KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Azərbaycanlılar və ermənilər sülh şəraitində birgə yaşaya bilərmi?

Azərbaycanlılar və ermənilər sülh şəraitində birgə yaşaya bilərmi?

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
388 0

Azərbaycanlılar və ermənilər sülh şəraitində birgə yaşaya bilərmi? Dağlıq Qarabağ münaqişəsinə etno-psixoloji yanaşma.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin cari mərhələsi döyüş meydanında davam edir. Bu, Azərbaycanın 30 ilə yaxındır ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərini azad etmək, ərazi bütövlüyünü və sərhəd təhlükəsizliyini təmin etmək uğrunda beynəlxalq hüququn bütün norma və prinsiplərinə uyğun şəkildə apardığı haqlı mübarizəsidir. 30 ilə yaxındır ki, danışıqlarda konstruktiv mövqe sərgiləyən, Dağlıq Qarbağda yaşayan ermənilərə yüksək statuslu muxtariyyət təklif edən Azərbaycan dövlətinin sülhyönümlü siyasəti heç kimdə şübhə doğurmamalıdır. Ermənistan tərəfinin mövqeyi isə baş nazir tərəfindən son günlərdə aydın şəkildə ortaya qoyulur: Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla həlli yoxdur. Bunu Ermənistan səsləndirir. Yaranmış mövcud vəziyyət qarşı tərəfin müxtəlif cəhdlər və kənar dəstəklər hesabına pərdələməyə çalışdığı həqiqi mövqeyini aydın şəkildə bəyan edir. Hesab edirəm ki, bu, münaqişənin əsas səbəbi və uzun müddətdir davam edən danışıqların iflasına gətirən əsas faktordur: “Böyük Ermənistan” xülyası və anti-türk zehniyyət.

Dağlıq Qarabağ münaqişəsi hər şeydən öncə “Böyük Ermənistan” ideyasının bir tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Belə ki, Dağlıq Qarabağ münaqişəsinin köklərində etnik konfliktlərin mümkün səbəblərini nəzərdən keçirdikdə yalnız “doğuşdan nifrət” arqumenti daha qabarıq şəkildə özünü göstərir. Ermənilər tərəfindən irəli sürülən digər bütün amillər, o cümlədən “xalqların öz müqəddəratını müəyyənetmə prinsipi” “etnik nifrət” üzərində qurulan erməni ideologiyasını pərdələyən bəhanələrdən başqa bir şey deyil.

“Doğuşdan nifrət” və ya “əzəli nifrət” anlayışı etnik konfliktlərdə insan psixologiyasına, buna uyğun olaraq etnosun psixologiyasına əsaslanan səbəb faktoru kimi önə çəkilir. Bunun bir etnik qrup tərəfindən digər etnik qrupa qarşı yönləndirilməsinin bir sıra psixoloji əsasları vardır.

Etnos psixoloji özünəməxsusluğu olan özünü bütün digər kollektivlərlə müqayisə edən insan kollektividir. İngilis tədqiqatçısı A.Smit etnik qrupu “ümumi mənşə haqqında əfsanəni, tarix və mədəniyyəti bölüşdürən, xüsusi ərazi və həmrəylik hissi ilə bağlı olan qruplar” kimi izah edir. Smit etnik qrupu müəyyən edən altı əlaməti təklif edir: qrupun özünüdərki, mənşə haqqında əfsanə, tarix, mədəniyyət, ərazi və həmrəylik hissi. Lakin etnik qrupun mənşəyi haqqında mif çox vaxt həqiqətdən üstün hesab olunur. Bu etnik qrupun öz identikliyini müəyyən edərkən formalaşır. Belə ki, yaşadığı əraziyə tarixi bağlılığı olmayan, qədim mədəniyyətə (dil, din, adətlər, folklor, ənənəvi geyim, qida və s) və həmrəylik hissinə yetəri qədər sahib olmayan qruplar bunu süni şəkildə miflər və əfsanələr vasitəsilə formalaşdırmağa çalışırlar. Çünki bu əlamətlər bir etnosu digərlərindən fərqləndirən, etnik identikliyin müəyyən olunmasında əsas şərtlər və psixoloji ehtiyacdır. Həmçinin xüsusilə qeyd olunmalıdır ki, etnik həmrəylik hissi böhran və xarici təhdid şəraitində aktuallaşır. Müəyyən bir ərazidə tarixən yaşamış, köklü mədəniyyətə və dəyərlərə sahib olan, dövlətçilik tarixi olan və vahid ərazidə ortaq tarixi inkişaf keçmiş etnik qruplar və xalqlar üçün bu həmrəylik hissi təbii şəkildə formalaşır. Təəssüf ki, böyük geosiyasi planların tərkib hissəsi kimi Azərbaycanın tarixi torpaqlarına köçürülmüş ermənilər də öz identikliyini müəyyən etmək üçün ortaq mənşə ilə bağlı miflə yanaşı, xarici təhdid və düşmən obrazına da ehtiyac duymuşlar. Daha irəli gedərək, anti-türk zehniyyət, etnik nifrət üzərində uzun vədəyə dayanan milli ideologiya da uydurmuşlar.

Bu gün erməni cəmiyyətində açıq-aşkar hiss olunan aqressiya və psixoloji disbalans onların marjinal etnik identiklik prosesi ilə bilavasitə bağlıdır. Belə ki, marjinal etnik identikliyə əsasən polietnik cəmiyyətdə yaşayan insan yaşadığı mühitdəki heç bir mədəniyyətə kifayət qədər yiyələnmir, bu da öz növbəsində şəxsiyyətdaxili ziddiyyətlə (uğursuzluq, yaşamağın mənasız olması hissi, aqressivlik və s.) nəticələnir. Yəni erməni kimliyi türk düşmənçiliyi üzərində qurulan etnik kimlikdir.

“Böyük Ermənistan” hədəfi ilə bəslənən erməni ideologiyası Erməni kilsəsi və Hai-Tahd (ermənilərin davası) doktrinası üzərində qurulub. Erməni milli maraqlarının bünövrəsində özünü Qafqaz xalqlarından fərqli görmələrinə dair yanaşmalar yer alır.
Hai-Tahd doktrinasında 3 əsas hədəf yer alır:
1. “İtirilmiş torpaqların” geri qaytarılması (“Böyük Ermənistan” milli dövlətinin yaradılması);
2. Dünyadakı ermənilərin öz milli dövlətinə qayıdıb yerləşmələrinə imkan yaratmaq;
3. Sosial dövlət qurmaq.

Doktrinada qeyd olunan “itirilmiş torpaqlar” Türkiyə ərazisi olan Şərqi Anadolunu, Azərbaycan ərazisi olan Naxçıvan, Dağlıq Qarabağ və Kür çayına qədər digər ərazilər, Gürcüstan ərazisi olan Borçalı və Cavaxetiyanı erməni mifinə uyğun olaraq nəzərdə tutur. Onların fikrincə, ermənilərin öz “itirilmiş torpaqlarına” qovuşmalarına mane olmaq haqsızlıqdır.

Hai-Tahd doktrinası qonşulardan duyulan qorxu və etno-psixoloji travmanın bariz göstəricisidir. Bu qorxunun altında əraziyə tarixi bağlılığın olmaması, mədəni gerilik, aşağılıq kompleksi yatır. Özünü dominant qrup qarşısında zəif və yetərsiz hiss edən etnoslar güclü bir aşağılıq kompleksi duyaraq, dominant qrupa nifrət bəsləyir, mifoloji düşüncələri nəsildən nəsilə ötürərək böyüdür. Ermənilər üçün bu obraz türk etnik mənsubiyyəti üzərində cəmlənib. Ermənilər soyqırım mifi ilə qurban psixologiyasını formalaşdırmış və bunu nəsildən nəsilə ötürərək uydurulmuş keçmişə fanatik bağlılıqlarını davam etdiririlər. Azərbaycanın tarixi ərazilərində dövlət quran, bununla kifayətlənməyib daim işğal və etnik təmizləmə həyata keçirən ermənilər, bunlarla bərabər nifrət etdikləri xalqın mədəniyyətini oğurlamaqdan da çəkinmirlər. Bu nifrəti başqa necə izah etmək olar?

Odur ki, bu gün müharibə ilə qarşı-qarşıya dayanan xalqların aqressiyası bir-birinə qətiyyən bənzəmir. Bir tərəfdə işğala, soyqırıma, təcavüzə məruz qalmış, lakin buna baxmayaraq müharibə qaydalarına və insanlıq prinsiplərinə tam sadiq qalan Azərbaycan xalqı, qarşı tərəfdə isə etnik kimliyi və milli ideologiyası türk nifrətinə, işğalçılıq siyasətinə söykənən terrorçu ermənilər.

Sual isə belə idi: ermənilər və azərbaycanlılar sülh şəraitində birgə yaşaya bilərmi? (…ardı var)

Fidan Hasanli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir