PAŞİNYANIN BİZƏ QARŞI ARTAN TƏXRİBATLARINA NƏ ZAMAN CAVAB VERİLƏCƏK?

İran’la İsrail mi Anlaştı ?

“Macedonia: what happened, what’s happening, what might happen”

Ermenistan Başbakanı Paşinyan, Rus savaş uçağının “pilotu” oldu

Rusiya hərbiçiləri Qarabağda

Azerbaycan, Ermenistan, Rusya 20 Ocak 2017
752

Ermənistan, Azərbaycanın işğal olunmuş ərazilərinə yeni artilleriya və raket sistemləri yerləşdirir, müdafiənin ön xəttində mühəndis istehkam işlərini möhkəmləndirməkdədir. Ermənistan hakimiyyəti, Azərbaycanın əks -hücumlarını daima gözlədiyindən bu kimi, müdafiə xəttini möhkəmləndirir. Qeyd edim ki, Rusiya Ermənistana son iki ayda, yeni “TOS-1A” od saçan reaktiv sistemləri, müxtəlif növ artilleriya vasitələri göndərərək, işğal olunmuş ərazilərdə yerləşdirilib. Rusiyadan yeni göndərilən bu silahların istifadə olunmasını, Gümrüdəki Rusiyanın “102-ci” bazasının zabit heyəti həyata keçirir. Rus zabitlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri, və ölkəmiz əleyhinə düşmənlə birgə fəaliyyət göstərdiyinə görə Xarici İşlər Nazirliyi Rusiyaya nota verməlidir. Aprel döyüşlərindən sonra, Rusiya Ermənistanı hərbi və iqtisadi cəhətdən möhkəmləndirmək kursunu davam etdirir. Rusiya prezidentinin “verilən silahların məxfiliyi” barədə məlum sərəncamı, məhz Ermənistana göndərilən silahlarla bağlıdır. Rəsmi Moskvanın İqtisadi yardım adı ilə Ermənistana 300 mln dollar maliyyə yardımıda bu qəbildəndir. Bu vəsait, iqtisadi yardım adı ilə verilsədə, məbləğin çox hissəsi Ermənistan ordusuna ayrılacaq. Qeyd edim ki, Rusiya seçki qabağı Ermənistana reveranslar etməklə, öz mövqeyini gücləndirməkdədir.

Rusiyanın hazırkı siyasətinə qarşı, Azərbaycan Rusiyadan silah alınmasını tədricən dayandırmalı və Rusiyaya öz etirazını bildirməlidir. Azərbaycanın əlində bu, tutarlı arqumentdi.
Muhammed Asadullazade

Yorumlar