Putin Merkel görüşmesi

Interpol tarafından aranan Daşgın Gülmemmedov’u Bakü’de kim hapsettirdi?

Rus uzmandan uyarı: 15 Temmuz tekrarlanabilir

Վարչապետն անվստահություն հայտնեց խորհրդարանին

Rusya’daki Azerbaycan Diasporası Türk ve Rus Gençleri Buluşturuyor

Rusya’daki Azerbaycan Diasporası Türk ve Rus Gençleri Buluşturuyor
24 Kasım 2015’de Türkiye ve Rusya arasındaki uçak krizi sonrası son yıllarda gelişmekte olan Türk-Rus ilişkileri büyük bir yara aldı. Hadisenin gerçekleşmesinden bu yana iki aydan fazla bir süre geçmesine rağmen; Türk-Rus ilişkileri düzelmek bir yana, iki ülke arasındaki kriz daha da derinleşti. Türkiye-Rusya arasındaki ilişkilere ve barışa katkı sağlamak isteyen Rusya’daki Azerbaycan Diasporası da bu olaydan dolayı büyük üzüntü duymakta ve ilişkilerin düzelmesi yolunda katkı sağlamayı amaçlamaktadır. Bu bağlamda Azerbaycan-Slav Gençleri Derneğinin (ASGA) Rusya Başkanı Toğrul Allahverdili, Rusya’daki Azerbaycanlıların bu sürece katkı sağlaması amacıyla akil Türk ve Rus gençlerin 2016 bahar döneminde Bakü’de buluşmasını sağlayacak bir projenin hayata geçirilmesi konusunda öncülük etmektedir. KAFKASSAM da proje ortaklarından biri olarak, KAFKASSAM Analisti Ümit Nazmi Hazır’ın direktörlüğünde projenin gerçekleşmesinde rol oynayacaktır. Bu proje Türk-Rus ilişkilerine katkı sağlamak isteyen Türkiye’deki sivil toplum kuruluşları, medya, siyasal parti ve düşünce kuruluşlarından genç katılımcılara açıktır. Projeyle ilgili yakında tekrar duyuru gerçekleşecektir.
Aşağıda ASGA Rusya Başkanı Toğrul Allahverdili tarafından yazılmış proje ilanının tamamı Azerbaycan Türkçesinde yer almaktadır:
24 noyabr 2015-ci il tarixdə Türkiyə hava məkanını pozan Rusiyaya məxsus SU-24 qırıcısı Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 qırıcısı ilə vurulub. Bu hadisədən iki aydan çox vaxt keçməsinə baxmayaraq iki ölkə arasında gərginlik və hədə dolu bəyanatlar səngimək bilmir .
Gərgin geosiyasi vəziyyət Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporasınında əsas müzakirə mövzusudur .Hadisəyə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin sədri, diaspora üzrə ekspert Toğrul Allahverdili münasibət bildirib.
Uzun illərdir siyasi , hərbi və iqtisadi sferalar olmaqla, bir çox sahədə əməkdaşlıq edən Türkiyə və Rusiya arasında son zamanlar pisləşən münasibətlərin Azərbaycan diasporunun əsas müzakirə mövzusu olduğunu deyən T.Allahverdili Azərbaycanın hər iki ölkə ilə tarixi əlaqələrə və dostluq münasibətlərinə malik olduğunu dedi:
“Yadınızdadırsa Rusiya təyyarəsinin vurulmasından bir necə gün sonra, hələ hadisənin təfərrüatları tam müəyyənləşməmiş, Türkiyənin bəzi media KİV lərində Azərbaycanın mövqeyi ilə bağlı qərəzli iddiaların səslənməsi diqqətdən yayınmadı. Aydındır ki, Türkiyə ilə Rusiya arasında yaşanan böhranın dərinləşməsini və qonşu dövlətləri də əhatə etməsini istəyən müəyyən qüvvələr ölkəmizi münaqişə tərəflərindən biri kimi görmək istəyirlər. Hər iki ölkə ilə yüksək siyasi və iqtisadi əlaqələrə sahib olan Azərbaycanın Rusiya-Türkiyə gərginliyində tərəfə çevrilməsi isə bu ölkələrin hər hansı biri ilə münasibətlərimizdə arzuolunmaz situasiyaların yaranmasına gətirib çixara bilərdi. Baxmayaraq ki, söz və ifadə azadlığının mövcud olduğu digər dövlətlər kimi, Azərbaycanda da Türkiyə ilə Rusiya arasında yaşanan insdentlə bağlı fikirlər birmənalı deyil. Türkiyənin və yaxud Rusiyanın haqlı olması, beynəlxalq hüquq normalarının hansı dövlət tərəfindən pozulması Azərbaycan cəmiyyətində geniş şəkildə müzakirə olunur.”
Prezident İlham Əliyevin bu məsələdə düzgün mövqe sərgilədiyini deyən ekspert məsələnin yalnız danışıqlar yolu ilə həll olunmasının vacibliyindən danışdı: “Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Xarici işlər Naziri Mövlud Çavuşoğlunu qəbul edərkən, sözügedən məsələ ilə bağlı dövlətimizin mövqeyini qəti şəkildə ortaya qoydu. Hər iki ölkənin Azərbaycan üçün əhəmiyyətini vurğulayan İlham Əliyev Türkiyə-Rusiya münasibətlərindəki gərginliyin aradan qaldırılması üçün əməli fəaliyyətə hazır olduğunu da qeyd etdi. Beləliklə Azərbaycan Respublikasının Prezidenti özünün tərəfsizliyi və sülhpərvər mövqeyi ilə Türkiyə və Rusiya arasındakı mövcud gərginliyi körükləyən müəyyən qüvvələrdən fərqli olaraq, regionun bu iki böyük aktoru arasında qarşılıqlı əlaqələrin və mehriban dostluq münasibətlərinin yenidən bərpa olunmasın prosesinə önəmli töhfə verdi. Türkiyədən Qazaxıstan, Qırğızıstan və Tacikistana yük daşıyan, ancaq son hadisələrlə bağlı Rusiya-Gürcüstan sərhəddində saxlanılan türk maşınlarının Azərbaycan ərazisindən tranzit yol kimi istifadə etmələrinə icazə verilməsi də məhz Türkiyə-Rusiya münasibətlərinin normallaşması, daha da gərginləşməməsi üçün atılan addımlardandır. Hər iki dövlət arasında olan gərginliyin aradan qaldırılmasında vasitəçilik etmək üçün kifayət qədər imkanlarımız var. Hesab edirəm ki, biz ilk növbətə rus və türk gənclərini bir araya gətirməli, dialoq yaratmalı və beynəlxalq aləmə müraciət ünvanlamalıyıq. Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyi olaraq biz bu missiyanı öz üzərimizə götürməyə hazırıq. Bu istiqamətdə artıq bir çox işlər görmüşük .İlk növbətə gənclər səviyyəsində və ya QHT, ya da media nümayəndələri bir araya gətirməliyik. Bu daha yaxşı nəticəni stimullaşdıracaqdır.” Artıq Rusiyanın aparıcı gənclər təşkilatları ilə danışıqlar aparılır bu məsələ ilə ASGA Rusiya nümayəndəliyinin icraçı direktoru Xəzər Qarayevin rəhbərliyi ilə işçi qurupu yaradılıb və fəaliyyət planı təstiq olunub , Türkiyə tərəfi ilə isə şifahi olaraq razılıq əldə etmişik məsələni rəsmiləşdirmək üçün mart ayının birinci həftəsi Türkiyəyə səfərim olacaq . Bu çətin misianın məsuliyyətini anladığımız üçün görüşün bütün detalları hər iki tərəflə razılıq əldə etdikdən sonra görüşün vaxtı və keçriləcəyi məkan açıqlanacaq çox guman ki , görüş Bakıda olacaq .

Toğrul Allahverdili ​​​​​​​​​ Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin sədri

Yorumlar