KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Kuzey Kafkasya
  4. »
  5. Zeynal Emraliyev: Çeçenistan ve Kadirov

Zeynal Emraliyev: Çeçenistan ve Kadirov

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
18 0

GETMƏK İSTƏYİRƏM DEDİ, PUTİNLƏ GÖRÜŞDÜ ÇEÇENİSTANIN VƏ KADIROVUN GƏLƏCƏK TALEYİ NECƏ OLACAQ ? Çeçenistanın rəhbəri Ramzan Kadırov bir müddət əvvəl tutduğu vəzifədən azad edilməsini istədiyini açıqlamışdı. Bundan sonra Kremldə Rusiya prezidenti tərəfindən qəbul edilən Ramzan Kadırov Putindən fəaliyyəti ilə bağlı tərif eşidib. Hər nə qədər Rusiya prezidenti onu tərifləsə də Moskva dəfələrlə müxtəlif vasitələrlə Çeçenistan liderindən razı olmadığını nümayiş etdirib. Kadırovun Rusiya elitasında təmsil olunan məmurlarla münasibətləri olduqca gərgindir. Rusiya – Ukrayna müharibəsində onun təşəbbüsü ələ almaq cəhdi bu münasibətlərin daha da gərginləşməsinə səbəb olub. Həm Moskvada, həm Qroznı da Kadırovun gedişinə hazırlıq görülür. Çeçenistan rəhbərliyi üçün hazırda əsasən 3 namizədin adı çəkilir. Bunların birincisi Kadırovun öz oğludur. Belə ki, çeçen liderin arzuladığı əsas məsələdə öz yerinə müvvəqqəti olaraq baş nazir Maqamed Daudovun təyin edilməsi, daha sonra hakimiyyətin oğlu Adəm Kadirova təhvil verilməsidir. Adəmin hazırda 18 yaşı var və o, 16 yaşından atasının mühafizə xidmətinə rəhbərlik edir. Eyni sennari Ramzan Kadirovun özünün də hakimiyyətə gəlişi zamanı istifadə edilib. 2004 – cü ildə atası Əhməd Kadırov öldürüldükdən sonra yerinə Çeçenistanın daxili işlər naziri Alu Alxanov gətirilmiş, daha sonra hakimiyyəti gənc Ramzana təhvil vermişdi. Adəmin yaşının çox az olması bu ehtimalı bir qədər azaldır. Kadirovun ikinci alternativi isə yaxın adamı, ” Axmat ” xüsusi təyinatlı dəstəsinin komandiri Apti Alaudinnovun Çeçenistan rəhbərliyinə təyin edilməsinə razılıq əldə etməkdir. General Alaudinnov öz dəstəsi ilə Ukraynanın ən qaynar nöqtələrində döyüşür və Kremlin ona qarşı münasibəti pis deyil. Ancaq nəzərə alaq ki, Apti Alaudinnovun dövlət idarəçiliyində təcrübəsi yoxdur və Çeçenistan kimi çətin həssas bir yerə ediləcək bu təyinat Moskvanı gələcəkdə çətində qoya bilər. Kremlin Çeçenistan rəhbərliyi üçün düşündüyü ən ideal namizəd isə Rusiya prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyevdir. 2018 – ci ildə Kremlə gətirilərək Putinin xüsusi nümayəndəsi təyin edilən Edelgeriyev bundan əvvəl 2012 – 2018 – ci illərdə Çeçenistanın baş naziri vəzifəsində çalışıb, ölkənin iqtisadi – sosial həyatına yaxından bəllədir. Baxmayaraq ki, o, Ramzan Kadırovun tabeliyində çalışıb, ikilinin münasibəti gərgindir. Buna səbəb isə Kadirovun ərəb ölkələri ilə yaxın münasibətlər qurmasına və Rusiyanın dövlət büdcəsindən Çeçenistan üçün əlavə pay tələb etməsinə Edelgeriyevin etiraz etməsi idi. Bundan sonra Kreml çeçen hökumət rəhbərini Qroznıdan Moskvaya gətirdi. Ramzan Kadırovun özünün gələcək taleyi də ciddi müzakirə mövzusudur. Səhhəti haqqında ciddi şayiyələr olan Çeçenistan rəhbərinin hakimiyyətdən getdikdən sonra sağlamlıq problemləri ilə məşğul olacağı gözlənilir. Bununla bərabər Rusiya rəhbərliyi ona hüquq – mühafizə orqanlarında və ya Federasiya Şurasında simvolik bir vəzifə verərək nəzarətdə saxlaya da bilər.

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir