” iddiası, xarici təhdid, “terror təhlükəsi” üzərindən kampaniyanın yenilənməsi və ordunun kazarmalardan çıxarılması İrana diqqəti hazırda baş verən daxili etirazlardan yayındırmaq üçün də sərfəlidir.
Asif Nerimanlı kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir