KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kənan Novruzov: Sentyabrın sonuna qədər ciddi hərbi əməliyyatlar başlaya bilər

Kənan Novruzov: Sentyabrın sonuna qədər ciddi hərbi əməliyyatlar başlaya bilər

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
141 0

Ermənistan silahlı qüvvələrinin bölmələri dünən Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Bundan başqa, Naxçıvan istiqamətindəki mövqelərimiz də atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Azərbaycan ordusu adekvat tədbirlər görüb.
Sentyabrın 1-də şərti sərhəddə yaşanan gərginlik çox çəkmədi. Cəbhədə vəziyyət tez bir zamanda sakitləşdi. Həmin hərbi toqquşma nəticəsində erməni tərəfi ən azı 4 itki verdi.
Sentyabrın 2-də Ermənistan baş naziri Nikol Paşinyan qondarma respublikanın “Müstəqillik Günü” ilə bağlı çıxış etdi. O, çıxışında Azərbaycana ərazi iddiaları ilə çıxış etdi. Şübhəsiz ki, bunun əsas səbəbi daha çox Qarabağ ermənilərinə xoş gəlmək idi. Buna baxmayaraq, Paşinyanın son iddiaları onun sülhlə bağlı daha əvvəl səsləndirdiyi bəyanatlar, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü tanımasına dair açıqlamaları ilə üst-üstə düşmür.
Doğrudur, Paşinyan xarici siyasət kursu sürüşkəndir. Onun bu gün dediyi ilə dünən dediyi uzlaşmaya bilər. Ümumiyyətlə, Ermənistan hökumət başçısı çətin proqnozlaşdırıla bilən siyasətçidir. Bunun əsas səbəbi isə baş nazirin nəinki iki, bir neçə daş arasında qalması və ona kənardan göstərilən təzyiqlərdir.
Paşinyanın son bəyanatları ilə dünən mövqelərimizin növbəti dəfə atəşə tutulması əslində eyni ritorikanın hərbi və siyasi müstəvidə ifadəsidir.
Hərbi provokasiyaların qarşıdakı günlərdə də təkrarlanması mümkündür. Bu isə öz – özlüyündə regional sabitliyə təhdid yaratmaqla yanaşı, həm də növbəti hərbi əməliyyatların başlamasına rəvac verə bilər.
Bir çox ekspertin fikrincə, sentyabr ayı Azərbaycan ordusu xüsusi əhəmiyyətlidir. Əslində bu, doğrudan da, belədir. Ermənistanın sabotaj cəhdlərini də nəzərə alsaq, deməliyik ki, bu ay ərzində hərbi hərəkətliliyin artması gözləniləndir.
Ermənistanın təxribatları dayanmazsa, rəsmi İrəvan ritorikasını dəyişdirməzsə, sentyabrın sonuna doğru daha ciddi hərbi əməliyyatların başlanması mümkündür. Bu, Paşinyanın regional siyasətinə də təsir edəcək.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir