Pompeo’nun 12 Şartı ve Enerji Jeopolitiği

Sadr Ailesi: İran ile ilişkileri ve Irak siyasetindeki yeri

Irak seçimlerinin ardından

Petrol Fiyatlarının Yükselmesi Üzerine

Nadir Şahın Avşarın köçəri türkləri yerləşik həyata zorlaması

İran 17 Kasım 2017
186

Xalqın alışıq olduğu Səfəvi cəhalətini bir fərmanla ortadan qaldırmaq olmazdı. Özəlliklə Avşar ölkəsinin aydınlanması və Səfəvi cəhalətindən arınması yolunda köçəri türklər ən böyük əngəl və təhlükə idilər. Nadir Şahın əmrlərini köçəri türklərə necə çatdırmaq olardı? Onların harada yaşadıqları və sayları bəlli deyildi. Köçəri toplumlarda nüfus qeydiyyatı etmək mümkün deyildir. Bu üzdən Səfəvi sonrası köçəri türklər bilim, aydınlıq və doğru-dürüst sosial bir düzənin şəkillənməsi yolunda birinci əngəl kimi var olmuşlardı. Köçəri həyat tərzi kəndiliyindən şiddət, aqressvilik və despotizm doğurar. Köçəri toplumun sayı az olmaz, ancaq böyük qruplar şəklində bir yerdə yaşayamazlar. Bu üzdən çox tez parçalanıb daha kiçik qruplara bölünərlər. Tayfalar bir-birlərinin düşmənləri olarlar. Çünkü ürətim yoxdur və insan ürətərkən, doğayla qarşılaşaraq əhliləşər, sosiallaşar, beyin imkanları genişlər. Köçəri həyat tərzində yaşayan toplumların beyin ürünü olamaz, olmamışdır. Köçərilər tarixi hafizədən və kitabdan yoxsun bir topluluq ötəsinə çıxamazlar. Vətən duyquları yaylaqları və qışlaqları dışında bir anlam ifadə etməz. Sosial statusları tarix boyunca dəyişməz. 1000 il öncə necə yaşamış və düşünmüşlərsə, 1000 il sonra da o şəkildə düşünərlər, çünkü həyatlarında dəyişim sağlayacaq olan ürətim və eyitim olamaz. Köçəri toplumların tarixin, özəlliklə mədəni tarixin içində yerləri olmaz. Onlar tarixin və mədəniyyətin dışında var olan izdihamdan başqa bir status qazanamazlar. Sadəcə insan istehsal edib yağmacı dövlətlər üçün əsgər verən, ancaq elmdən, irəliləmədən yoxsun olan izdihamdan başqa tarixi statusları olmamışdı. Köçəriləri tarixə daxil etmək üçün iqtisadi gəlir qaynaqlarını dəyişdirmək lazım idi. Çünkü köçəri iqtisadi sistemlə mədəni həyata girmək olamaz. Mədəni həyata girmədikdən sonra Səfəvi molla fırıldaqları üçün köçəri izdiham sanki yürüyə bilən ölülər kimi görünürdü. İnsani dəyərləri yox idi və hələ də yoxdur. Çünkü qeyri-tarixi həyat biçimi onların insani dəyərlərini əllərindən almışdı. Köçəri toplumlar mədəniyyətə qatqıda bulunamazlar, tam tərsinə mədəniyyətin söndürücüsü və düşməni olarlar. Çünkü mədəniyyət onların icadı olmadığından düşmən olaraq görünər və məhv etmək istərlər. Bu üzdən Səfəvi molla-feodal sistemi köçəri türkləri xürafata gömülmələri gərəkən gərəksiz əşya olaraq görürdü. Bunları göz önündə bulunduran Nadir Şah bir yandan əhalinin beynini, düşüncəsini sömürən, ruhunu və ağlını qaranlığa göməm Səfəviyyətin icadı molla-feodal sinfini yox edir, digər tərəfdən də köçəri türkləri əhliləşdirmək üçün onları tarım işlərinə alışdırmağa çalışırdı. Təbiətlə qarşı-qarşıya gələcək bir şey ürətən, tarımla uğraşan köçəri kütlə zaman içində əhliləşər və köçəriliyin ipsiz-sapsız qaba həyat düzənindən qopmuş olarlardı. Bunun üçün Nadir Şah nələr edirdi? Nadir Şah yeni bir millət yaratmaq istəyirdi. Avşar ölkəsində köçərilikdən qoparaq ürətim həyatına girən, dövlətini yaşada bilmək üçün ürətdiklərindən vergi verən mədəni bir millət. Köçəri toplumu eyitmək olmaz. Eyitilmək üçün bir yerdə məskunlaşmaq lazımdır. Eyitimsiz toplum da cahil molla-feodal sinfinin əlində çox asancaq oyuncağa dönüşər. XVIII əsr şərtlərinə görə Nadir Şah bu sorunu necə çözmək istəmişdi?
“Nadir Şah öz çoraq torpaqlarına köçəriləri yerləşdirirdi. Həm köçəriləri yerləşik həyata məcbur edir, həm də baxımsız qalan tarım ərazilərində köçəriləri çalışdıraraq verimli və ürətkən toplum halına gətirirdi. Tarım işlərində çalışan işçilər ölkənin iqtisadiyatına yardım edirdi. Sultan Hüsetn Səfəvidən qalan geniş tarim əraziləri Avşar dövlətinin kontroluna keçdi. Dövlət əraziləri sayıldı. Avşar Şahı köçəriləri Səfəvilərin verimli tarım ərazilərində yerləşik həyata məcbur etdi. Bu tarım ərazilərindən gələn qaynaq ordunun təminatı və locistik ehtiyacı üçün xərclənirdi. Feodalların və mollaların mülklərinə və tarım ərazilərinə əl qoyan Nadir o mülkləri köçərilərə paylaşdıraraq dövlətin iqtisadi qaynağına dönüşdürürdü. Bu da feodalların və mollaların etirazlarına səbəb olurdu.” Doğal olaraq köçəri toplumların süfrə kültürləri də yerləşik əhalinin süfrə kültüründən fərqli olar. Köçərilər qab-qazanları dəvənin üzərində yaylaqdan qışlağa daşımaqda zorlanalar. Nadir Şajh köçəriləri tarım və köy həyatına zorladıqdan sonra “hər beş ailəyə bir qazan verdi.”
Güntay Gencalp
Qaynaq:
1- Marianna Rubenovna Aroonova- Klara Zarmairovna Ashrafian, Nadir Şah Avşarın dövləti, farscaya çevirən: Həmid Əmin, Şəbgir nəşriyyatı, II yayın, Tehran-1356 (h.ş), s. 72.
2- Pere Louis Bazin, Nadir Şahın təbibinin məktubları, farscaya çevirən: Əliəsğər Həriri, Şərq Nəşriyyatı, 1365 (h.ş)-Tehran, s. 22.

Yorumlar