KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Azer Gasımlı: Rusya İçin Bir ayın əsas nəticələri

Azer Gasımlı: Rusya İçin Bir ayın əsas nəticələri

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
290 0

Putinin Ukraynaya hərbi müdaxiləsindən 1 ay keçdi. Bu 1 ay ərzində Rusiya yalnız Xerson şəhərini işğal edə bildi. Lakin 40 minə yaxın itki verdi. 40 min içində ölənlər, yaralananlar, əsir və itkin düşənlər var. Müharibəni davam etmək üçün əlavə gücə – canlı qüvvəyə və texnikaya ehtiyac var. Bunun üçün hərbi səfərbərlik elan edilməli və Ukrayna sərhədinə əlavə texnika gətirilməlidir. Bütün bunlar üçün azı 1 ay vaxt lazımdır. Hərbi səfərbərlik – daxildə əlavə sorğu-suallar və gərginlik deməkdir. Çünki səfərbərlik ilk növbədə hərbi uğursuzluğun etirafı olacaq. Ukrayna tərəfi də zamanı fürsət bilib bundan yararlanacaq, Qərbdən əlavə texnika alacaq, daxildəki problemləri həll etməyə çalışacaq. Bir sözlə, əlavə qüvvə ilə də Ukraynanı işğal etmək, Kiyevi ələ keçirmək mümkün görünmür. Müharibə isə aylarla davam edəcək və bunun da Rusiya iqtisadiyyatına dağıdıcı təsiri olacaq, Putin iqtidarına qarşı isə daxildə təzyiqlər artacaq.

Mariupol dramından sonra Ukraynanı tabe olmağa vadar etmək üçün kimyəvi, sonra da kiçik həcmdə nüvə silahından istifadə edilə bilər. Dünənə qədər bunu heç ehtimal olaraq da düşünmürdük, amma bu gün istənilən ssenari mümkündür. Müharibənin və qeyri-konvensional silahlardan istifadənin alternativi – danışıqlar masası və diplomatik anlaşmadır. Lakin burda da problem var. Ukrayna Putinin istəklərini yerinə yetirə bilmir, Putin də ciddi nəsə əldə etmədən masadan ayrılmaq və sülh sazişi imzalamaq istəmir. Əsas problem – Krım və Donbas bölgəsidir. Əgər hər hansı anlaşma olacaqsa, Krımsız və Donbassız olacaq. Bu da o deməkdir ki, Putin müharibəni uduzub və Rusiya daxilində təqdim edəcək ciddi bir şeyi olmayacaq. Bunun yanında da sanksiyalar qalacaq, Rusiyanın dünyadan təcrid vəziyyəti də davam edəcək. Anlaşma da müvəqqəti olacaq.

Bir ayın əsas nəticələri

Putin siyasətçi və dövlət adamı kimi artıq bitib. Onun bundan sonra nə Rusiyanın tarixində, nə də dünya tarixində müsbət yeri görünmür. Hakimiyyətdən getməsi isə zaman məsələsidir.

Putindən sonra hakimiyyətə gələn istənilən şəxs Qərbin tələblərini yerinə yetirməli olacaq. Başqa yol mümkün deyil. Çünki daxildən təzyiq olacaq, xarici sanksiyalar da olduğu kimi qalacaq. Sanksiyaları ləğv etdirmək üçün isə tələbləri yerinə yetirmək lazım gələcək. Tələblər də vəziyyətə görə dəyişəcək. Rusiyanın yeni hakimiyyətindən Krımdan vaz keçmək, Ukraynaya təzminat ödəmək, Donbas bölgəsi, Abxaziya və Şimali Osetiya, Dnestrayanı bölgə, Dağlıq Qarabağ, Suriyadan əsgərlərini geri çəkmək, nüvə silahından imtina etmək və demokratik islahatlar tələb ediləcək. Rusiyanın yeni hakimiyyəti də danışıqlarda çalışacaq ki, Krımla nüvə silahını əldən verməsin. Digər məsələlərdə isə geri çəkilməyə tam məcbur olacaq.

Azərbaycanın demokratikləşməsi Putinin batması prosesi ilə mütənasibdir. Azərbaycanda demokratik dəyişikliklər qaçılmazdır. Cəmiyyət olaraq da ilk növbədə demokratikləşmə prosesinə hazırlaşmalıyıq.

Azer Gasımlı Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir