KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Turan Rzayev: Ərdoğan görüş zamanı Putinə nə təklif edib? – Sensasion Bakı detalı…

Turan Rzayev: Ərdoğan görüş zamanı Putinə nə təklif edib? – Sensasion Bakı detalı…

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
144 0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri başa çatdı. Soçi şəhərində keçirilən görüşdə liderlər müxtəlif mövzuları müzakirə etdilər. Hesab edirəm, indiki məqamda bu mövzularda 3-ü xüsusi diqqət çəkir:

Birincisi, əsas mövzu taxıl sazişi idi. Ərdoğan görüşdən sonra bildirdi ki, Ankara sazişin bərpası üçün yeni təkliflər paketi hazırlayıb.
Türkiyə lideri həmçinin qeyd edib ki, Rusiyanın kasıb ölkələrə ərzaq göndərilməsinin zəruriliyi ilə bağlı qərarını düzgün hesab edir.

Ərdoğanın sözlərindən aydın olur ki, tərəflər taxıl sazişi məsələsində razılığa gələ bilməyiblər. Lakin taxıl sazişinin bərpası üçün yeni təkliflər paketi hazırlanıb. Mümkündür ki,

Soçidə bu təkliflər paketi Putinə təqdim edilib.
Rusiya tərəfinin Türkiyənin təkliflər paketini qarşılıqsız qəbul etməyəcəyi bəlli idi. Kreml başçısının sazişə qayıtmaq, ya da yeni saziş imzalamaq üçün şərtlərini irəli sürməsi mümkündür.

Təsadüfi deyil ki, Ukrayna xarici işlər naziri Dmitri Kuleba Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Soçi səfərindən sonra Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlar aparılacağını açıqlayıb. Ərdoğan Putinin təkliflərini Zelenskiyə çatdıracaq.

Mümkündür ki, Ukrayna tərəfi Putinin təkliflərini qəbul edəcək. Əks təqdirdə Rusiya mövcud taxılı Afrika ölkələrinə ixrac edəcək.

Liderlərin Soçidə müzakirə etdiyi digər mövzu Rusiya-Ukrayna müharibəsi idi. Rəcəb Tayyib Ərdoğan Putinlə keçirdiyi mətbuat konfransında deyib ki, “müharibənin qalibi, sülhün məğlubu olmaz”.

Ümumiyyətlə, Ərdoğan rəhbərliyində Türkiyə Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə bitməsində israrlıdır. Hətta tərəflərin Türkiyədə bir araya gəlməsi istiqamətində təkliflər də vaxtaşırı səslənir.

Mümkündür ki, Ərdoğan Soçi görüşündə də rusiyalı həmkarına Ukrayna prezidenti ilə Türkiyədə görüşməyi təklif edib. Putinin Türkiyə gəlməməsi və Ərdoğanın Soçiyə səfərini nəzərə alaraq demək olar ki, Kreml başçısı bu görüşün Türkiyədə olmasını istəmir.

Türkiyə Prezidentinin Rusiya və Ukrayna liderlərinin ehtimal görüş yeri kimi Bakını da təklif etməsi mümkündür.

Ərdoğan-Putin görüşü zamanı müzakirə edilən mövzulardan biri və bizi ən çox maraqlandıranı Cənubi Qafqaz məsələsi idi. Ərdoğan mətbuat konfransında “Cənubi Qafqaz, Suriya və Liviyadakı durumu müzakirə etdik” cümləsini işlətdi. Suriya və Liviyadakı durumdan fərqli olaraq liderlərin Cənubi Qafqazla bağlı ötəri danışması, ya da qısa müzakirə aparması inandırıcı deyil. Xüsusilə də regionda son günlər gərginliyin artdığını nəzərə almaq lazımdır.

Türkiyə proseslərin pərdəarxası oyunçusu, Rusiya isə birbaşa moderatorudur. Yəni ehtimal gərginlik zamanı Kreml hakim rolunu oynasa da, Ankara nəticəni müəyyən edən aktor olacaq.

Turan Rzayev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir