Rus siyaset bilimci: Olası Kürdistan devleti Rusya için zararlı

İdlib Sonrası…

Ankara Berlin yakınlaşması Alman istihbaratını nasıl vurdu?

Liberman Ermənistana niyə getmədi?

BAO rəhbərliyi Özbəkistandakı diaspor təşkilatının sədriylə görüşüb

Azerbaycan 5 Şubat 2017
336

Bu gün Bütöv Azərbaycan Ocaqlarının bir qrup nümayəndəsinin Bakıda qonaq olan Özbəkistanın Daşkənd şəhərində fəaliyyət göstərən Respublika Azərbaycan Milli Mədəniyyət mərkəzinin sədri Mobil Məmmədovla görüşü baş tutdu. Görüşdə BAO başqanının ideoloji məsələlər üzrə müavini tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli, Türk dünyası ilə əlaqələr üzrə müavini fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli, Türk Dünyasını Araşdırmalar Qurumunun rəhbəri fəlsəfə doktoru Eldəniz Abbaslı, həmçinin tanınmış folklorşünas, publisist Əli Şamil iştirak edirdilər. Səmimilik şəraitində keçən görüşdə məşhur özbək tarixçisi və tədqiqatçısı Şuxrat (Barlas) Salamova qarşı erməni diasporunun apardığı kampaniya ilə bağlı məsələlər geniş müzakirə edildi. Qeyd edildi ki, Bütöv Azərbaycan Ocaqları ilk gündən başlayaraq Ş. Salamovu haqq işində dəstəkləyib və dəstək yazıları, bəyanatları istər Azərbaycan, istərsə də Türkiyə mətbuatında geniş işıqlandırılıb. Mobil Məmmədov Ş. Salamovun haqq işinə münasibətdə BAO-nun mövqeyindən məmnun olduqlarını xüsusilə vurğuladı və qeyd etdi ki, Şuxrat Salamovun xahişi ilə onun xüsusi salamını BAO rəhbərliyinə və üzvlərinə çatdırıram. Sonda xatirə şəkli çəkildi.
BAO İnformasiya Xidməti.

Yorumlar