Քրիստինե Ասատրյան. «Հասկացել եմ, որ լեգիտիմ կառավարության մաս լինելը խնդիր չէ»

Portekiz’in Yahudi açılımı ve Türkiye Yahudilerini Portekiz’e kim gönderiyor!

PAŞİNYANIN BİZƏ QARŞI ARTAN TƏXRİBATLARINA NƏ ZAMAN CAVAB VERİLƏCƏK?

İran’la İsrail mi Anlaştı ?

23-illik atəşkəs…

Azerbaycan, Ermenistan, Gündem 12 Mayıs 2017
417

Ermənistan Azərbaycan arasında atəşkəsə müqaviləsindən- Bişkeş protokolundan 23 il keçir. 23-il ərzində tərəflər iki dəfə real sülh danışıqlarına yaxınlaşsada, Rusiyanın basqısı nəticəsində baş tutmayıb. Qeyd edim ki, Rusiya münaqişəni elə bir mürəkkəb vəziyyətə gətirib ki, etimad və qarşılıqlı anlaşma mühiti Ermənistan tərəfindən qəbul edilmir. Kompromis bir tərəfə, Ermənistan rəhbərliyi hazırda danışıqlar prosesindən yayınmaq kursunu davam etdirir. Əlbəttə ki, münaqişə ətrafında Ermənistan tərəfindən bütün siyasi spekulyasiyalar Rusiya tərəfindən idarə olunur. Ötən il Aprel savaşından sonra, danışıqlar prosesində müəyyən canlanma və Moskva tərəfindən diplomatik hərəkətlilik baş versədə, əvvəlcədən pronozlsşdırıldığı kimi, münaqişə ətrafında müsbət irəliləyişlər əldə olunmadı. Bu müddət ərzində rəsmi Moskva üç ay diplomatik manevr edərək, Ermınistana vaxt qazandırmış oldu. Rusiya tərəfindən Ermənistana yeni silah partiyaları, “İsgəndər-M” taktiki-operativ raket sistemi və “TOS-1A” od saçan və “Smerç” artilleriya vasitələri ötürdü. Danışıqlar prosesində Ermənistan müdafiə naziri və prezidenti Moskvaya gedərək, təlimatlandırıldı.
Ötən ilin noyabrında Kreml Rusiya-Ermənistan qoşun növünü yaratmaqla Ermənistanın sərt ritorikasına sərgiləməsinə nail oldu. Azərbaycanın güclü hərbi təzyiqi nəticəsində Aprel ərəfəsində danışıqlara və kompromisə hazır olan Ermənistan rəhbərliy, Rusiyanın hərbi və siyasi dəstəyi ilə danışıqlar prosesindən sonradan çəkildi. Bununlada, Rusiya “Minsk qrupu” çərçivəsində 23 ildən artıq davam edən danışıqlar prosesini fiaskoya uğratdı.

Hazırda, rəsmi Kreml Azərbaycana qarşı çox ciddi siyasi təzyiqlərə start verib. Azərbaycanın Rusiyanın “Cənub Axını” qaz kəmərinə alternativ olan TAP və TANAP qaz kəmərinin tikintisində fəallığı, Avropa İttifaqı ilə başladılan danışıqlar, həmçinin Ermənistana cəbhə xəttində edilən təzyiqlər fonunda Moskvada ermənipərəst Kremldə müəyyən dairələrin ciddi narahatlığına səbəb olur. Buna görədə Rusiyada “Ümumi Rusiya Azərbaycanlıları Kongrensinin” bağlanmasına cəhdlər, gömrükdə Azərbaycandan aparılan yüklərə əngəllər, Ermənistana yeni hərbi texnikaların verilməsi, Abxaziya dəmir yolunun işə salınması üçün aparılan danışıqlar ən əsası isə, Ermənistan-Rusiya birgə qoşunun komandanı general Makaryanın dili ilə Azərbaycanı hədələməsi buna sübutdur. Baş verənlər, heçdə təasdüfü deyil. Kreml tərəfindən düşünülmüş Azərbaycana qarşı təzyiq siyasətidir. Türkiyə-Azərbaycan birgə hərbi təlimlərindən sonra, general Makaryanın bəyanatı, bir başa Kremlin mesajı idi.

Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan Minsk qrupunun fəaliyyəti bundan sonrada imitasiya xarakterli olacaq. Ermənistan rəhbərliyi sülh və diplomatik danışıqlarından uzaqdır. Sarkisyan və komandası Qarabağ probleminin həllində müstəqil siyasətə malik deyil. Bütün rıçaqları Moskvanın öhdəsinə buraxmaqla, əmr və təklifləri şimaldan alırlar. Rusiya son 23- ildə olmadığı kimi Qarabağ münaqişəsinin nizamlanmasında dahada təsir edici gücə malikdir. Çünki, bu münaqişə onun regionda geosiyasi maraqlarının qorunmasına cavab verir. Rusiya çalışır ki, atəşkəs rejimi davamlı saxlamaqla, gələcək perspektivdə geniş imkanlara sahib olsun. Beynəlxalq vəziyyətin gərginləşməsi, Rusiyanın artan aqressiv siyasətinin nəticəsidir.

Ermənistanla Azərbaycan arasında 23-illik atəşkəs rejimi davamlı olması gözlənilmir. Cəbhədə susmayan atəş səsləri, yenidən artilleriya atəşi ilə müşayiət oluna bilər. Azərbaycanın bir il ərzində orduda casus şəbəkəsini neytrallaşdırması, yeni dönəmin başlaması deməkdir. Bu səfər ordumuzun irəlləməsi ilə böyük ərazilərin azad olunması ilə nəticələnə bilər. Ermənistanın hazırkı siyasəti yeni müharibənin başlanmasını sürətləndirir. Muhammed Asadullazade

Yorumlar