KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Türkiyənin Naxçıvanda hərbi üst açmasının zamanıdır

Türkiyənin Naxçıvanda hərbi üst açmasının zamanıdır

Kafkassam Editör Kafkassam Editör - - 1 dk okuma süresi
18 0

Naxçıvanda hərbi bazaların möhkəmləndirilməsi və müasir hərbi texnikalarla – raket və zirehli transpyotrlalarla təchiz olunması, hərbi aviasiya parkının yaradılması, Ermənistanda ciddi narahatlıq yaradır. Artıq, Ermənistanın milli təhlükəsizlik şurasında və müdafiə nazirliyində məsələ masaya gətirilir, həyəcan təbili çalınır. Erməni rəsmləri Azərbaycanın Naxçıvan ərazisində hərbi cəhətdən möhkənlənməsini KTMT səviyyəsində qaldırmağa çalışacaqlar.

Qeyd edək ki, Rusiya ilə Ermənistan arasında birgə qoşun növünün təşkil edilməsi, regionda təhlükəsizliyə deyil, destablizasiya xidmət edir. Qarabağda hərbi əməliyyatlar başlayarsa, Ermənistan Naxçıvan istiqamətində təxribatlar edib, rus-erməni birgə qoşununu Naxçıvan cəbhəsinə yönləndirə bilər. Belə bir təhlükənin qarşısını almaq üçün Türkiyənin Naxçıvanda hərbi baza yaratması geosiyasi şərtlərə uyğundur. Türkiyə uzaq Qətərdə hərbi baza yaradırsa, Naxçıvanın təhlükəsizliyinə hüquqi cəhətdən cavabdeh olaraq, öz sərhədləri yaxınlığında niyə hərbi baza yaratmasın. Azərbaycan rəsmiləri bunu Türkiyə ilə müzakirəsin aparmalı və razılıq əldə olunmalıdır
Muhammed Asadullazade

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.