KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Avropa İttifaqından Ukraynanın şərqinə səfər

Kamal Aliyev: Avropa İttifaqından Ukraynanın şərqinə səfər

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
369 0

Avropa İttifaqının(Aİ)xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ukraynanın şərqinə səfər edəcək. C.Borrel Ukrayna ordusu və rusyönümlü separatçıların üz-üzə dayandıgı təmas xəttində müşahidələr aparacaq.

Görünən odur ki,Aİ Rusiyanın Ukrayna sərhədində 100 minlik hərbçi yıgmasına və bu ölkəni işgal təhdidinə qarşı səssiz dayanmaq istəmir.
Məlumdur ki,Rusiyanın Ukraynayı işgal etməsi ən çox Aİ-nin ziyanınadır.Əvvala,Ukrayna bir şərqi Avropa ölkəsidir,44 milyon əhalisi var və ən kritik olan budur ki,sabah hər hansı işgal prosesi baş verərsə,humanitar fəlakət ən birinci qoca qitəyə təsir edəcək.

Təsəvvür edin ki,həm Suriyanın,həm də Əfqanıstanın kontinental Avropadan uzaq olmasına rəgmən,qaçqın axını məhz qərbə dogru istiqamət götürür.
Düşünün ki,Putin Suriyadakı Bəşər Əsəd rejimini son anda yıxılmaqdan xilas etsə də,heç bir suriyalı qaçqın Rusiyaya getmir və ya bu ölkəyə qəbul olunmur.Yenə də təkrar edirəm:Rusiya Suriyada faktiki münaqişə tərəflərindən biridir və bu ölkən Aralıq dənizi sahilində özü üçün strateji Himeymin hərbi bazasını qurub.Rusiya uzun illərdir “hibrid müharibə”(Valeri Gerasimovun beyinin məhsulu) taktikası ilə qərbə təzyiqlərini davam etdirir.
İndi vəziyyət daha acınacaqlıdır və Aİ Ukrayna məsələsində təşəbbüskarlıgı ələ almaq istəyir.

Beləliklə,yanvar ayında İsveçrənin Cenevrə şəhərində ABŞ və Rusiya nümayəndələri arasında 2 günlük danışıqlar baş verəcək.Daha sonra Brüsseldə Rusiya-NATO və axırda Rusiya-ATƏT nümayəndələri arasında Ukrayna mövzusu geniş müzakirə olunacaq.
Baxmayaraq ki,Rusiya NATO-nun şərqə dogru genişlənməyəcəyinə,Ukrayna və Gürcüstanın bu təşkilata üz olmayacagına qarantiya almaq istəyir,lakin qərb V.Putinin şərtlərini(ultimatum da deyə bilərik)qəbul etməyəcək.Ehtimal edirəm ki,qərb Rusiya ilə mövcud gərginliyi bir müddət səngitmək üçün bir müddət Ukraynanın NATO-ya üzvlüyünü arxa plana keçirəcək.Qərbin bu addımnı taktiki gediş kimi qəbul etmək olar.

Fərz edirəm ki,yanvar ayındakı diplomatik təmaslardan sonra Normandiya Formatı çərçivəsində “Minsk razılaşmaları” ətrafında müzakirələr intensivləşəcək.V.Putinin əsas hədəfi həm də odur ki,Ukrayna məsələsi ətrafında danışıqlar masasında ABŞ-ın da iştirakına nail olsun və belə demək mümkünsə,o,buna nail olacaq.

Normandiya dördlüyünə daxil olan Almaniyada A.Merkelin yerində artıq federal kansler Olaf Şolsun rəhbərlik etdiyi yeni koalisiya hökumətidir.Görünən odur ki,yeni kansler O.Şols Rusiyaya qarşı daha yumuşaq siyasi xətt yürüdəcək.
Üstəlik,Rusiya səbirsizliklə yeni federal hökumətin “Şimal axını-2″qaz kəməri layihəsini rəsmi sertifikatlaşdırılmasını gözləyir.
Fransaya gəldikdə,apreldə bu ölkədə növbəti prezident seçkiləri keçiriləcək və rəy sorgularına görə,E.Makronun nüfuzu xeyli aşagı düşüb.Yəni,bu gün V.Putin Avropada “dişinə görə”rəqib görmür.Elə bu səbəbdən,V.Putin Ukrayna məsələsində özünə tərəfmüqabil ABŞ-ı görmək istəyir.

Lakin Avropa İttifaq onun fərqindədir ki,Ukrayna mövzusu elə ən çox onun təhlükəsizliyinə təsir edir.Belə ki,C.Borrel Aİ-nin nümayəndəsi kimi istəyir ki,Ukrayna mövzusunda rəsmi Brüssel kənarda qalmasın.Ukraynanın təhlükəsizliyi,ərazi bütövlüyü Aİ üçün olduqca vacibdir.Ukraynada hər hansı “büdrəmə”daha sonra Aİ-nin 2004-cü ildən üzvü olan baltikyani ölkələrə də sıçraya bilər.Putin Ukraynada istədiyinə nail olarsa,o,gələcəkdə şərqi Avropaya da tamah salar.Ona görə də Aİ-nin əsas geopolitik hədəfi ittifaqın təhlükəsizliyinin qaygısına qalmaqdır.Rusiyanın qarşısından çəkilmək daha sonra baha başa gələ bilər…
Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir