Bugün Rusiyanın paytaxtı Moskva şəhərində II Dünya Müharibəsinin bitməsi və SSRİ-nin faşizm üzərində qələbə qazanmasının 77 ili qeyd edilir. Əlbəttə bu il baş tutan qələbə paradının əvvəlik illərlə xeyli fərqinin olduğunu görmək mümkündür. Bu fərqin heç də yaxşıya doğru olmadığını demək mümkümdür. Hətta onu demək olar ki, budəfəki qələbə paradı əvvəlki illərə nisbətən daha çox diqqətdən kənar qeyd edilirdi, baxmayaraq ki, Kreml adminstarasiyası hər cəhdlə bunu büruzə vermək istmirdi.
Təbii ki, bu paradın maraqsız olmasının ilk səbəbi kimi məhz Rusiyanın Ukraynanı işğal etməsi üçün başlatdığı müharibənin artıq 75 günə çatmasını göstərmək olar. Bu müharibə Rusiyanı siyasi, iqtisadi, mədəni, hərbi, informasiya, logistika sahələrində tamamilə təcrid etmiş oldu. Bu proses bugündə davam etməkdədir.
Paradda diqqəti çəkən daha iki məqam oldu.
1. Xarici qonaqların iştirak etməməsi,
2. Paradda Rusiya Hava Qüvvələrinin iştirak etməməsi,
Əlbəttə ki, Rusiya tərəfi iddi edir ki, xarici qonaqları Rusiya özü dəvət etməyib. Amma görünən odur ki, mövcud vəziyyətlə əlaqədar olaraq hətta dost və müttəfiq dediyi dövlətlərin liderləri də bu tədbirdə iştirak etmək niyyətində olmayıblar.
Rusiya Hava Qüvvələrinin paradda iştirak etməməsinə gəlincə, bunu Rusiya tərəfinin iddialarına görə hava şəraiti ilə əlaqələndiriblər. Amma görünən odur ki, Ukraynada davam edən müharibə bu məsələni də arxa plana keçirib. Nəzərə alsaq ki, bir müddət əvvəl Ermənistan tərəfinin yaydığı məlumatda Rusiyanın Ermənistana verdiyi 4 ədəd SU-30 döyüş təyyarəsini geri alması iddiası media gündəmində idi. Eyni zamanda son yayılan məlumatlara əsasən Ukrayna müharibəsində artıq 200 yaxın döyüş təyyarəsi itirib Rusiya tərəfi. Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, Rusiya parada çıxartmaq üçün kifayət qədər döyüş təyyarəsinə malik deyil.
Samir Hümbətov, Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri
Samir Hümbətov: Rusiyanın Qələbə Paradı necə bitdi?
343 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.