KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gürcistan
  4. »
  5. Hasan Oktay: Gürcüstan anlayır: “Qərbə çıxış üçün ən təhlükəsiz yol Türkiyədən keçir”

Hasan Oktay: Gürcüstan anlayır: “Qərbə çıxış üçün ən təhlükəsiz yol Türkiyədən keçir”

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
332 0

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu ölkədə səfərdə olan Türkiyənin milli müdafiə naziri Hulusi Akarla görüşüb. Bu barədə Gürcüstanın hökumət administrasiyasının mətbuat xidmətindən bildirilib. İki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq və regionda təhlükəsizliyə təhdidlər görüşün əsas müzakirə mövzularından olub.

Tərəflər Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığı və sıx ikitərəfli əlaqələri vurğulayıblar. Qeyd olunub ki, onilliklər ərzində Türkiyənin Gürcüstana praktiki dəstəyi ölkənin Müdafiə Qüvvələrinin inkişafında xüsusi rol oynayıb. Müdafiə mexanizmlərinin gücləndirilməsində və təhdidlərin qarşısının alınmasında çoxmillətli birgə hərbi təlimlərin roluna, bu işdə müttəfiqlərin və dostların fəal iştirakının əhəmiyyətinə diqqət yetirilib.

Baş nazir Gürcüstanın milli müdafiə nazirinə Türkiyənin Gürcüstanın suverenliyinə, ərazi bütövlüyünə və NATO-ya üzvlüyünə davamlı dəstəyinə görə təşəkkür edib.

Görüşdə bölgədəki vəziyyət və təhlükəsizlik məsələləri də nəzərdən keçirilib. Qeyd olunub ki, Gürcüstan tərəfi münaqişələrin yalnız beynəlxalq hüququn əsas prinsip və normalarına uyğun olaraq, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində həll edilməsini alqışlayır və bu yolun alternativi mövcud deyil.

Görüş barədə “Sherg.az”a açıqlama verən Türkiyənin Beynəlxalq “VİZYON” Universitetinin prorektoru, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, professor Hasan Oktay bildirib ki, Gürcüstan Avropa Birliyi ilə Rusiya arasında sıxışmış bir dövlət olaraq qərb qonşusu Türkiyə ilə yaxşı münasibətlərin qurulmasına böyük əhəmiyyət verir:

“Ermənistanla Azərbaycan arasında gedən proseslər istər -istəməz Gürcüstanı da narahat edir. Məlumdur ki, Azərbaycanın Qarabağ problemi kimi Gürcüstanın da Abxaziya və Cənubi Osetiya problemləri var. Eyni zamanda Rusiya ilə münasibətlərində də müsbət bir inkişaf yoxdur. Bu baxımdan Gürcüstan Türkiyə ilə etibarlı qonşu olaraq münasibətlərini, xüsusən də hərbi əlaqələrini inkişaf etdirmək istəyir. Bu mənada Türkiyə ilə bu ölkə arasında hərbi əlaqələr və birgə təlimlərin keçirilməsi çox vacibdir. Gürcüstan bilir ki, Qərbə çıxış üçün ən təhlükəsiz yol Türkiyədən keçir və buna uyğun olaraq da işini davam etdirir”.
Yeganə Bayramova
https://sherg.az/siyaset/177532

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir