Rus senatör: Dünya kamuoyu ABD’nin Suriye planlarına engel olmalı

Olası Afrin Harekatı hakkındaki düşüncelerimiz

Türk ve Müslüman düşmanı CIA ajanı Richard Clarke BAE emrinde!

ALTIN ORDA DEVLETİ’NİN RUSYA ÜZERİNDEKİ ETKİLERİ

Həsən Oqtay: “Beynəlxalq təşkilatlar Qarabağ işğal edildiyi gün etdiyi günahları bu gün də davam etməkdədirlər”

Azerbaycan, Gündem 26 Ekim 2017
48

Diplomatiya və informasiya təbliğatı nəticə verməsə, ya Qarabağ unudulmalı, ya da müharibə son çarə olaraq dövriyəyə salınmalıdır”

“Dağlıq Qarabağın işgal altında olmasına baxmayaraq Azərbaycanda aparılan informasiya təbliğatı yetərli deyil. Bu cümləm bəlkə də dövlət yetkililərini üzəcək. Amma görünən gerçəklik budur”.

Bunu Versus.Az-a Türkiyə Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Həsən Oqtay beynəlxalq qurumların Dağlıq Qarabağın işğaldan azad olunması yönündə sərgilədiyi mövqeyə və aparılan informasiya təbliğatına dair açıqlamasında bildirib. Onun sözlərinə görə bu, Dağlıq Qarabağın işğal faktının dünyada nə dərəcədə qəbul olunması və nə dərəcədə gündəm yaratmasından dolayı özünü büruzə verir:

“Vaxt keçdikcə Qarabağın işgalı təstiqlənmiş bir duruma gəlir. Azərbaycan mövcud durumu yenidən gözdən keçirərək qəti strateji fəaliyyət xətti götürməlidir. Diplomatiya və informasiya təbliğatı nəticə vermədiyi halda ya Qarabağ unudulmalı, ya da müharibə son çarə olaraq dövriyəyə salınmalıdır”.

H.Oqtay bildirib ki, dünyanın nüfuzlu beynəlxalq təşkilatları Qarabağ işğal edildiyi gün etdiyi günahları bu gün də davam etməkdədirlər. Qərb dövlətləri və təşkilatları günahlarının cəzasını Ukrayna böhranında qram-qram ödədilər:

“Azərbaycan tərəfi Qarabağ münaqişəsi ilə Ukrayna böhranının oxşarlığını ortaya qoyaraq beynəlxalq aləmin Ukraynaya olan həssaslığını Qarabağa yönəltməlidir”.

Ekspert Ukrayna ilə yanaşı Kataloniya prosesinin də Azərbaycan üçün önəmli olduğunu önə çəkib:

“Kataloniyada keçirilən referenduma qarşı dövlətin və beynəlxalq təşkilatların əks təpkiləri bir nümunə kimi Azərbaycanın Dağlıq Qarabağla bağlı haqlı sözünü beynəlxalq təşkilatlara rahat şəkildə çatdırmasına imkan yarada bilər. Bunun üçün də diplomatiya və informasiya təbliğat işi daha sağlam və qərarlı şəkildə aparılmalıdır”.

T.Qafarlı

Versus.Az

Yorumlar