KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Erdoğan ve Putin Soçide görüşecekler

Erdoğan ve Putin Soçide görüşecekler

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
331 0

Sabah Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin Soçidə görüşəcək. Rusiyanın öz təsir dairəsi kimi gördüyü Cənubi Qafqazda Türkiyənin Azərbaycanla birgə taktiki təlimləri Soçi görüşü fonunda baş verir. Qeyd etmək lazımdır ki, Türkiyənin bu regionda hərbi iştirakı Moskvada soyuq duş” effekti yaradır. Təsadüfü deyil ki, Putinin ideoloqu olan Duginin bu hərbi təlimlər ərəfəsində Qarabağla bağlı əleyhimizə yönələn açıqlamaları, Moskvanın Azərbaycan və Türkiyəyə qarşı siyasətinin bariz nümunəsidir. Azərbaycan regionda daima Rusiyanın siyasi basqısı ilə qarşı-qarşıyadır. Türkiyə -Azərbaycan hərbi birliyi şimaldan gələn təhdidləri önləməyə qadirdir.
Qeyd edim ki, Soçidə Türkiyə -Rusiya ölkə başçıları, əsasən Suriyada vəziyyət, rəsmi Moskvanın Suriyada PYD və onun hərbi qanadı YPG dəstəyi, iki ölkə arasında hərbi -ticari xüsusilə havadan müdafiə sistemi “S-400” raket komplekslərinin alınması müzakirə predmeti olacaq. Təbii ki, burada iki ölkə arasında hələki həllini tapmayan iqtisadi əməkdaşlıq məsələləridə müzakirə olunacaq. Ərdoğan -Putin görüşündə Qarabağ münaqişəsinin müzakirəsi aparılması gözlənilir. Daima Türkiyə strateji müttəfiqi olan Azərbaycanın Qarabağ münaqişəsini Rusiya ilə daima müzakirə edir. Bu görüşdə müsbət nəticələr də gözlənilmir.
Türkiyənin bu görüş ərəfəsində Azərbaycanla hərbi təlimləri, Türkiyənin Qafqazda geosiyasi maraqlarından vaz keçməyəcəyi Rusiyaya bir mesajı kimi dəyərləndirmək olar. Çünki, Rusiya Suriyada YPG kürd terrorçularına müəyyən dəstək verməklə, Türkiyə sərhəddində problemlərə yol açır, Türkiyənin maraq dairəsi olan Yaxın Şərqdə öz təsirini artırır.
Qeyd edim ki, Türkiyə-Rusiya prezidentlərinin görüşünün nəticəsi, yalnız 16 mayda Ərdoğan- Tramp görüşündən sonra aydın olacaq.
Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən hər iki ölkənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri başlayıb.
Birgə təlimlərdə şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və minaatanlar, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədi ilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edir. Burada iki ölkənin daxili qoşunlarınında birgə təlimləri həyata keçirilir. Xüsusi olaraq, təlimlər özlüyündə Ermənistanda ciddi narahatlıq doğurub. Azərbaycan -Türkiyə taktiki təlimləri Azərbaycan ordusunun döyüş tıcrübəsini artırır. Ermənistanın hazırda danışıqlar prosesində iştirakı imitasiya olmaqla, cəbhədə vəziyyəti gərginləşdirməyə hesablanıb. Hazırda Azərbaycanın taktiki təlimləri işğal olunmuş ərazilərin azad edilməsinə hesablanıb.

Muhammed Asadullazade

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir