KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Aqşin Kərimov: Ərdoğanın səfərindən sonra Naxçıvanda atışmalar

Aqşin Kərimov: Ərdoğanın səfərindən sonra Naxçıvanda atışmalar

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
149 0

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatdıqdan sonra Ermənistanın Naxçıvan istiqamətində dalbadal təxribatlar törətməsi zamandan irəli gələn təsadüfi bir məsələ deyil.

Naxçıvan cəbhəsindəki aktivliyi göstərən əlamət Ermənistanın 13-14 iyun tarixlərində Azərbaycan mövqelərini intensiv atəşə tutması və adekvat cavab tədbirləri ilə susdurulmasıdır.

Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə liderinin Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğulaması fonunda Naxçıvandakı atışmalar görülə biləcək bəzi tədbirlərin istiqamətini müəyyən edir.

Azərbaycanın Naxçıvan ərazisi ilə quru yolunun təmin edilməsi üçün irəli sürdüyü və Türkiyə tərəfindən dəstəklənən Zəngəzur dəhlizi layihəsi geostrateji mövqelərdə Bakı-Ankara strateji maraqlarını önə çıxarır.

Dəhlizin danışıqlar yolu ilə açılmasında maneələr qaldıqca Azərbaycan həmin dəhliz üzrə uzanan yollara nəzarəti bərpa etməlidir.

Ermənistan Bakı-Ankara strateji müttəfiqliyinin hansı addımlar ata biləcəyindən duyuq düşüb qabaqlayıcı tədbir adı ilə təxribata gedir.

Zəngəzur dəhlizinin parametrlərinə hərbi eskalasiya yerləşdirmək cəhdlərində ən maraqlı tərəflərdən biri də İrandır.

İranın Ermənistandakı səfiri Abbas Zohuri Ərdoğanın Bakı səfərindən sonra: “İranla Ermənistan arasında tarixi sərhədi dəyişmək istəyən hər kəs İranı qarşısında görəcək”, – dedi, beləliklə Naxçıvandakı gərginliyin kimin arzusuna xidmət etdiyi görünür.
Təbii ki, İran Ermənistanı qazlandırıb onun vasitəsilə regionun boynuna radikal iplər atmaq istəyir, Zəngəzur dəhlizi layihəsinin kontekstini öz ambisiyalarının daxilinə salmaq mövqeyində dayanır.

Naxçıvan ucda dayanan qırmızı nöqtədir, buradakı hərbi hərəkətlilik ən çox Türkiyə və İranı qarşı-qarşıya gətirə bilmək potensialına malikdir, hərçənd, Tehran Ankara ilə bu regionda toqquşmağı arzu etmir.

Hər bir halda, Əliyevin Ərdoğanla birgə bəyanatında “bizi yeni uğurlar və yeni qələbələr gözləyir” deməsinin regional dinamikadakı ilk təsirlərini Naxçıvanda hiss etmək mümkündür.

Rusiyanın, Qərbin hadisələrə reaksiyası da diqqət mərkəzində dayanır, böyük ehtimalla Moskva 10 Noyabr Bəyanatının alternativi olmadığını, Qərb isə Ermənistanın ərazi suverenliyi ilə bağlı məsələlər barədə danışacaq.

Ancaq Azərbaycan təxribatın qidalandığı Vedi rayonunun Arazdəyən istiqamətində Ermənistanın yerləşdiyi mövqeləri nəzarətə götürmək prinsipi ilə davrana bilər. Çünki təxribatın taktiki mənbəyi məhv edilməli və ya yerləşdiyi ərazidən geri oturdulmalıdır.

Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir