KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Hasan Oktay: Qarabağda durum dəyişə bilər

Hasan Oktay: Qarabağda durum dəyişə bilər

Hasan Oktay Hasan Oktay - - 4 dk okuma süresi
292 0

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvana səfəri Ermənistanın Qərbə can atdığını göstərdi. Bir neçə gündür ki, Rusiya mediasında Paşinyan hökuməti əleyhinə sərt tənqidlər səsləndirilir. Rusiyanın yaxın dönəmdə Ermənistanı cəzalandıracağı bildirilir.

Ermənistan-ABŞ yaxınlaşması Azərbaycanın əleyhinə işləyə bilərmi?

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri Hasan Oktay Musavat.com-a açıqlamasında bildirdi ki, Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən sammitindən öncə Ermənistan-Azərbaycan sərhədində baş verən gərginlik bütün diqqəti öz üzərinə çəkdi:

“Ermənistan baş naziri Nikol Paşinyanın sammitə qatılmaması, ardınca isə ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvana səfəri Ermənistanın Rusiyanın nəzarətindən çıxıb Qərb blokuna doğru irəliləmək üçün hərəkətə keçdiyini göstərir. Pelosinin səfəri dünyanın diqqətini bölgəyə çəkdi. Xüsusilə Azərbaycan əleyhinə açıqlama verdi, Azərbaycanı aqressiv siyasət yürüdən ölkə kimi təqdim etdi. Bunun qarşısını almaq üçün Azərbaycanın 10 noyabr 2020-ci il bəyannaməsinin maddələrinin tətbiqi məsələsində Rusiya ilə aparacağı danışıqlar çox önəmlidir. Barış anlaşmasından sonra dünyaya bəyan edildi ki, Qarabağ münaqişəsi bitib. Lakin gərginlik davam edirsə, rus sülhməramlılarının Qarabağda qalması üçün baş verənlərin Rusiya tərəfindən yaradıldığı görüntüsü önə çıxır. Azərbaycan bu görüntüdən qurtulmaq üçün barış istəyən tərəf olduğunu ortaya qoymaq zorundadır və bunu ancaq Rusiya ilə keçirilən ikitərəfli görüşlərdə aydınlaşdıra bilər. Ermənistan dünyada daha çox etibar qazanmağa çalışır. Qərb bloku Qarabağ məsələsini anlamaq məsələsində təəssüf ki, yetəri qədər həssaslıq göstərmədiyi üçün sonradan Abxaziya, Osetiya, Krım və Donbas münaqişələri yaşandı. Qərb məsələləri yeni üsullarla həll etmək üçün Ermənistanı Rusiya blokundan qoparıb öz blokuna qoşmaq istəyir.

Bu baxımdan Türkiyə və Azərbaycan çox həssas mövqedədir. Bu mövqeni qoruya bilmək və nəticə etibarilə türk coğrafiyasının Rusiya hökmranlığından çıxmasını həyata keçirmək düşünürəm ki, Qarabağ məsələsinin həlli ilə mümkün olacaq. Çünki biz nə qədər Qarabağ münaqişəsinin bitdiyini söyləsək də, görünən odur ki, problem yenidən başlayıb. Rusiya bölgədə qala bilmək, Türkiyə-Ermənistan sərhədini qoruyan rus əsgərləri kimi yeni toqquşmalar yaradaraq bunun üzərindən Ermənistan-Rusiya sərhədində öz qoşunlarını saxlamaq istəyir. Bu, Rusiyanın Cənubi Qafqaz siyasətidir. Bundan vaz keçmək istəmir. Dünya geosiyasəti, geostrategiyası bölgədə toqquşmanın olmasına imkan verməyəcək kimi görünür. Lakin bu toqquşmalar nəzarətdən çıxarsa, post-sovet məkanındakı münaqişələr yenidən alovlana bilər. Artıq bir çox problemlər nəzarətdən çıxıb. Ötən həftə Qırğızıstanla Tacikistan arasında baş verən silahlı insident buna misal göstərilə bilər. ABŞ-ın Ermənistanı açıq şəkildə dəstəkləməsi Azərbaycan üçün qısa dönəmdə təsirsiz ötüşməyəcək. Lakin Türkiyənin Qərblə balanslaşdırılmış siyasət aparması və Rusiya ilə görüşlərdə Azərbaycanın özəl durumunu davamlı gündəmə gətirməsi Azərbaycanın lehinə nəticələr verə bilər. Onu da qeyd edim ki, Türkiyə Qərblə böyük bir mübarizəyə hazırlaşır. Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq niyyətindədir. Bu isə proseslərə təsirsiz ötüşməyəcək”.

Aytən Novruz
Musavat.com
https://musavat.com/news/turkiye-tezlikle-bu-isteyi-ugrunda-herekete-kececek-qarabagda-durum-deyise-biler-sensasion-detallar_922208.html

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir