KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Turan Rzayev: Bakı-İrəvan danışıqlarının sirr pərdəsi: 2024-lə bağlı proqnoz dərinləşir

Turan Rzayev: Bakı-İrəvan danışıqlarının sirr pərdəsi: 2024-lə bağlı proqnoz dərinləşir

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
130 0

2023-cü ilin bitməsinə günlər qalıb. İlin sonu yaxınlaşdıqca cavabı maraqla gözlənilən suallardan biri də Zəngəzur dəhlizi ilə bağlı məsələdir. Bir çox erməni politoloq və tarixçilər son günlər bu barədə fikirlər səsləndirir, mülahizələr irəli sürürlər.

Diqqətçəkən məqam isə ilin əvvəlində Zəngəzur dəhlizini Ermənistanın suverenliyinə təhdid kimi görən şəxslərin indi bunu dalan ölkə olmaqdan çıxış şansı kimi qiymətləndirməsidir.

Azərbaycanın Zəngəzur dəhlizi layihəsini gündəmdən çıxarması və İrandan keçən yolla bağlı fəaliyyəti genişləndirməsi Ermənistanda xüsusilə narahatlıq yaradıb. Prinsip etibarilə Azərbaycan Zəngəzur dəhlizi layihəsini gündəmdən çıxartsa da, bütövlükdə kommunikasiyaların açılmasından imtina etməyib. Əksinə, bu məsələ hazırda sülh prosesinin başlıca gündəm mövzularındadır. Münasibətlərin normallaşmasından danışırıqsa, şübhəsiz, kommunikasiyaların açılması da reallaşmalıdır.

Bakının konstruktiv və təmkinli hərəkət etməsi, əlbəttə ki, prosesin həllini sürətləndirir. Mühüm olan Ermənistanın kənar qüvvələrin dezinformasiyalarına əhəmiyyət verməyib, siyasi paranoyadan uzaq qərarlar qəbul etməsidir.

Hesab edirəm, Zəngəzurla bağlı məsələ Ermənistanla Azərbaycan arasında aparılacaq danışıqlarla aydınlaşdırıla bilər. Yəni Azərbaycanın beynəlxalq hüquq əsasında dəhliz olmadan da məsələyə razılıq verməsi mümkündür. Lakin rəsmi İrəvan buna cavab olaraq həm tranzit keçid, həm də mülki şəxslərin keçidi ilə bağlı güzəştlər etməlidir.

Nəticə etibarilə Ermənistanın təklif etdiyi “Sülh qovşağı”, Azərbaycanın təklif etdiyi “Zəngəzur dəhlizi” yerinə hər iki tərəfin ortaq və bərabərhüquqlu maraqlarının təmin olunacağı yeni razılıq əldə edilməsi mümkündür. Bütün bu proseslər isə 2024-cü ilə qalır.

Erməni ekspertlərin 2024-ü “Zəngəzur ili” adlandırması bu mənada diqqət çəkir.

Turan Rzayev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir