KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Aqşin Kərimov: Baydenin Kiyev səfərindəki qatlar, həyəcan siqnalındakı “sirr”

Aqşin Kərimov: Baydenin Kiyev səfərindəki qatlar, həyəcan siqnalındakı “sirr”

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
191 0

ABŞ Prezidenti Co Bayden Ukraynadakı müharibənin birinci ildönümü ərəfəsində Kiyevə səfər edərək həmkarı Volodimir Zelenski ilə görüşdü.

Cənab Bayden Zelenski ilə Kiyev küçələrində addımlayarkən hava hücumu ilə bağlı həyəcan siqnalı səslənib, hərçənd ki, Rusiyanın raket və ya dron hücumları ilə bağlı əvvəlcədən heç bir məlumat verilməyib.

Bu sirena səsləri Rusiyanın Kiyevə genişmiqyaslı hücumunu simvolizə edir, yəni inanmaq çətindir ki, Bayden Ukrayna paytaxtında olarkən Rusiya oranı bombardman etsin.

Adətən bu cür səfərlərdə rəqib tərəflərə məlumat verilir, kəşfiyyat bütün informasiyaları incələyərək risk faktorlarını müəyyənləşdirir. Yəni Bayden Kiyevdə olarkən Rusiya oranı atəşə tutmaz və ya belə bir həmlədən çəkinər.

Bayden Kiyevə müharibədən sonra ilk dəfədir gəlir, bir növ qınaqlara cavab olaraq bu addımı atır və ölkəsinin Ukraynanın yanında daimi olacağını vəd edir.

Ancaq simvolik hissələri çıxsaq, yerdə qalan reallıqda məsələ bir qədər qəlizdir, çünki ABŞ-nin Ukraynaya hərbi yardımının bir limiti olacağı fikirləri də az deyil.

Onu da qeyd edək ki, Ukraynadakı müharibənin uzanması fonunda ABŞ Konqresi Prezidentlik təsisatını sorğulaya və Kiyevə hərbi yardım kampaniyasını kəsməyə çağırış edə bilər.

Bayden administrasiyası bunun baş verməməsi üçün Ukraynadakı qələbə nəzəriyyəsini praktiki şəkildə elə göstərməlidir ki, nə ölkəsi ziyanlar girdabına düşsün, nə də vəziyyət nüvə müharibəsi həddinə çatsın.

Bayden müharibədə NATO-nun həmrəyliyinə nail olmalıdır, hərçənd ki, bu məsələdə ABŞ-dən çox Böyük Britaniya böyük həvəslə çalışır.

Ancaq NATO-nun təbiəti yalnız Alyans ölkələrindən birinə hücum olacağı təqdirdə vahid müdafiə tədbirlərini aktual edir. Yəni, Ukrayna NATO üzvü olmadığından Rusiyanın hücumlarının miqyası Qərbi yoranda, o, tək qala bilər.

Hələ bu hədd yetişməyib, lakin Ukraynadakı döyüş meydanı Rusiyanın xeyrinədir. Rusiya Ukraynanın əhəmiyyətli ərazilərini işğala məruz qoyub və cəbhə xəttini öz şərtləri ilə dondurmağa cəhd edir. Bu, nə Qərb, nə də Ukrayna üçün məqbuldur.

Ona görə də, Ukrayna lideri Zelenskinin qətiyyəti ABŞ və onun müttəfiqlərini müharibənin nəticələrinə təsir etmək üçün variantlar axtarışına çıxarır.

Ukraynanı silahlandırmaq, onu kəşfiyyat məlumatları ilə təmin etmək və genişhəcmli maliyyə yardımları ayırmaq Qərb üçün ən məqbul variant kimi görünür.

Baydenin Kiyevə səfəri hərbi yardım paketində yeni ixracı stimullaşdıracaq, ABŞ liderinin Ukraynaya 500 milyon dollar dəyərində silah tədarükü ediləcəyini deməsi belə söyləməyə imkan verir.

Son həftələrdə Ukraynanın şərq cəbhəsində taktiki irəliləyişlər əldə edən Rusiya indi genişmiqyaslı əks-hücum əməliyyatları ilə üzləşəcək.

Burada kimin qalib, kimin məğlub çıxacağını müəyyən etmək çətindir, çünki tərəflərin məqsədləri dəyişməyib, Qərb isə Ukraynaya yardımlarını davam etdirir.

Zelenski isə Ukraynanı əmin etmək istəyir ki, Baydenin səfərinin nəticələri döyüş meydanında hiss olunacaq.

Rusiya isə genişmiqyaslı əks-hücum əməliyyatları riskinə qarşı İran və Çinlə açıq-gizli hərbi-texniki əməkdaşlıq xəttini yüksəltməkdə israrlıdır.

Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir