Azərbaycanlıları Türkiyədən deport etdirən səbəblər nədir?

Rusya’nın Komşularına Yönelik Stratejisi ve Türkiye

Suriye PKK/PYD’de Amerikancı kanat tasfiye Ruscu kanat işbaşında!

Bakının seçki öncəsi Ermənistana mesajı nə olmalıdır?

Rusiyada parlament seçkisində gözlənildiyi kimi sürpriz baş vermıdi,

Rusya 19 Eylül 2016
808

Rusiyada parlament seçkisində gözlənildiyi kimi sürpriz baş vermıdi, Dövlət Dumasının tərkibinə yenə həmişəki 4 partiya daxil oldu. İlkin hesablamalara görə hakim partiya administrativ resurs və şəxsən prezidenti Vladimir Putinin dəstəyi sayəsində parlamentdə konstitusiyalı çoxluğa malik olacaq. Bu hakim partiya üçün sevindirici xəbər olduğu qədər düşündücü nəticədir. Çünki yaxın illərdə Rusiya iqtisadiyyatında müsbətə doğru dönüş baş verməyəcək və Dövlət Duması qeyri-populyar qanunlar qəbul etmək və yerində sayan hökuməti dəstəkləmək məcburiyyətində qalacaq.

Bu seçkilərin digər nəticə ondan ibarətdir ki, Rusiyada liberal ideya tam iflasa uğrayıb. Liberal ideyaların daşıyıcısı olan sağ təmayüllü partiyalar 1 vəya 2 faizin həndəvərində nəticə toplayıblar, heç biri parlamentə düşmək üçün 5 faizlik baryeri aşa bilmədi. Bu nəticədə özlərinin də günah var, rusiyalı liberallar bizimkilər kimi vahid ideya ətrafında birləşə bilmir, hərə yorğanı öz üzərinə çəkir, nəticədə hamısı qapının arxasında qalır. Elhan Şahinoğlu /Bakü

Yorumlar