KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Arastun Orujlu: Blinken və İlham Əliyev telefon danışığı

Arastun Orujlu: Blinken və İlham Əliyev telefon danışığı

Kafkassam Editör Kafkassam Editör - - 1 dk okuma süresi
42 0

ABŞ dövlət katibi Antony Blinken və İlham Əliyev arasında olmuş telefon danışığı haqqında ABŞ Dövlət Departamentinin açıqlaması:

“Dövlət katibi Antony J. Blinken bu gün Azərbaycan prezidenti İlham Əliyevlə danışıb. Dövlət katibi ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinin əhəmiyyətini qeyd edib və enerji və iqlim prioritetləri də daxil olmaqla, artan tərəfdaşlıq təşəbbüslərini vurğulayıb.

Dövlət katibi Blinken və prezident Əliyev Azərbaycan və Ermənistan arasında bütün regiona iqtisadi fayda gətirəcək sülh prosesinin inkişaf etdirilməsinin vacibliyini müzakirə ediblər. Dövlət katibi sərhəddə gərginliyin artmasına heç bir əsasın olmadığını vurğulayıb və xəbərdarlıq edib ki, hər hansı tərəfin aqressiv hərəkətləri və ritorikası sülh perspektivlərini sarsıdacaq.

Dövlət katibi Azərbaycanın insan hüquqları və əsas azadlıqlarla bağlı beynəlxalq öhdəliklərinə əməl etməsinin vacibliyini bir daha vurğulayıb və haqsız yerə həbs edilənlərin azad edilməsinə çağırıb”.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir