İranı ahvazda kim vurdu

İdlib anlaşmasına Amerika təhlükəsi

İranda askeri geçit törenine saldırı

İdlip Olayı Nasıl İncelenmeli -II-

Xəzər dənizi bölünəcəkmi? –

Azerbaycan 12 Aralık 2016
849

”Xəzərin statusunun müəyyənləşdirilməsinin bu qədər uzanmasının bir neçə əhəmiyyətli səbəbi var. Görünən səbəblərdən biri həm xəzərhövzəsi ölkələrinin, həm də bu ərazidən kənardakı müəyyən aktyorların Xəzərin statusunun müəyyənləşdirilməsi ilə bağlı öz maraqları var və bu maraqlar bir-biri ilə ziddiyyət təşkil edir. Çünki Xəzərhövzəsinin içərisindəki ölkələrdən bəziləri, konkret olaraq, Rusiya, İran prosesin başından etibarən öz maraqlarını burada maksimizə etməyə çalışıblar”.

Bunu Toplum.Tv-yə açıqlamasında “Qafqaz Strateji Araşdırmalar Mərkəzi”nin analitiki Nazim Cəfərsoy 2017-ci ilin yanvarın əvvəlində Aşqabadda keçirilməsi nəzərdə tutulan Xəzər sammitinə münasibət bildirirkən deyib.

Nazim Cəfərsoyun sözlərinə görə, Qazaxıstan, Azərbaycan müstəqilliklərindən sonra məsələnin həllində elə bir model təklif edirlər ki, o model milli maraqlara xidmət etsin: “Xüsusilə, bu model Xəzərdəki enerji mənbələrinin istifadəsində onlara geniş manevr etməyə əngəl olmamalıdır. Qazaxıstan və Azərbaycandan fərqli olaraq İran məsələnin həllində özünün Xəzərdəki imkanlarını genişləndirəcək addımlar atmağı planlayır. İranın Xəzərin bərabər bölünməsi yaxud da Xəzərdəki enerji mənbələrinin ortaq istifadəsi modelini dəstəkləməsi də, əslində, bu modelin İranın çıxarlarını maksimizə etməyə şərait yaratması ilə əlaqəlidir. Keçmiş SSRİ-nin varisi olan Rusiya Xəzərin statusunun həllində öz maraqlarının xələl görməməsinə çalışır. Son 20-25 ildə bu ölkələrin maraqları ciddi şəkildə transformasiya olub. Əgər əvvəllər Xəzərin statusu məsələsində hövzə ölkələrinin maraqlarının diqqətə alınması üstün tutulurdusa, daha sonrakı prosesdə Rusiyanın buradakı mövqeyi Xəzərin üst hissəsinin ümumi istifadədə olması, köhnə SSRİ sənədlərinə bənzər şəkildə Xəzərin dibinin paylaşılması yönümündədir. İran əvvəlcə Xəzərin ümumi istifadəsini müdafiə etsə də, daha sonra bərabər bölünsün tezisini irəli sürdü. Mövcud durumda İranın mövqeyi qeyri-müəyyən qalır. Türmənistan isə tarazlıq oyunu oyanayır. Ümumi maraqlarına uyğun olaraq bəzən Rusiya-İran fikirlərinə, bəzən isə Azərbaycan-Qazaxıstana yaxın ola bilir”.

Analitik əlavə olaraq Xəzərin statusunun müəyyənləşdirilməsinin, sadəcə, enerji paylaşılması şəklində deyil, eyni zamanda Xəzərdəki təhlükəsizlik tarazlığı ilə əlaqədar olduğunu qeyd edib: ”Təhlükəsizlik tarazlığınının necə qurulacağı da hüquqi cəhətdən ortaya qoyulacaq. Xəzər hövzəsi ölkələrinin maraqları zaman-zaman təhlükəsizlik aspektindən ziddiyyət təşkil edir. Digər mübahisəli məsələ də Xəzərin göl, yoxsa dəniz hesab olunması məsələsidir. Beynəlxalq hüquqda bu məsələnin həllində tək bir standart yoxdur. Bu da məsələnin uzanmasına səbəb olur. 2017-ci ilin yanvar ayında baş tutacaq sammitdə məsələnin həlli ilə bağlı yekun qərar alınması ehtimalı zəifdir. Mövcud konfliktləri nəzərə alaraq Xəzərin statusu ilə bağlı kompleks qərardan hüquqi sənədin ortaya çıxacağını düşünmürəm”.

Politoloq, deputat Elman Nəsirov isə məsələyə münasibətini belə ifadə edib: “1994-cü ildə “Əsrin Müqaviləsi” imzalandıqdan sonra Xəzərin hüquqi statusu məsələsi kifayət qədər qabardıldı və bu günə qədər həllini tapmayıb. Bununla bağlı beş xəzəryanı ölkənin nümayəndələrindən ibarət İşçi qrupu fəaliyyət göstərir. Sonuncu Həştərxan sammitində qərara alındı ki, 2016-cı ildə Astarada Xəzərin hüquqi statusu ilə bağlı yekun kommisiya imzalansın. 2017-ci ilin yanvar ayında Aşqabadda baş tutacaq müzakirədən sonra yekun sənəd imzalacağına ümid yaranıb. Məsələ budur ki, Azərbaycan, Rusiya və Qazaxıstan arasında Xəzərin hüquqi statusu ilə bağlı ikitərəfli və üçtərəfli formatda razılaşmaları var. Yəni bu dövlətlərin hüquqi statusla bağlı heç bir problemi yoxdur. Bu razılaşmaya mövqeyi uyğun gəlməyən İrandır, hansı ki Xəzər “beş Xəzəryanı dövlət arasında 20 faiz nisbətində bölünməlidir” prinsipindən çıxış edir. Hazırda isə Astara-Həsənqulu xətti üzrə bölgü əsasında İranın payına 13 faiz düşür. İran isə bu payı 20 faizə çatdırmaqda hər zaman israrlıdır”.

“Türkmənistanın Azərbaycana məxsus olan “Kəpəz” yatağına iddiası var, onlar buna “Sərdar” yatağı deyirlər. Türkmənistanın iddiasına görə bu bölgədə Azərbaycanın və Türkmənistanın sahələri bir-birinin içinə girir. Bu baxımdan Xəzərin statusu məsələsi hələ də həllini tapmayıb. Əvvəllər bu məsələni rəsmi Aşqabad daha kəskin qabardırdı. Saparmurat Niyazovun prezidentliyi dövründə hətta səfirliklər geri çağrılaraq, səfirliklər səviyyəsində əlaqələr kəsildi. Türkmənistan hərbi donanmasını gücləndirməyə başlayaraq, Azərbaycana “əzələ nümayişi”nə keçmişdi. Qurbanqulu Berdimuhammedovun prezidentliyi dövründə mövqelərin yaxınlaşması tendensiyası müşayiət olunur. Buna baxmayaraq, İranın və Türkmənistanın fərqli yanaşmada olması indiyədək beş Xəzəryanı dövlətin yekun sənədi imzalamasına imkan verməyib. Ümid edirik ki, Astanaya sammitində bu dövlətlər kompromis variant seçərək yekun qərara gələcək və nəhayət ki, Xəzərin hüquqi statusu ilə bağlı yekun hüquqi sənəd imzalanacaq”, – politoloq bildirib.
Politoloq Zərdüşt Əlizadə isə bildirib ki, bu görüş də Xəzərin statusu ilə bağlı sadəcə, növbəti cəhdlərdən biridir: ”Məsələyə hüquqi cəhətdən yanaşılsa da, Xəzərin hüquqi statusu ilə bağlı ortaq məxrəcə gələ bilmirlər. Digər iştirakçıları cəlb edilərək, müxtəlif fikirlər müzakirə olunur. Diplomatik danışıqlar uzun prosesdir, birdən-birə nəticə əldə edilməsi nadir hallarda görünür. Daha tez həllini müharibədən sonra nəticəsinə görə xüsusi ittifaqa gəlirlər. Gec vaxtda isə tərəflərin mövqelərinin uzlaşması üçün həddindən artıq vaxt və çoxsaylı görüşlər tələb olunur. Xəzər sammiti də növbəti cəhddir”.

Xatırladaq ki, ötən günlərdə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzər dənizinin hüquqi statusu ilə bağlı danışıqlar davam etdirildiyini, növbəti görüşün Aşqabadda keçirilməsinin planlaşdırıldığını deyib.

Görüşün 2017-ci il yanvarın əvvəlində keçirilməsi nəzərdə tutulub. Görüşdə əsasən Xəzər sammitinin keçirilməsi və ona hazırlıq işləri müzakirə olunacaq. Belə bir plan da var ki, müvafiq İşçi Qrup nazirlərin görüş keçirməsi təşəbbüsü ilə də çıxış etsin. Xəzər dənizinin hüquqi statusu ilə bağlı danışıqlar 20 ilə yaxınıdır ki, davam edir. Azərbaycan, Rusiya və Qazaxıstan arasında ciddi fikir ayrılıqları yoxdur. Amma İran və Türkmənistan Xəzərin 5 sahilyanı ölkə arasında 20 faiz olmaqla bölünməsi mövqeyindən çıxış edir.

Ofelya Ramilqızı
Toplum.Tv

Yorumlar