KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Seymur Hezi: ABŞ “köhnə dünya olmayacaq” deyir

Seymur Hezi: ABŞ “köhnə dünya olmayacaq” deyir

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
153 0

“Soyuq müharibənin dünya düzəni başa çatdı” -bunu Con Hopkins unversitetində mühazirəsində ABŞ dövlət katibi Entoni Blinken deyib. Onun sözlərinə görə onilliklərlə davam edən, beynəlxalq əməkdaşlıq, iqtisadi əlaqələr, siyasi liberallaşma, geosiyasi sabitlik, insan haqlarının təntənəsi öz yerini avtoritarlarla revizyonistlərin rəqabətinə (qarşıdurmasına) verib.
Blinkenin bu açıqlamasını biz Ukrayna və Rusiya arasında artıq il yarımdan uzun zamandır davam edən müharibə kontelstində şərh edə bilərik. Belə görünür ki, ilk dəfədir ki, ABŞ rəsmisi Rusiyanı mənsub olduğu sivilizasiyaya rəqib elan edir. Bu vaxta qədər bir çox ABŞ rəsmiləri və strateqləri belə hesab edirdilər ki, Rusiya ilə dil tapmaq mümkündür və buna görə də onun tam sıradan çıxması məqsədəuyğun deyil. Xüsusilə Çinlə qarşıdurmada Rusiya modern dünyanın əsas mərkəzlərindən biri kimi nəzərdən keçirilirdi.

Ancaq görünən budur ki, Ukraynaya hücumla bərabər Rusiya həm də Qərb svilizasiyasına əsas təhlükə kimi ortaya çıxıb. Əvvala biz bunu 2021-ci ilin sonlarında NATO və Rusiya liderlərinin məktublaşmasına əsasən deyə bilərik. Həmin yazışmalarda Rusiya NATO-nu 1997-ci il sərhədlərinə çəkilməyə çağırırdı, hətta bunu tələb kimi səsləndirirdi. Bu isə o deməkdir ki, Rusiya Şərqi Almaniyadan başqa SSRİ-nin bütün təsir bölgəsinə yenidən iddia edir. Bir sözlə, artıq AB üzü olan ölkələri belə “geri istəyir”. Bununla da o Qərbin genişlənməsində oynayacağı rola ümid edən hər kəsi məyus etmiş oldu. Üstəlik Qərb üçün yeni təhdidə çevrildi.
ABŞ və Britaniyada isə məsələyə olduqca sədə və riyazi baxırlar. Onlar hesab edirlər ki, Rusiyanın yenidən bu iddiası gerçəkləşərsə, totalitar konservatizmin yenidən çiçəklənməsinə rəvac verə bilər.
Bu mənada Blinken açıq mesaj verir ki, nəinki köhnə dünya olmayacaq, o artıq yoxdur. Bu həm də Ukrayna müharibəsinin nəticəsinin ABŞ üçün necə həyati bir məsələ olduğunu ortaya qoyur.

Seymur Hezi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir