KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Shahin Caferli: İsrailin bugünkü hökuməti nə işlə məşğul idi?

Shahin Caferli: İsrailin bugünkü hökuməti nə işlə məşğul idi?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
172 0

Bu hökumətin qurular-qurulmaz “məhkəmə islahatı” adlanan qanunlar qəbul etmək istiqamətində addımlar atmağa başladığını, nəticədə ölkədə dövlət-hökumət qarşıdurması yarandığını və sekulyar əhalinin kütləvi itaətsizlik aksiyalarına başladığını bundan əvvəlki yazıda qeyd etdik.

Hökumətin gündəmində olan daha bir önəmli məsələ Tövratın öyrənilməsinə dair Konstitusiya xarakterli Əsas Qanunun qəbuludur. (İsraildə vahid Konstitusiya yoxdur, müxtəlif məsələlər üzrə əsas qanunlar var.) Bu qanun layihəsində Tövratın öyrənilməsi ölkəyə çox vacib xidmət kimi təsbit edilir və buna əsasən yəhudiliyi öyrənən ultraortodoks gənclər hərbi xidmətdən azad olunur. Yəni Tövratın öyrənilməsi hərbi xidmətə bərabər tutulur. Əslində hal-hazırda da ultraortodoks gənclərin əksəriyyəti orduya getmir, bunun üçün onlar əvvəlcə “yeşiva”ya (dini ali məktəb) qəbul olunur, oranı bitirəndə isə ailə qurub, “kolel”ə (evli kişilər üçün ravvin məktəbi) girirlər. Sonra “kolel”dəki təhsillərini uzadırlar və 28 yaşına çatanda hərbi xidmətdən azad sayılırlar. “Yeşiva” və ya “kolel”də oxumayan haredim gənclər isə mülki xidmətə yazılırlar və hərbi xidmət əvəzi kimi xəstəxanalarda gündə bir neçə saat işləyib, yaxşı maaş alırlar. Hələ ki ultraortodoks partiyaların təklif etdiyi Əsas Qanun qəbul olunmayıb, çünki “Likud”un içərisində müdafiə naziri də daxil olmaqla, buna etiraz edənlər var.

Bu hökumət qurularkən qəbul edilən ilk qanunlardan biri “su nasosları” haqqında oldu. Söhbət mərkəzi su və istilik sistemi olan binalarda yaşayan dindar yəhudilərin mənzilinə ayrıca su borularının çəkilməsinə icazə verilməsindən gedir. Çünki yəhudilik Şabbat (Subbota – Şənbə) günləri isti sudan istifadəni qadağan edir. Həmin gün evdə su kranlarından isti su axmamalıdır. (Şabbat günləri ilə bağlı yəhudlikdə başqa qadağalar da var.)

Qəbul olunan digər qanuna görə, Pesax (yəhudi Pasxası) bayramında xəstəxanalarda insanların üzərində “xamets” (un məhsulları, unlu qidalar) olub-olmadığı yoxlanacaq. Bu cür qidaların içəri keçirilməsi qadağandır.

Dindar koalisiya ortaqlarının başqa bir təklifi isə budur ki, inşaat şirkətləri yaşayış binalarındakı mənzillərin dörddə birinin eyvanını “sukka” qurulacaq şəkildə layihələndirsin. “Sukka” daxma (rusca: şalaş) deməkdir və inanclı yahudilər Sukkot bayramında yaşadıqları mənzildən kənarda, həmin daxmada qalırlar.

Haredimlər ravvin diplomlarının universitet diplomlarına bərabər sayılmasını da tələb edirlər. Ravvin demişkən, ultraortodoks din xadimləri smartfonları haram buyurublar. Ultraortodoks vətəndaşların əksəriyyəti “şeytan aləti” saydıqları smartfonlardan uzaq durur, cəmiyyətə nisbətən inteqrasiya olmuşları isə “filtrasiya” olunmuş xüsusi smartfonlardan istifadə edir. Smartfon satılan mağazalara radikal dindarların hücumlarına dair faktlar da var. Haredimlər öz məhəllələrindən ictimai nəqliyyatın (avtobus, tramvay, taksi) keçməsinə də qarşıdırlar və dəfələrlə avtobuslara hücumlar ediblər.

Uzun sözün qısası, bu cür gündəmə köklənən hökumətdən nə gözləmək olar ki…
Shahin Caferli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir