Gürcistan Başbakanının İstifası ve Kriz

Старые заблуждения новой армянской власти 9 мая сразу после выборов новоизбранный

Avraham Şumulyeviç:Moskova Neden Kafkasya’dan Çıkacak?

Astanada Suriya ilə bağlı müzakirələrinin ilkin nəticələrini müsbət qiymətləndirirəm

Rusiya separatçılarla birbaşa danışıqlar tələb edir

Gündem 10 Temmuz 2020
47

Rusiya prezidenti Vladimir Putinin yeni Konstitusiyaya görə növbəti illərdə də hakimiyyətdə qalacağı qonşu dövlətlərdə haqlı sual doğurub: Kreml sahibi növbəti 16 ildə xarici və təhlükəsizlik siyasətində hansı yeni planlar reallaşdırmağa çalışacaq? Bu sualın aktuallığı ona görə artıb ki, Putin son zamanlar SSRİ-nin başqa formada bərpasından danışır və bu Rusiyaya qonşu olan ölkələrdə ciddi narahatlıq yaradır.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş prezident və baş nazir Dmitriy Medvedev son müsahibəsində müxtəlif mövzularla yanaşı Ukraynadan da danışıb. Medvedyevə belə bir sual verilib: “Rusiya son 20 ildə Ukrayna və Gürcüstanla münasibətləri korlayıb, Belarusla münasibətlərdə sə gərginlik yaşana bilərmi?”
Medvedyev Gürcüstan və Belarusa toxunmadan Ukrayna haqqında belə deyib: “Ukraynalılar mövcud reallıqları qəbul edərək daxili böhranla və ölkənin şərqindəki durumun həlliylə məşğul olmalıdırlar”. Medveyev “ukraynalılar mövcud reallıqları qəbul etməlidirlər” dedikdə Rusiyanın Ukraynanın bir parçası olan Krımın ilhaqını qəbul etmələrini nəzərdə tutur. “Krımda referendum keçirilib və yarımada Rusiyaya birləşdirilib, bununla da məsələ bitib” – bu rusiyalı rəsmilərin ümumi mövqeyidir.
Kremlin Kiyevdən başqa bir tələbi də var. Moskva Kiyevin Donets və Luqansk separatçılarıyla birbaşa danışıqlar aparmasını istəyir. Rusiyanı Ukrayna ilə danışıqlarda təmsil edən Prezident Administrasiyasının sədr müavini Dmitri Kozak separatçılarla birbaşa danışıqlar aparılmadan münaqişənin həll olunmayacağını iddia edir. Moskva bu məqsədlə üçtərəfli – Rusiya, Ukrayna və separatçıların nümayəndələrindən ibarət komissiyanın yaradılmasına çalışır. Kiyev bu komissiyanın yaradılmasına bir şərtlə razıdır ki, danışıqlarda Donbassı separatçılar deyil, həmin bölgədə yaşayan neytral şəxslər təmsil etsinlər.
Problem ondadır ki, separatçı bölgədən danışıqlara qatılan istənilən şəxs həmin bölgənin separatçı rəhbərlərinin nəzarəti və təzyiqi altında olacaq. Ona görə də Kiyevdə anladılar ki, separatçı bölgədən “neytral şəxslərlə” aparılan danışıqlar da nəticə verməyəcək. Kiyev bu cür danışıqlara həm də ona görə maraq göstərmir ki, Donbasın işğalının arxasında birbaşa Rusiya dayanır. Moskva Donbass problemini Ukraynanın daxili problemi kimi qələmə verməyə çalışsa da, Kiyev bunu qəbul etmir. Ukraynanın xarici işlər naziri Dmitriy Kuleba son açıqlamasında bir daha vurğulayıb ki, Donbass Ukraynanın daxili problemi deyil, danışıqlar Kiyevlə separatizmə rəvac və dəstək verən Rusiya ilə aparılmalıdır. Həqiqətən Donbass separatçıları Rusiyadan hərbi dəstək almadan Ukrayna torpaqlarını işğal edə bilməzdilər. Digər tərədən Moskva Donbass əhalisinə Rusiya pasportları paylayıb. Yəni bunun özü Donbassın Ukrayna daxilindəki problem olmadığını göstərir.
Eyni ilə Dağlıq Qarabağ da Azərbaycanın daxili problemi deyil. Bu qonşu dövlətin işğalı nəticəsində yaranan problemdir. Rusiya kimi Ermənistan da Bakının separatçılarla birbaşa müzakirələrin aparılmasını istəyir. Ancaq necə ki, Rusiya Donbassı işğal edib və separatçıların arxasında dayanıb, eləcə də Ermənistan Dağlıq Qarabağ və ətraf rayonları işğal edib və onların büdcəsinə qədər bütün məsələlərini həll edir. Biz də Ukrayna kimi separatçılarla deyil, onun arxasındakı güclə danışıqlar aparırıq. Moskva bildirir ki, guya Kiyevlə Donbass separatçıları hansı qərara gəlsələr, Kreml həmin qərarla razılaşacaq. Bu başaldatmadır. Məsələn Donbass separatçıları hipotetik olaraq Kiyevin istəyi ilə müxtariyyətə razılaşsalar, Moskva bu izdivacı qəbul edəcəkmi? Çətin. Rusiya Donbass problemi vasitəsilə Qərbə inteqrasiya olmaq istəyən Ukraynaya hər zaman təzyiq etməyə çalışacaq. Kreml bu aləti əlidən verməz. Eləcə də Dağlıq Qarabağ separatçılarının maliyyə və hərbi xərcləri Ermənistanın boynundadır, Ermənistan ordusu orda yerləşib. Ona görə də biz separatçılarla deyil, onların sahibiylə danışıqları aparırıq. Ancaq bunun da münaqişənin həllini yaxınlaşdırmadığı bəllidir.

Elhan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzi

Yorumlar