KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Bizə Rusiya lazımdırmı?

Fuad Gahramanlı: Bizə Rusiya lazımdırmı?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
201 0

Bəs indi nə etməli? Artıq aydındır ki, Rusiya Laçın – Xankəndi yoluna gömrük nəzarəti qoymaq təklifinə razı deyil. Lavrov ötən gün Bakıya etdiyi səfəri zamanı bu barədə açıq və birmənalı mövqe bildirdi. İndi növbəti dəfə təsdiq olundu ki, Moskvaya xoş gəlmək üçün ötən il Brüssel danışıqlarını pozmaqdan tutmuş ölkədə 300 – dən artıq rus məktəbi açmağa qədər edilən bütün hərəkətlər Moskvanın Azərbaycana ənənəvi münasibətin dəyişməyib.

Əgər, Ermənistanın Rusiyadan uzaqlaşıb Qərbə üz tutduğu bir vaxtda da Azərbaycan Moskvadan bununla bağlı razılıq ala bilmirsə, o zaman hazırkı siyasi kursu davam etdirməyin bir mənası varmı? Azərbaycana heç bir fayda gətirməyən bu siyasət davam etdikcə, dövlət olaraq dünyada Rusiyanın yandaşı kimi kimi görünməkdə davam edirik. Biz “istisinə qızlnmayıb tüstüsünə kor olduğumuz” vaxtda Ermənistan özünü Qərbə inteqrasiya etmək, daha güclü beynəlxalq dəstək almaq üçün bütün səyləri göstərir.

Ukrayna müharibəsində qalib olacağı artıq heç bir şübhə doğurmayan Qərbdən uzaq durub, bizə heç bir fayda saxlamayan məğlub Rusiya ilə bir yerdə görünməyin milli maraqlarımıza vurduğu zərəri bilmək çətin deyil axı. Ona görə də Azərbaycan da Ermənistan kimi Qərbə üz tutaraq Rusiyanın sülh danışıqlarından kənar saxlanılmasına və Qərbdə özünə dəstək əldə etməyə çalışmalıdır.

Qorxmağa gərək yoxdur. Rusiya əgər bu gün Paşinyan hökumətinin Qərbə doğru atdığı addımların qarşısını almaqda acizdirsə, eyni qaydada Azərbaycanla da bağlı nəsə etmək iqtidarında olmayacaq. Əksinə, Azərbaycan və Ermənistan bu məsələdə eyni mövqedən çıxış etdiyi zaman Rusiyanın təsir imkanları daha da zəifləmiş olacaq.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir