KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Hasan Oktay: Türkiyədəki gərginlik tez bir zamanda aradan qalxacaq

Hasan Oktay: Türkiyədəki gərginlik tez bir zamanda aradan qalxacaq

Hasan Oktay Hasan Oktay - - 5 dk okuma süresi
312 0

“Türk dövlətləri və islam dünyası Türkiyəyə sahib çıxmalıdır”
Xəbər verdiyimiz kimi, ötən gün Türkiyənin İstanbul, Ankara, İzmir kimi şəhərlərində hökumət əleyhinə mitinqlər keçirilib. İnsanlar hakim partiyanı istefaya səsləyir

Türkiyədə baş vermiş son hadisələrlə bağlı Bakupost.az -a Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri Dr. Həsən Oktay açıqlama verib:
“Koronavirusun yayılmasından sonra bütün dünyada iqtisadi böhran yarandı. Bu, Türkiyəyə də öz təsirini göstərdi. Türkiyənin beynəlxalq əlaqələrdə uğurları artıqca xüsusilə qərb aləmi ilə həm siyasi, həm də iqtisadi rəqabət yarandı. Bu böhrana görə dünyadakı iqtisadi daralma, həm də Türkiyənin beynəlxalq əlaqələrinin üst nöqtəyə çıxması Türkiyədə iqtisadi bir çətinlik yaratdı, türk lirəsi qərb pulu qarşısında dəyər itirməyə başladı. Bütün dünyaya iqtisadi çətinliyin hökm sürdüyü vaxtda Türkiyədə də bəzi güclər birləşərək hökuməti etibarsızlaşdırmağa əsaslanan mühit yaratmağa çalışır. Düşünürəm ki, bu proseslər qısa zamanda nəzarət altına alınaraq qarşısı alınacaq. Əgər, davam edərsə Türkiyə daha böyük iqtisadi paketlərlə bunun qarşısını almağa çalışacaq. Çünki Türkiyənin iqtisadiyyatı, büdcəsi bu böhrann qarşısını almağa qadirdir”.
Dr. Həsən Oktay qeyd edib ki, qarşıdakı günlərdə hökumət bununla bağlı toplanacaq və bir proqram açıqlayacaq:
“Təbii ki, hökumət vətəndaşı düşünməli və ona uyğun tədbirlər həyata keçirməlidir. Bəzən hökumətin aldığı qərarlar vətəndaşları razı salmadı, ona görə də hazırda vətəndaşla hökumət arasında belə bir vəziyyət yaranıb.
Xüsusilə hökuməti erkən seçkilərə məcbur etmək üçün həyata keçirilən bu əməliyyat, dünən Prezident Rəcəb Tayyib Ərdoğan və Dövlet Baxşəlinin erkən seçkilərin olmayacağı ilə verdikləri açıqlama anında əks qüvvələrin planlarını dağıtdı. İndi atılacaq əsas addım tədbirləri artıraraq iqtisadiyyatı gücləndirməkdir.
İqtisadi böhranlara görə vətəndaşlarda ciddi narahatlıqlar yaranıb. Buna görə Ankarada, İzmirdə, İstanbulda aksiyalar keçirilməyə başladılar. Bu da normal haldır. Çünki vətəndaş, bu narahatlıqlığını küçə etirazları ilə bildirməyə çalışır. Yəni vətəndaşın belə reaksiya verməsi normaldır. Amma bunu kütləvi aksiyaya çevirmək isə tamam başqa bir şeydir. Buna dövlətin “qollu qüvvətləri” həmin an müdaxilə edə bilər. Hökumətin əsas məqsədi vətəndaşlarla qarşı-qarşıya gəlmək deyil, belə bir halda vətəndaşın vəziyyətini göz önünə gətirərək tədbirlər həyata keçirməkdir. Küçə aksiyaları kimlərsə tərəfində planlaşdırıla bilər. Buna baxıb Türkiyədə çaxnaşma var deyə düşünməməliyik”.
Dr. Həsən Oktay vurğulayıb ki, Türkiyədə hansısa bir qarışıqlıq yoxdu:
“Bu gün hökumət öz işinin başındadır və sabah da olacaq. Hökumət yaxın günlərdə vətəndaşı razı salacaq qərarlar qəbul edəcək və bundan sonra verdikləri qərarlar və əldə etdikləri uğurlarla beynəlxalq aləmdə daha rahat danışa biləcək. Çünki son zamanlar Azərbaycanda, Cənubi Qafqazda baş verənlər, Azərbaycan-Ermənistan müharibəsində Azərbaycanın yanında olması, daha sonra İran-Azərbaycan gərginliyində Türkiyənin Azərbaycana dəstəyi, türk təşkilatlarını yaratması ilə istər-istəməz dünya miqyasında Türkiyə uğurlarını qısqananlar ilə mübarizə aparmalı olacaq. Bu mübarizədə Türkiyədə hökumətlə vətəndaş arasında bir çaxnaşma olduğu görüntüsü yaratmağa çalışırlar. Lakin baş verənlər qısa zamanda aradan qaldırılacaq. Bu halda isə türk dövlətləri və islam dünyası Türkiyəyə sahib çıxmalıdır. Onların üzərinə də müəyyən məsuliyyət düşür. Bu həmrəyliklə böhran aradan qaldırılacaq və birlikdə türk dünyası uğur əldə edəcək”.

https://www.bakupost.az/turkiyedeki-gerginlik-tez-bir-zamanda-aradan-qalxacaq-turkiyeli-politoloq

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir