KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Seymur Hezi: Putin nüvə silahına əl atacaqmı?

Seymur Hezi: Putin nüvə silahına əl atacaqmı?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
301 0

Rusiya Prezidenti Vladimir Putinin 27 fevral çıxışı xeyli suallar yaradıb. Bu çıxış rus dilinin rahat anlaşıldığı arealda isə demək olar ki, təşvişə səbəb olub. Putinin aqressiyasını “nüvə təhdidi” kimi anlayan kütlələr onun malik olduğu təhlükəli silahdan istifadə edib etməyəcəyini ciddi müzakirə etməkdədirlər. Odur ki, Rusiya liderinin çıxışından yaranan bəzi sualları cavablandırmağa çalışaq. Bundan öncə isə 24 fevral səhər saatlarında başlayan və artıq beşinci günə qədəm qoyan müharibənin yaratdığı ümumi mənzərəni də təhlil etmək gərəkir:

Bu müharibə Çinin Rysiyanı dəstəkləmədiyini ortaya qoydu. Əvvəlcə Çin xarici işlər naziri bəyan etdi ki, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirlər və bu toxunulmazdır. Müharibənin üçüncü günündə isə artıq Çin hökuməti Ukraynaya humanitar yardım göndərmək barədə qərar qəbul etdi.
Qazaxıstan başqa siyasi yol tutduğunu bəyan etmək üçün fürsət qazandı. Təzəcə xalq etirazı ilə qarşılaşan və “Putin dəstəyi” görən Qazaxıstan lideri Tokayev Putinin Ukraynada döyüşmək üçün əsgər istəməsinə mənfi cavab verdi. Bunun ardınca Ermənistana müraciət edən Rusiya lideri oradan da müsbət cavab ala bilmədi. Bununla da KTMT-nin bir hərbi-siyasi blok kimi sıradan çıxdığı faktiki təsdiqini tapdı. Daha doğrusu, məlum oldu ki, bu qrumun əsas təyinatı Rusiyaya orbitində olan ölkələrə qoşun yeritmək üçün hüquqi baza yaratmaq imiş. Rusiyanın köməyinə gəlmək istəməyən Qazaxıstan və Ermənistan isə açıq şəkildə bu status-kvonun dəyişməsindən yana olduqlarını ortaya qoydular.
Rus ordusunun əslində SSR-nin qalıq ordusu olduğu bir daha məlum oldu. Biz indi Rus ordusuna “ölmüş filin tərpənən xortumu” deyə bilərik. Onun hərəkəti qorxu yaradır, amma canlılıq haqqında heç nə demir.
Demokratik dünya ləng, amma vahid olduğunu (Rusiya təkləndikcə onlar daha sıx birləşirlər) ortaya qoydu. Bu baxımdan Qərb blokunun yenidən toparlanmasında Putin aqressiyasının mühüm rol oynadığını deyə bilərik.
Nüvə təhlükəsi varmı?

Bu gün səhərə olan məlumata görə, Rusiya ordusunun canlı qüvvə itkisinin sayı 5300-ü keçib: 191tank, müxtəlif zirehli texnika 816, 291 maşın, 29 qırıcı təyyarə, 29 helikopter və xeyli başqa itkiləri var.

İnsan itkisinin böyük miqyas alması Rusiyanın daxilində narazılıqları böyüdür. İqtisadi və siyasi sanksiyaların təsirləri artıq görünməkdədir. Putini ölkənin daxilində daha gərgin vəziyyətin gözlədiyi isə artıq aksioma çevrilməkdədir.

Bəs onun ritorikasında artan templə müşahidə edilən aqressivliyin sonda nüvə silahını işlətməklə nəticələnə bilərmi?

Görünən odur ki, Putin daha çox vəziyyətin bu nöqtəyə çatmaması üçün vəziyyətin gərginliyini göstərmək istəyir. Amma NATO-nun mənbələri belə bir halın baş verəcəyinə inamsız görsənirlər.

Görünür, Rusiyanın daxilindəki kəşfiyyat məlumatlarına istinadən belə davranırlar. Başqa tərəfdən isə Rusiya hərbi elitasının bu müharibədə həvəssiz görünməsi belə deməyə əsas verir ki, Putinin də müəyyən limiti var və o, bunu keçmək imkanında deyil. Yəni hərbi sənae və hərbi kəşfiyyat elitası onun daha aqressiv addımlar atmasına imkan vemək istəməzlər. Bu anlamda Rusiyada bir sistem dəyişikliyi daha praqmatik proqnoz kimi görünür, nəinki nüvə silahından istifadə etmək.

Seymur Hezi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir