KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Shahin Caferli: Rusiyanın enerji infrastrukturuna planlı zərbələr davam edir

Shahin Caferli: Rusiyanın enerji infrastrukturuna planlı zərbələr davam edir

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
35 0

Bu gecə Nijniy Novqorod vilayətinin Kstovo şəhərində yerləşən “Lukoyl-Nijeqorodnefteorqsintez” müəssisəsi və Oryol vilayətindəki neft bazası dronlarla vurulub. “Lukoyl”a məxsus müəssisə Rusiyanın ən iri neftayırma zavodlarından biridir və ildə 17 milyon ton neft emal edir, azı 50 adda məhsul (avtomobil və aviasiya benzini, dizel və s.) buraxır.

Ukrayna Rusiya iqtisadiyyatının daha bir strateji sektoru olan metallurgiya sənayesini də hədəf almağa başlayıb. Ötən günlərdə “Severstal” şirkətinə məxsus Çerepovets Metallurgiya Kombinatında partlayış törədilib, Jeleznoqorsk şəhərində yerləşən Variçev adına dağ-mədən filizsaflaşdırma kombinatına və Novolipetsk Metallurgiya Kombinatına isə dron zərbələri endirilib.

Əlbəttə ki, dronla böyük müəssisələri məhv etmək mümkün deyil. Lakin istehsal prosesində mühüm rol oynayan qurğuları, aqreqatları sıradan çıxarıb, müəyyən müddətə istehsalın dayanmasına və ya azalmasına nail olmaq olur. Ukraynada dron boldur və bu texnologiya ildırım sürəti ilə təkmilləşdirilir – həm qət etdikləri məsafə, həm də daşıdıqları partlayıcıların miqdarı davamlı artırılır. Ona görə də, müharibə Ukrayna üçün olduğu qədər Rusiya üçün də çox baha başa gəlməyə davam edir.

Bu səbəbdən müharibənin gedişini qiymətləndirərkən “Rusiya filan kəndi və qəsəbəni tutdu, deməli, qalib gəlir və Ukrayna uduzur” fikrini irəli sürmək məsələyə çox dar çərçivədən baxmaq deməkdir. Baxış kompleks xarakter daşımalıdır və Rusiya ətrafındakı geosiyasi şəraitin hansı yöndə dəyişdiyini də əhatə etməlidir. Məsələn, dünən NATO qərargahında İsveçin bayrağı qaldırıldı və bu ölkə rəsmən ittifaqın 32-ci üzvü oldu. Məlum olduğu kimi, Rusiya ilə 1270 km sərhədi olan Finlandiya da az əvvəl NATO-ya qoşulub. Yaxud Rusiya dünya silah ixracatçıları arasında ikinciliyi Fransaya təhvil verərək 3-cü sıraya düşüb, ondan öncə isə Avropanın strateji enerji tədarükçüsü rolunu itirib.

Bütün bunlar Rusiyanı qalib adlandırmağa əsas vermir, cəbhə xəttindəki vəziyyət də o cümlədən.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir