KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kamal Əliyev: İran Zəngəzur dəhlizinin açılmamasına nə qədər dirənəcək?

Kamal Əliyev: İran Zəngəzur dəhlizinin açılmamasına nə qədər dirənəcək?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
196 0

Kamal Əliyev: İran Zəngəzur dəhlizinin açılmamasına nə qədər dirənəcək?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdogan yerli jurnalistlərə verdiyi müsahibədə deyib ki,”Zəngəzur dəhlizi”məsələsindəki Ermənistandan yix,İrandan qaynaqlanır.Zənnimcə,Türkiyə dövlət başçısının bu açıqlaması olduqca maraqlıdır.Dogrudur,Moskvada Rusiya,Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində keçirilən son üçtərəfli görüşdə müəyyən razılıq əldə olunmuşdu,ancaq Yerevan hələ də Zəngəzurdan keçəcək kommunikasiya xəttinin üzərində nəzarətin bütünlüklə ona aid oldugunu deyir.Halbuki,2020-ci il 119 noyabr razılaşmasına görə,Zəngəzur koridorunun üzərində nəzarəti Rusiya FTX-sı həyata keçirəcək.Buna rəgmən,Ermənistan baş nazirinin müavini Mger Qriqoryan Naxçıvana gedən rabitə yollarına Rusiya Federasiyası FTX-nin sərhədçilərinin nəzarət etməsi mısələsində razılıgın əldə olunmadıgını demişdi.Göründüyü kimi,Ermənistan 10 noyabr razılaşmasının əksinə gedərək,Naxçıvana çəkiləcək yola özü nəzarət etmək istəyir.Ehtimal budur ki,Rusiya Ermənistanın bu israrına qarşı çıxacaq və buna imkan verməyəcək.Kreml Qərbin agır iqtisadi sanksiyaları fonunda Zəngəzur dəhlizinin reallaşdırılmasında maraqlıdır və bunu özü nəzarət etmək istəyir.Ermənilər isə iddia edir ki,Naxçıvana çəkiləcək nəqliyyat xəttinə nəzarət etməsələr,bu,onların suverenliyinə ziddir.Lakin ortada 2020-ci il 10 noyabr razılaşması var və buna Ermənistanın baş naziri Nikol Paşinyan imza atıb.Hələ ki,10 noyabr anlaşması qüvvədədir.
Konkret Türkiyə prezidenti Ərdoganın Zəngəzur dəhlizi məsələsindəki problemin İrandan qaynaqlanmasına gəlincə,bu,dogru ifadədir.İran hələ də Zəngəzur dəhlizi məsələsini özü üçün “qırmızı xətt”olaraq görür.Maraqlıdır ki,İran hökuməti də Zəngəzur dəhlizinin həyata keçirilməsini Ermənistanın suverenliyinə xələl gətirəcəyini deyir.Ancaq Zəngəzur dəhlizi və regional kommunikasiya xəttlərinin açılması 2020-ci il 10 noyabr razılaşmasının 9-cu bəndində göstərilib və İran razılaşmanın tərəfi deyil.
Bu,o deməkdir ki,Zəngəzur dəhlizinin reallaşdırılmasında İranın yersiz müdaxiləsi əbəsdir.Sadəcə olaraq,Zəngəzur dəhlizinin realizə edilməsi İranı ona görə narahat edir ki,bu minvalla Ankara Cənubi Qafqazdakı mövqelərini daha da gücləndirəcək.Üstəlik,Ərdoganın da vurguladıgı kimi,dəmiryolu ilə yüklərin daşınması üçün rüsumlar çix yüksəkdir.Türkiyə prezidentinə görə,vaqonla daşıma rüsumu tezliklə həll olunacaq.
Digər tərəfdən,Rusiya özü nəzarət edəcəyi təqdirdə,Zəngəzur dəhlizinin həyata keçirilməsinə isti yanaşır.Baxmayaraq ki,Ermənistan Zəngəzur üzərindən keçəcək nəqliyyat xəttinə özü nəzarət etmək istəyir,ancaq mümkündür ki,Rusiya 2020-ci il 10 noyabr razılaşmasından çıxış edərək,qarşı tərəfə təzyiqlərini artıracaq.

Kamal Əliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir